Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə88/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   84   85   86   87   88   89   90   91   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Metonimiya. Metonimiya formal cəhətdən metafora bənzəsə də, onlar arasında müəyyən fərqlər vardır. Belə ki, metaforlar bir əşya və hadisəyə aid olan xarakter cizgilərin (əlamətlərin) digərinə köçürülməsi ilə yaranırsa, metonimiya bir söz və anlayışın sıx əlaqədə oduğu başqa söz və anlayışla əvəz olunmasıdır. Məsələn: Bağçalar gül açır, yenə yaz gəlir; Səsimizdən hər tərəf tez yuxudan ayılsın.; Meşəyə vəlvələ düşdü və s.
Metonimiyanın növləri müxtəlifdir. Müşahidələr göstərir ki, ibtidai sinif “Azərbaycan dili” dərsliklərində olan oxu materiallarında metonimiyanın ən çox iki növündən istifadə olunmuşdur.

  1. əşyanın bir neçə əlamətindən yalnız birini göstərənlər.

  2. şəxslərin və əşyaların adı əvəzinə onların xarakter əlamətlərini bildirənlər. Məsələn, Div nərildəyirdi., Ey dələduz, bura necə girmisən?! və s.

Bədii mətnlərin tədrisində metonimiyaların mənasını açmaqla kifayətlənmək olmaz. Eyni zamanda onlardan nə üçün istifadə etməsinin səbəbi də aydınlaşdırılmalıdır. Belə olduqda şagird sözü, onun mənasını hazır şəkildə qavramır, müxtəlif məkan və məqamlarda qazandığı funksiyanı şüurlu mənimsəyir, yeri gəldikcə ondan düzgün və dəqiq istifadə etmək bacarığına yiyələnirlər. Bu isə dilə sərbəst və yaradıcı şəkildə yiyələnmək, təsvir olunan məzmun və ideyanı dərindən başa düşmək, dərk etmək deməkdir.
İbtidai siniflərdə sözün mənasının açılması, bədii materiallar əsasında oxu prosesində dilin təsvir vasitələri üzərində işin səmərəli təşkili şagirdlərin yuxarı siniflərdə bu sahədə qazandıqları biliklərinin ilkin bünövrəsi olmaqla, onların oxuduqları əsərlərin bədii dəyərini, emosional-ekspressiv məna çalarlığını qavramağa, məzmun və ideyasını şüurlu mənimsə­məyə, dərk etməyə güclü təsir göstərir. Ona görə də müasir dövrdə şagirdlərdə sözə həssas münasibət, başqasının obrazlı nitqini qavramaq və dəyərləndirmək, eləcə də öz nitqində bədii təsvir vasitələrindən istifadə edə bilmək bacarığının formalaşdırılması olduqca aktual məsələdir.
İbtidai siniflərdə mətnin obrazlı ifadələri üzərində iş aparılarkən bədii təsvir vasitələrinin adının çəkilməsi metodik baxımdan doğru olmadığı üçün ümumi şəkildə obrazlı ifadə anlayışından istifadə edilməlidir.
Bədii təsvir vasitələri üzərində işin təşkili oxu materiallarının şüurlu mənimsənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Oxunmuş mətnin məzmun və ideyasının dərindən mənimsənilməsi, eyni zamanda mətndəki hər bir söz və ifadənin şagird nitqində özünə yer tapması şüurlu oxunun nəticəsində reallaşa bilir. Şüurlu mənimsənilmənin təmin olunması üçün isə şagird oxuduğu materialda hər bir söz və ifadənin mənasını dərindən dərk etməlidir. Bunun üçün müəllimin üzərinə böyük məsuliyyət düşür. Belə ki, müəllim hər dərsdə oxu materiallarının dili üzərində işi təşkil etməlidir. Mətn üzərində iş apararkən-mətnin məzmunu, quruluşu, müəllifin əsas ideyası, bu ideyanı ifadə etmək üçün istifadə etdiyi bədii təsvir və ifadə vasitələrinin izahı istiqamətində işlər daim diqqət mərkəzində saxanılmalıdır. Çünki dilimizdəki sözlər kontekstdən asılı olaraq həm məcazi, həm də həqiqi mənada işlənə bilir. Bu da şagirdlərin həmin bədii parçanı dərk etməsini və şüurlu mənimsəməsini çətinləşdirir. Ona görə də obrazlı ifadələr, məcazi məna daşıyan sözlər oxu prosesində izah edilməlidir. Çünki belə sözlərin mətndən xaric izahı mümkün deyildir, yəni hər bir söz, o cümlədən bədii təsvir vasitələri kontekst(mətn) daxilində daha yaxşı anlaşılır.
Ədəbiyyat

  1. Abdullayev A.S. İbtidai məktəbdə Azərbaycan dilinin tədrisinin meto­dikası. Bakı: Maarif, 1962, 165 s.

  2. Bədii materiallar əsasında dilin təsvir vasitələri üzərində iş. Bakı: Maarif, 1991

  3. Cəfərova N. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə. Bakı: ADPU, 2020, 404s.

  4. Həsənli B, Abdullazadə N. İfadəli oxu. Bakı: Müəllim, 2015, 304 s.

  5. Qədirov Ə. Ə. Yaş psixologiyası. Bakı: 2002, 137 s.

  6. Tağıyev B. Oxu təlimi.Bakı: ADPU, 2006, 315 s.

  7. Tapmacalar. Bakı, 1973, s.11

  8. Rəhimov A.N. Ana dilinin tədrisi metodikası (ibtidai siniflərdə). Bakı, Nurlan, 2003, 408 s.

  9. Вениаминов Б. Селение Салахлу и татарские сказки, записанные в нем // СМОМПК, III выпуск, Тифлис, 1883, I отдел, с.100-137

  10. Долинин К.А. Стилистика французского языка. Москва, Просвещение, 1978, стр. 120

  11. Riesel E. Deutchen Stilistik. Moscow: Verlag Hochschule 1975, 315 p. Səh.164

  12. https://www.shagird.az


Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin