Qrup: 662 a1 Fənn: Fizika



Yüklə 1,19 Mb.
səhifə2/3
tarix14.12.2022
ölçüsü1,19 Mb.
#74842
1   2   3
Fizika(sərbəst iş)

İstilik tarazlığı
Müxtəlif dərəcədə qızdırılmış iki cisimin hər birinin molekulları arasıkəsilmədən xaotik hərəkət (istilik hərəkəti) edir. Belə hərəkət, molekullar arasında təmas yaradır. Məhz, belə təmas nəticəsində, istilik (molekulların xaotik hərəkətinin kinetik enerjisi) nisbətən isti cisimdən soyuq cismə verilir. Enerjinin qarşılıqlı mübadiləsi, hər iki cisimin eyni istilik vəziyyətinə gəlməsinədək (bir qədər sonra tanış olacağımız temperatur deyilən parametrin, hər iki maddə üçün bərabər olmasına qədər) davam edir. Heç bir xarici təsir olmadan, özbaşına davam edən bu növ proses nəticəsində meydana gələn son hal, istilik tarazlığı halı adlanır. İstilik tarazlığı halında olan sistem daxilində enerjinin makroskopik daşınma prosesi baş vermir. Lakin, bu heç də o demək deyildir ki, istilik tarazlılığı halında olan sistemin atomları (yaxud, molekulları) öz xaotik hərəkətlərini dayandırır. Daimi xaotik hərəkət sistemin bütün hallarında, o cümlədən istilik tarazlığı halında mövcuddur. İstilik tarazlığı halında da, atom və molekullar daimi toqquşur və bu toqquşmalar nəticəsində enerji mübadiləsi baş verir. Lakin, belə mübadilələr, enerjinin makroskopik (qaz həcminin müəyyən bir makro hissəsindən, digər makro hissəsinə daşınma) deyil, mikroskopik daşınmasına gətirir, yəni toqquşmalar nəticəsində enerji, yalnız bir molekuldan digər molekula ötürülür.

Qazın təzyiqi



Q az molekulları daimi xaotik hərəkət etdiyinə görə, onlar yerləşdiyi qabın divarlarına arasıkəsilmədən zərbələr endirir. Hərəkət edən hər bir qaz molekulu, onun kütləsi və sürəti ilə təyin olunan müəyyən impulsa (hərəkət miqdarına) malikdir. Ona görə də, qabın divarına zərbələr endirən qaz molekulları divara müəyyən impuls verir. Qabdakı qaz molekullarının sayı kifayət qədər böyük olduqda, divara endirilən zərbələr müntəzəm xarakterli olur, yəni qab divarının hər yerinə müntəzəm zərbələr endirilir. Bu isə o deməkdir ki, qaz yerləşdiyi qabın divarına təzyiq göstərir. Qabdakı molekulların sayı bir, iki, üç, on, iyirmi və s, yəni az sayda olduqda, təzyiqdən söhbət gedə bilməz, çünki bu halda qab divarının elə hissələri olur ki, oralara molekullar zərbə endirmir. Beləliklə, göründüyü kimi, təzyiq, ayrı-ayrı qaz molekullarına deyil, yalnız və yalnız kifayət qədər çoxlu sayda molekullardan ibarət qaz kütləsinə aid makroskopik kəmiyyətdir.

Molekulyar-kinetik nəzəriyyənin əsas tənliyi

Qaz molekullarının hərəkəti xaotik olduğundan, bütün istiqamətlərdə bərabər sahəli səthlərə vurulan zərbələrin sayı, orta hesabla eynidir. Bu səbəbdən, təzyiq istiqamətdən asılı deyildir. Ona görə də, təzyiqi hesablamaq üçün, qabın hansı formaya malik olmasının və onun divarının hansı hissəsini nəzərdən keçirmənin fərqi yoxdur.
P=
=bir qaz molekulunun kütləsi
=molekulların konsentrasiyası
= molekulların orta kvadrat sürətidir.

Termodinamik sistem elə makroskopik cismə (və ya cisimlər sistəmə) deyilir ki, onda istiliyin başqa enerji növlərinə çevrilməsi və ya əks proseslər baş verə bilsin.Xarici mühitlə maddə və enerji mübadiləsində olmayan termodinamik sistem qapalı (izolə) edilmiş sistəm adlanır. Sistemə daxil olmayan, ancaq ona təsir göstərə bilən bütün cisimlər mühit adlanır. Sistemin halını xarakterizə edən kəmiyyətlər( temperatur(T), təzyiq(p), həcm(V)) r hal parametrləri adlanırlar.


Sistəmin hal paramətrlərini əlaqələndirən asıllıqlar hal tənlikləri adlanır. Termodinamik sistəmin hal tənliyi ümumi şəkildə f(p,V,T)=0 formada yazılır. Bu tənliyi istənilən paramətrə görə hell etmək olar. Sistəmin hal paramətrləri dəyişə bilər. Hal paramətrlərin hər hansı birinin dəyişməsi ilə əlaqədar termodinamik sistəmdə baş verən istənilən dəyişmə termodinamik proses adlanır. Termodinamik proseslər iki cür olur:
Tarazlıqda olan prosesslər və tarazlıqda olmayan proseslər .
Termodinamik proseslərə izotermik, izoxorik, izobarik və adiabatik proseslər aiddir.
İzotermik proses (T=const). Sistəmin temperaturu dəyişməz qalır
=const). Sabit təzyiqdə baş verən proses.
İzoxorik proses (V=const). Bu proses zamanı həcimi sabit qalır.
Adiabatik proses(Q=0). Bu prosesde sistəm xarici mühitlə istilik mübadiləsində olmur.
Termodinamikanın əsəs anlayışları daxili enerji, istilik miqdarı və görülən işdir.

Daxili enerji- Sistəmi təşkil edən atom və molekulların istilik hərəkətinin kinetik enerji ilə və molekullararası qarşılıqlı təsirin potensial enerjiləri cəminə daxili enerji deyilir:


U= +
Sistəmin halı termodinamik parametrlərlə( T və V) təyin olduğundan, daxili enerji termodinamik parametrlərdən asıllı olacaqdır: U=f(T,V)
İdeal qazın daxili enerjisi bu qazın molekullarının kinetik enerjilərinin cəminə bərabərdir. Əgər ideal qazda orta kinetik enerjisi ,
molekulların sayı N olarsa, onda ideal qazin daxili enerjisi:

Daxili enerjinin ölçü vahidi: [ U ]=1C.
N= və = kT olduğunu bilərərək, alırıq

U= kT


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin