Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Oxu dərslərində şagirdlərin müstəqillik və fəallığının təşkili metodikası



Yüklə 453,07 Kb.
səhifə89/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   85   86   87   88   89   90   91   92   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Oxu dərslərində şagirdlərin müstəqillik və fəallığının təşkili metodikası

Müasir dərsə verilən bütün tələbləri bilmək və Azərbaycan dili dərslərində oxu mətnlərinin tədrisində bünlara əməl etməyə nail olmaq ibtidai sinif müəllimlərinin başlıca vəzifəsidir. Bütün bu tələblərə əməl edə bilmək şagirdlərin müstəqillik və fəallığının inkişafına kömək edir.


Oxu dərslərində şagirdlərin fəallıq və müstəqilliyinin təmin edilməsinə I-IV siniflərdən başlamaq zəruridir. İbtidai siniflərin Azərbaycan dili dərslərində oxu mətnləri üzrə işi elə təşkil etmək lazımdır ki, şagirdlərin öyrənmək arzusu, dilə, nitqə həssaslığı təmin edilsin. İbtidai sinif müəllimləri ilk növbədə Azərbaycan dili dərsliklərində olan oxu mətnlərindən səmərəli istifadə etməyi bacarmalıdırlar. Bu dərsliklərdə şagird müstəqilliyini, idrak fəallığını inkişaf etdirə bilən tapşırıqlar üzrə işin düzgün təşkili şagirdlərin müstəqillik və fəallığının artırılmasında mühüm əhəmiyyət kəsb edir.
Metodist-alimlər oxu prosesində şagirdlərin müstəqillik və fəallığının təmin olunmasını həmişə zəruri fəaliyyət növü kimi dərərləndirmişlər, çünki ibtidai sinif şagirdlərinin müstəqillik və fəallığını inkişaf etdirmək oxu təliminin əsas məqsədlərindən biridir.
Müəllim oxu dərslərində hər yeni mövzunu keçərkən hansı əyani materialdan, hansı tapşırıqlardan istifadə olunacağını əvvəlcədən müəyyənləşdirməli və elə iş formaları, təlim üsulları tətbiq etməlidir ki, şagirdlərin fəallığı və müstəqilliyi inkişaf etsin, habelə nəticədə bunların idrak prosesləri fəallaşsın.
Şagirdlərin oxu mətnindəki fakt və hadisələr arasındakı əlaqə və aslılığın dərk edilməsinə cəlb ediməsi mənimsəmənin şüurluluğunu təmin edir. Oxu üzrə biliklərin mənimsənilməsi də şagirdlərin təsnifetmə, qruplaşdırma, sistemləşdirmə və ümumiləşdirmə üzrə təffəkkür fəaliyyətlərinə cəlb olunması ilə bağlıdır. Bu zaman şagird oxu mətni üzərində təhlil-tərkib əməliyyatı aparır və oxu materialına yeni mövqedən yanaşır. Oxu mətnindəki əsas məsələləri ayırmağı və müəyyən əlamətlərə görə birləşdirməyi, əlaqələndirməyi bacarır[2, səh.282].
Müəllim ilk növbədə oxşar anlayışları müqayisə edərkən şagirdlərin müstəqil fəaliyyət göstərməsinə nail olmalıdır. O, şagirdlərin fəallığı və müstəqilliyini inkişaf etdirən xarakterik sualların köməyindən istifadə etməlidir.
Ümumiləşdirmə və sistemləşdirmə üzrə iş isə keçilmiş oxu materialındakı ən mühüm məsələləri əlaqəli şəkildə möhkəmləndirməyə, öyrənilənlərin sistemə salınmasına kömək edir. Odur ki, təkrar oxu zamanı bilikləri qruplaşdırmaq və ümumiləşdirmək üçün yönəldici suallara geniş yer vermək lazımdır. Qruplaşdırma işi oxu materialını dərk etməyə kömək etdiyi kimi, şagirdləri də fəallaşdırır, onlarda mətn üzərində müstəqil işləmək bacarığı yaradır. Bu cəhət ümumiləşdirmədə də özünü göstərir. Ümumiləşdirmə nəticəsində şagirdlər oxu mətnindəki ən mühüm cəhətləri ayırmağı, bilikləri əlaqələndirib sistemə salmağı öyrənirlər. Müəllim ümumiləşdirməyə aid suallardan həm oxunan mövzunun ilkin təkrarı zamanı, həm də mövzu və ya bəhs bitdikdən sonra istifadə edə bilər.
Oxu mətnlərinin təhlilində, mətnin məzmunu ilə əlaqədar müshibənin təşkili zamanı şagirdləri əsərdəki fakt və hadisələri izah etmələri və qiymətləndirmələrinə alışdırmaq lazımdır. Müəllim əqli hücumla-sualların köməyi ilə şagirdləri oxunmuş mətnə dair öz fikirlərini söyləməyə, bədii əsərə qiymət verməyə, nəzəri və təcrübi faktları müəyyənləşdirməyə istiqamətləndirir. Oxu mətni üzərində belə fəal fikri işin təşkili öyrənilən materialın şüurlu və möhkəm mənimsənilməsinə səbəb olur.
Biliklərin şüurlu mənimsənilməsi və möhkəmləndiril­məsində müsahibə üsulu ilə yanaşı, kitab üzərində iş də geniş tətbiq olunur. Möhkəmləndirmə kitabdakı materialı eyni ilə yada salmaqdan və ya nəql etməkdən ibarət olmamalı, öyrənilən mətnə yaradıcı yanaşılmalı, həmçinin şagirdlərin kitab üzərində gərgin iş aparması təmin edilməlidir. Bu məqsədlə şagirdlərdən dərslikdən oxu mətnindən müəyyən hissənin (mətnin müstəqil oxunması, oxunmuş mətnə dair sulların cavablandırılması, mətnə planın tərtibi) məzmununu öz sözləri ilə danışmasının tələb edilməsi faydalıdır.
Müəllim mətni təhlil etməyi, onun üzərində gərgin fikri iş aparmağı tələb edən suallara, təfəkkürün inkişafını təmin edən fəal təlim metodlarından istifadəyə geniş yer verməlidir. Şagirdlərin müəyyən təfəkkür əməliyyatı təlb edən əlavə sual və tapşırıqlar üzərində çalışmaları oxunan mətnə hərtərəfli yanaşmağa, onun məzmununu daha yaxşı dərk etməyə kömək edir.
İbtidai siniflərdə fənlərin tədrisi, əsasən, praktik xarakter daşıyır. Bilik, bacarıq və vərdişlərin yaradılmasında oxu mətnləri və çalışmalar xüsusi yer tutur. Çalışma müəyyən fəaliyyəti təkmilləşdirmək daşıyır. Çalışmalar o zaman yaxşı nəticə verir ki, onlar mexaniki yerinə yetirilmir, şagirdlərin fəallıq və müstəqilliyinə əsaslanır.
“Didaktika” əsərində yazlır ki, misal həllində olduğu kimi, biliyin tətbiqinin diğər formalarında da müəllim tərəfindən təşkil edilən, istiqamətləndirilən şagirdlərin müstəqil işi pedaqoji cəhətdən qiymətlidir. Bu zaman elə kömək forması tətbiq edilməlidir ki, o, şagirdləri müstəqilliyə, yaradıcı fikrə və təşəbbüskarlığa təhrik etsin”[7, səh.160].
Bacarıq və vərdişlərin formalaşması, şagirdlərin müstə­qilliyi həm nəzəri biliyin düzgün tətbiqi prosesində, həm də çalışmaların icrası prosesində özünü göstərməlidir. Bacarıq və vərdişlərin düzgün formalaşması onların əsasında duran nəzəri qaydanın şagirdlər tərəfindən nə dərəcədə yaxşı mənimsənilməsi və düzgün tətbiq edilməsi ilə sıx bağlıdır. Məlum olduğu kimi, bacarıq və vərdişlər biliyə əsaslanır, onun tətbiqi nəticəsində yaranır. Bacarıq və vərdişlərin formalaşması üçün şagirdin təkcə müvafiq qaydanı bilməsi kifayət deyildir. Bununla yanaşı, o, həmin qaydanı tətbiq etməyi də bacarmalıdır. Bunu üçün müəllim şagirdlərə keçılən qaydanı tətbiq etməyi, başqa sözlə, qaydanın tətbiqində zəruri olan fikri iş üsullarını da öyrətməlidir. İlk vaxtlar fikri iş üsullarını alqoritm şəklində vermək əlverişlidir. Alqoritm müəyyən tip çalışmaların içrasında tətbiq olunan əqli iş üsullarının ciddi ardıcıllıqla təsviridir. Şagirdlər müstəqil oxu bacarıqlarına həm zehni iş üsulları və həm də fəal təlim üsullarının tətbiqi prosesində yiyələnirlər.
İbtidai təlimin ilk pilləsindən başlayaraq müəllim şagirdlərin müstəqil oxu bacarıqlarını inkişaf etdirməlidir. Oxu prosesində aparılan izah səhvlərin baş verməməsi, fəaliyyətin səmərəli təşkili məqsədini güdür. Belə ki, oxunun müxtəlif növlərinin öyrənilməsi üzrə iş müntəzəm və ardıcıl şəkildə inkişaf etdirilməlidir.
Oxu mətnləri üzrə iş zamanı öyrədici çalışmlar bacarığın səhvsiz yerinə yetirilməsinə xidmət edir, ona şüurlu xarakter verir. Oxu üzrə çalışmalar şifahi aparılır. Oxu dərslərində mətn oxunduqdan sonra şagirdlərə suallar verilir. Şagirdlərin bir neçəsi suallara cavab verir, digər şagirdlər cavabın düz və ya səhv olduğuna diqqət yetirirlər. Oxu mətninə dair çalışmaların yerinə yetirilməsində məqsəd məzmunun şüurlu dərk edilməsi, nitqdə işlədilməsi və nağıl edilməsinə nail olmaqdır. Mətnlərin oxusunda şagirdlərin müstəqilliyini artırmaq məqsədi daşıyan xarakterik çalışmalara üstünlük verilir. Oxu mətnlərinin tədrisinin ən səmərəli çalışmalarından biri yaradıcılıq tələb edən çalışmalardır. Yaradıcılıq fəaliyyətini stimullaşdırmaq üçün çalışmalar tədricə mürəkkəbləşdirilməlidir.
Çalışmaların çətinləşməsi “İdrak ziddiyətinin yaranması və subyekt tərəfindən onun həll edilməsi daxili emosional gərginliyi artırır və təfəkkür prosesinə güclü təsir edir”[4, səh.6].
Şagirdlərdən müstəqillik və yaradıcılıq tələb edən çalışmalar hazır nümunələrə əsaslanan çalışmalardan onunla fərqlənir ki, belə çalışmaların icrası prosesində şagird oxuduğu mətnin məzmununu müxtəlif hallara, həyat hadisələrinə tətbiq edə bilir. Həmçinin oxu mətnindəki faktların seçilməsi, hadisələrə münasibətin bildirilməsi, əvvəllər keçilmiş mətnin məzmunu ilə müqayisə edilməsi, oxu mətnindəki obrazların xarakter xüsusiyyətlərinin dəyişdirilməsi, hadisələrin zamanının dəyişdirilməsi, mətnin kimin dilindən söylənildiyinin müəy­yənləşdirilməsi, müəllifin məqsədinin, əsərin ideyasının müəy­yən­ləşdirilməsi, məzmunun nağıl edilməsi və s. çalışmaların yerinə yetirilməsi oxu vərdişlərinin təkmilləşdirilməsini və müstəqillyini təmin edir. Yaradıcı çalışmalar oxu mətninin məzmununun yaradıcı şəkildə işlənilməsinə, təfəkkür fəallığının artırılmasına, nitqin inkişafını əsaslanır.
Şagirdlərin oxu vərdişlərinin təkmilləşdirilməsində, şifahi nitq bacarıqlarının inkişafında yaradıcı xarakterli işlərin çox böyük əhəmiyyəti vardır. Yaradıcı çalışmalar oxu mətnlərinin tədrisində mühüm yer tutur. Yaradıcı xarakterli çalışmalarda şagirdlər oxunmuş mətni öz sözləri ilə danışmaqla bərabər, mətnə digər əlavələr edə bilirlər. Obrazların xarakterinə, hadisələrin məkan, zaman anlayışına, şəxslərin danışığına, replikalara və s. əlavələr edilə bilər. Yaradıcılıq şagirdlərdən müəyyən müstəqillik tələb edir: onlar oxu mətninə uyğun yeni rabitəli mətn qurmalı, yaxud mətnin məzmununu öz sözləri ilə yazmalı və danışmalıdırlar.
Şagird yaradıcılığının inkişafı baxımından mətnin öz sözləri ilə danışılmasının böyük əhəmiyyəti vardır. Şagird oxunmuş mətnin məzmununu öz sözləri ilə danışmaqla yanaşı, həyatdan, müşahidələrindən, oxunmuş digər materiallardan aldığı təəssüratları sərbəst ifadə edə bilməlidir. Bütün bunlar, şagirddən müxtəlif təfəkkür əməliyyatları aparmağı, məlum fakt və hadisələri yenidən sistemə salmağı, yaradıcılıq göstərməyi tələb edir. Şagirdlərdə yaradıcılıq birdən-birə yaranmır, bunu tədricən aşılamaq lazımdır.
Müstəqilliyin və yaradıcılıq fəaliyyətinin formalaşması üçün müəllim birinci sinifdən başlayaraq ardıcıl iş aparmalı və getdikcə mürəkkəbləşdirilməlidir. Məsələn:

  • dərslikdəki şəkillər üzrə şagirdlərin müstəqil danışması;

  • seriya şəkillər üzrə mətnin qurulması;

  • seriya şəkillər üzrə qurulmuş mətnin nağıl edilməsi;

  • müşahidə əsasıda mətnin qurulması;

  • müşahidə əsasıda qurulmuş mətnin nağıl edilməsi;

  • şagirdlərin şəxsi təcrübələri əsasında mətnin qurulması;

  • şagirdlərin başına gələn maraqlı əhvalatların nağıl edilməsi;

  • oxunmuş mətnin təhlil edilməsi;

  • oxunmuş mətnə plan tutlması;

  • oxunmuş mətnin plan əsasında nağıl edilməsi;

  • oxunmuş mətnə müstəqil plan tutulması;

  • müstəqil plan əsasında mətnin nağıl edilməsi;

  • oxunmuş mətnin dəyişdirilərək nağıl edilməsi.

Oxu mətnləri üzrə müstəqil işlərin təşkilində I-II siniflərdə daha çox nərli xarakterli mətnlərdən istifadə edilir. III-IV siniflərdə təsviri və mühakimə xarakterli mətnlərdən istifadə daha əlverişlidir.
Şagirdlər hər gün müəyyən həcmdə müxtəlif xarakterli və üsluba malik mətnlər oxuyur, özləri də müstəqil şəkildə esse, inşa, hekayə kimi yazı növlərində mətn tərtib edirlər. Mətnin əsas əlamətləri bunlardır:

  • Mətndə cümlələr məna və qrammatik cəhətdən bağlı olur.

  • Mətnin başlığı var və yaxud ona başlıq vermək mümkündür.

  • Mətn 3 hissədən ibarətdir: giriş, əsas hissə, nəticə.

  • Mətndə bütün cümlələr eyni mövzuya aiddir.

  • Məzmununa görə mətnin xarakteri olur.

  • Mətn abzas adlanan hissələrə ayrılır.

  • Abzaslar bir mətləbdən digərinə keçid edilən zaman qoyulur.

  • Buna görə də, adətən, hər bir abzasın öz mikromətni olur.

  • Xarakterindən asılı olaraq mətn 3 növə ayrılır: nəqli, təsviri, mühakimə.

