Nəticə: Yalan danışan adama heç kəs inanmaz.
Ev tapşırığı: Mətndə cəm halında işlənən sözləri seçib yazın.
Qiymətləndirmə: Müzakirə və təhlilə əsasən aparılır.
“Yalançı çoban” (2 saat)-2-ci saat
Gözlənilən şagird nailiyyətləri
Məzmun standartı
Verilmiş atalar sözlərindən mətnin məzmununa uyğun olanı seçməklə əsas fikrə öz münasibətini bildirir.
2.1.1
Oxuduğu mətnin məzmununu real həyatda gördükləri ilə əlaqələndirib danışır.
1.2.1
İş forması
Üsullar
Resurslar
İnteqrasiya
Kiçik qruplar
əqli hücum, müzakirə, debat
Şəkillər, iş vərəqləri, flamaster, marker, qələm, pozan və s.
H-b.: 3.2.1
Motivasiya. Cümlədə buraxılmış söz hansıdır?
Yardımçı sualı: Yalanınızın üstü açılanda hansı hisslər keçirirsiniz?
Tədqiqat sualı: Yalan danışmaq nə üçün yaxşı deyil?
Tədqiqatın aparılması: Qruplarla iş.
I qrup. “Yalançı çoban” nağılının məzmununu ifadə edən atalar sözü hansıdır? Seçiminizi izah edin.
Yalan ayaq tutar, yeriməz.