İxtisas: Kompüter elmleri
Fakültə: İnformasiya və telekommunikasiya texnologiyaları
Qrup: 662 a1
Fənn: Fizika
Müəllim: Məmmədova Sürəyya
Mövzu: Molekulyar fizikanın və termodinamikanın əsasları.
М olekulyar fizika — fizikanın bir bölməsi olub, maddənin daxili quruluşuna və onu təşkil edən hissəciklərin (atam və molekulların) hərəkət qanunlarına əsaslanaraq onun xassələrini, müxtəlif aqreqat halları arasında baş verən keçidlərin qanunauyğunluqlarını, müəyyən xarici təsirlər nəticəsində baş verən fiziki hadisələri öyrənir.
Molekulyar-kinetik nəzəriyyənin əsasını, çoxlu sayda təcrübi faktların ümumiləşdirilməsindən əldə edilmiş aşağıdakı müddəalar təşkil edir:
1)Bütün maddələr çoxlu sayda atom və molekullardan ibarətdir.
2) Maddələri təşkil edən atom və molekullar daimi xaotik hərəkətdədir.
3) Molekullar (və ya atomlar) arasında qarşılıqlı təsir mövcuddur.
B ir-biri ilə təmasda olan cisimlər (bərk-bərk, bərk-maye, bərk-qaz, maye-maye, maye-qaz və qaz-qaz ) heç bir xarici təsir olmadan, özbaşına bir-birinə nüfuz edə bilir. Bu hadisə diffuziya adlanır.
Maddələri təşkil edən atom, yaxud molekullar daimi xaotik hərəkət etməsəydilər, sözsüz ki, diffuziya hadisəsi baş verə bilməzdi. Maddə hissəciklərinin arasıkəsilmədən xaotik hərəkət etmə hadisəsi təcrübi olaraq 1827-ci ildə ingilis botaniki Broun tərəfindən müşahidə olunmuşdur.
İdeal qaz modeli
Sıxlığına və bununla əlaqədar fiziki xassələrinə görə, qazları iki sinfə bölmək olar: ideal və real qazlar. Qazın sıxlığı elə ola bilər ki, onun molekulları arasındakı orta məsafə, molekulun radiusundan çox böyük olmasın. Bu halda molekulların ölçülərini və onlar arasındakı qarşılıqlı təsiri nəzərə almamaq mümkün deyildir. Belə qaz real qaz adlanır. Lakin, qazın sıxlığı elə kiçik ola bilər ki, onun molekulları arasındakı orta məsafə, molekulun radiusuna nəzərən çox böyük olsun. Bu halda molekulların hər birini maddi nöqtə kimi qəbul etmək olar. Bundan əlavə, molekullar arasındakı məsafə kifayət qədər böyük olduqda, onlar arasındakı qarşılıqlı təsirin yox dərəcə-sində olması da nəzərə alınmalıdır. Belə qaza ideal qaz deyilir.