Nədən bəhs olunursa, o, mətnin mövzusunu təşkil edir. Adətən, mətnin mövzusu onun başlığında öz ifadəsini tapır. Mətnin mövzusunu müəyyənləşdirmək üçün belə bir sual verilə bilər:
-Mətndə nədən bəhs edilir?
Mətnin ideyasını müəyyənləşdirmək üçün isə şagirdlərə belə bir sual verilə bilər:
-Müəllif nəyə çağırır?
Oxu mətninə plan tərtibi də şagirdlərin fəallığını və müstəqilliyini təmin edir. Plan tərtibi mətn üzərində məntiqi əməliyyat aparmağı, mətni hissələrə bölməyi, hissələrə başlıq verməyi, əsas və ikinci dərəcəli məsələləri ayırmağı tələb edir. Şagirdlərin təfəkkürünün, təxəyyülünün inkişafının istənilən səviyyədə baş verməsində, məntiqi, yaradıcı təfəkkürlərinin, nitqlərinin inkişaf etdirilməsində plan tərtibi üzrə işin müstəsna əhəmiyyəti vardır. Odur ki, oxu mətninə plan tərtibi işinə birinci sinifdən ciddi şəkildə başlamaq lazımdır. Çalışmaq lazımdır ki, mətn üzrə planı şagirdlər özləri tutsunlar, çünki bu zaman onların müstəqilliyi formalaşır.
Bura daxildir: mətn aid plan tutmaq, mətni plan əsasında danışmaq, mətndəki şəxslərin hərəkətlərini qiymətləndirmək, mətnə aid illüstrativ şəkillərin çəkilməsi, şəkil əsasında yeni hekayə tərtib etmək, əşya və hadisələr haqqında müstəqil fikir söyləmək, mətndəki hadisəni həyati müşahidələrlə əlaqələn­dirmək, mətndəki yaxınmənalı, çoxmənalı, əksmənalı, məcazi mənalı sözlərin seçilməsi, mövznun janr baxımından(hekayə, şeir, təmsil, folklor nümunələri) müəyyənləşdirilməsi və s.[2, səh. 381].
Bir məsələni qeyd etmək yerinə düşər ki, plan tərtibində eyni xarakterli cümlələrdən istifadə edilməlidir. Planın düzgün tərtibi məzmunun şüurlu mənimsənilməsi üzrə işin əsas sahələrindən biridir. Görkəmli pedaqoqların(L.B.Zankov, S.P.Redozubov, A.S.Abdullayev, Y.Ş.Kərimov, A.N.Rəhimov, N.B.Cəfərova) fikrincə, plan tərtibinin üç forması əlverişlidir:

  1. Planın sual cümlələri ilə tərtibi.

  2. Planın nəqli cümlələrlə tərtibi.

  3. Planın adlıq cümlələrlə tərtibi.

Plan tərtibi zamanı eyni sistem gözlənilməlidir, yəni planın birinci bəndi sual cümləsi olarsa, digər bəndlər də sual cümləsi ilə ifadə olunmalıdır, həmçinin nəqli və adlıq cümlə ilə başlanırsa, digər bəndlər də həmin cür olmalıdır. Heç bir halda qarışıq cümləli plan yaradılmamalıdır. Müşahidələr göstərir ki, şagirdlər ilkin vaxtlarda plan tərtibində çətinlik çəkirlər. Yuxarıda qeyd etdiyimiz kimi plan tərtibi əvvəlcə müəllimin nəzarəti və köməyi ilə həyata keçirilir. Sonrakı mərhələdə bu iş müəyyən adıcıllıqla yenə də müəllimin köməyindən istifadə edilməsi ilə başa gəlir.
Məntiqi təfəkkürün inkişafına səbəb olan plan tərtibi şagirdlərin yaradıcı fəaliyyətlərinin güclənməsinə, müstəqil­liklərinin artmasına səbəb olur. Odur ki, planı hazır vermək səmərəli deyildir. Müəllim şagirdləri müstəqil plan tutmağa, öz fikirlərini sərbəst ifadə etməyə alışdırmalıdır. Deyildiyi kimi, ilk vaxtlar, şagirdlər planı müəllimin rəhbərliyi altında, sonralar isə müstəqil tərtib etməlidir.
Plan tərtibi üzrə işlərin səmərəli təşkili şagirdlərin məntiqi təfəkkürünü, rabitəli nitqini inkişaf etdirməklə oxu materialının məzmununun şüurlu mənimsənilməsinə güclü təsir göstərir. Fikri axtarışa cəlb edilən şagirdlər mətnin məzmununu bitkin hissələrə ayırır, hissələr arasındakı daxili əlaqələri müəy­yənləşdirirlər. Belə ki, onlar əsərin ideyasını və məntiqi quruluşunu şüurlu mənimsəyirlər.
Plan tərtibi zamanı elmi-metodik sistem, didaktik tələblər nəzərə alınmalıdır. Onu da qeyd etmək lazımdır ki, hər bir oxu mətninə plan tərtibi zəruri deyildir, yəni böyük həcmli materiallarda plan tutulur, kiçik mətnlərdə, lirik, oynaq şeirlərə plan tərtibi bir o qədər vacib deyildir.
Oxu mətninin məzmun və quruluşundan asılı olaraq planın maddələri bəzən müxtəlif istiqamətlərdən çıxış edilərək tərtib edilir:

  • obrazların iştirakına görə;

  • zaman ardıcıllığına görə;

  • məkan ardıcıllığına görə;

  • hərəkətin qabarıq şəkildə təzahürünə görə.

Oxu mətninə plan tərtib etməyi bacaran şagird mövzu üzərində sərbəst düşünür, başlıca məsələləri ikinci dərəcəli məsələlərdən ayıra bilir, təhlil və ümumiləşdirmələr aparır. Bu zəmində şagirdlərin müstəqillik və fəallığı inkişaf edir.
Müstəqil tərtib olunmuş plan əsasında mətnin nağıl edilməsi dolğun və maraqlı olur, çünki şagirdin şəxsi fikir və düşüncələri də nitqində əks olunur. Təcrübələr göstərir ki, oxu mətnlərinin tədrisi üzrə işin səmərəli olması, bacarıq və vərdişlərin keyfiyyəti plan tərtibindən, müxtəlif xarakterli çalışmaların həyata keçirilməsindən asılıdır, lakin bu çalışmaların tətbiqində də sistemin gözlənilməsi zəruridir. Çünki sistemsiz işin səmərəsi istənilən səviyyədə olmur. Oxu mətninə plan tərtibi ilə yanaşı, mətnin hissələrə bölünməsi işi də tədricən mürəkkəbləşdirilməlidir. Oxu mətni üzrə işin (plan tərtibi, mətnin hissələrə ayrılması, mətnin hissələrinə ad verilməsi) qruplarla(böyük və kiçik) təşkili səmərəlidir.
Belə ki, izahlı oxu prosesində mətn hissə-hissə oxunur, şagirdlər hər hissəyə başlıq verirlər, təklif edilən başlıqlar sinif şagirdləri ilə müzakirə edilir, daha münasib başlıq seçilib götürülür. Bu zaman müəllim bələdçilik mövqeyindən çıxış edərək şagirdlərə istiqamət verir:
-Mətni neçə hissəyə ayırmaq olar?
-Bu hissəyə necə ad vermək olar?
-Hissələri necə əlaqələdirmək olar?
Mətnin hissələrə bölünməsi üzrə müstəqil iş növlərindən: verilmiş mətndən hissələrin tapılması, mətnin verilmiş sayda məntiqi hissələrə ayrılması, qarışıq verilmiş başlıqların sustemə salınması və s. çox faydalıdır. Bu iş şagirdləri mətnin məntiqi hissələri arasındakı məna bağlılığını dərk etməyə, müstəqil plan tutmağa hazırlayır. Müstəqil plan tərtibi mətn üzərində fəal fikri əməliyyat aparmağa, mətnin məzmununu şüurlu dərk etməyə və onu möhkəm yadda saxlamağa imkan verir.
Ümumiyyətlə, ibtidai siniflərin “Azərbaycan dili” dərsliklərində verilən oxu mətnləri üzrə işin səmərəli təşkili şagirdlərinin müstəqillik və fəallığının inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir. Oxu mətnlərinin tədrisində fəal təlim üsullarından istifadə şagirdlərinin müstəqillik və fəallığının inkişaf etdirilməsinin effektini daha da yüksəldir.
Ədəbiyyat

  1. Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər).https://muhaz.org/tehsil-proqram-kurikulumu-I-IV-sinifler

  2. Cəfərova N. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə. Bakı: ADPU, 2020, 404s.

  3. Cəfərova N. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə. Bakı: ADPU, 2019, 430 s.

  4. Camal Zeynaloğlu. Təlim fəaliyyətinin psixoloji prosesi. Bakı, “Print-S” nəşriyyatı, 2017, 144 s.

  5. Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi.https://aztehsil.com/news/5141 agirdlrin-yaradc-tfkkr-v-tdqiqatlq-qabiliyytinin-inkiaf-etdirilmsi.html

  6. Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları).

// Kurikulum, 2010, № 3, s.117-130
Rus dilində

  1. Данилов М.А., Еписов Б.П. Дидактика. Москва, 1957, 453 c.

  2. Скаткин М.Н. Совершенствование прочеса обученийа, Москва, 1971

9.Veysova Z. Fəal(interaktiv) təlim. Müəllim üçün vəsait, UNİSEF, 2009


Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin