Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

2.2 Brexit prosesi 

2.2.1  Brexit-in hüquqi tənzimlənməsi 

Müstəqil  bir  Aİ  üzvünün  birlikdən  ayrılmasına  dair  mövcud  təcrübə  yoxdur. 

Ancaq belə bir təcrübə var ki, Aİ-yə üzv ölkələrin 3 ərazisi birlikdən ayrılıb. Bunlar 

Əl-Cəzair (1962-ci ildə Fransadan ayrılıb müstəqil oldu), Aİ-nin dənizaşırı bölgələri 

olan Qrenlandiya (1985) və Saint Bartelemi (2012) bölgələridir. [85] 

Hüquqi  baxımdan  isə,  1  dekabr  2009-cu  ildə  qüvvəyə  minən  Lissabon 

müqaviləsinin 49-cu maddəsi ilə üzv ölkələrin öz istəyinə  görə Avropa İttifaqından 

ayrılması  imkanı  gətirilmişdir.  Avropa  İttifaqı  müqaviləsinin  50-ci  maddəsində  bu 

hüquq belə yazılmışdır: 

1. Hər  bir  üzv  dövlət  öz  konstitusiya  qanunlarına  uyğun  olaraq  Avropa  İttifaqından 

çıxmaq qərarı verə bilər.  

 

 



 

 

 



 

 

 



2. Birliyi tərk etmək qərarı alan üzv dövlət, istəyini Avropa İttifaqı Şurasına bildirir. 

Birlik,  həmin  dövlətlə  Avropa  İttifaqı  Şurası  tərəfindən  müəyyənləşdirilən 

prinsiplər  altında  bu  dövlətin  birlik  ilə  gələcək  əlaqələrinin  çərçivəsini  diqqətə 

alaraq  birlikdən  çıxmaqla  bağlı  qaydaları  müəyyənləşdirən  bir  müqavilə 

müzakirəsi  aparır  və  həmin  müqavilə  imzalanır.  Bu  müqavilə  Avropa  İttifaqının 

Mexanizmləri haqqında müqavilənin 218-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq 

müzakirə  edilir.  Müqavilə,  birlik  adına  Avropa  Parlamentinin  razılığını  aldıqdan 

sonra Şura tərəfindən qəbul edilir. 

3. Müqavilələrin  qeyd  olunan  dövlətə  tətbiq  olunması  və  dövlətin  Aİ-ni  tərk  etməsi 

birliyi  tərk  etmə  haqqında  müqavilənin  qüvvəyə  girdiyi  tarixdə,  bunun 

reallaşmaması  halında  isə  Avropa  İttifaqı  Şurasında  səs  çoxluğu  ilə  müddəti 

uzadılmadığı  təqdirdə  2-ci  bənddə  bildirilən  bəyanatdan  sonra  iki  il  sonra  sona 

çatar. [57] 



46 

 

Müqavilə  maddələrinə  görə,  Brexit  prosesi  referendum  nəticələrinin  Aİ  Şurasına 



rəsmi olaraq təqdim etdikdə başlayır

Aİ-ni tərk etmək haqqında bəyanatın ardından, 



Böyük  Britaniya  ilə  Aİ  arasında  bütün  sahələri  əhatə  edən  müzakirə  mərhələsi 

başlayır.  Müzakirələrin  müddəti  uzadılmazsa  proses  2  il  davam  edir.  Yekun 

müqavilənin bağlanması ilə proses başa çatır. [74] Ancaq müqavilə qüvvəyə minənə 

qədər Böyük Britaniya Aİ üzvü olaraq qalacaqdır.  İngiltərə baş naziri Tereza Mayın 

2  noyabr  2016-cı  il  tarixində  verdiyi  bəyanata  görə  Brexit  prosesinə  rəsmi  olaraq 

2017-ci ilin mart ayında başlanılacaqdı. [75] Belə görünür ki, danışıqlar uzanmazsa, 

Böyük Britaniya 2019-cu ilin mart ayında birlikdən çıxacaqdır.  

29  mart  2017-ci  il  tarixində  Birləşmiş  Krallıq  Avropa  İttifaqı  Şurasını  Avropa 

İttifaqı Müqaviləsinin 50-ci maddəsinə əsasən birlikdən çıxmaq istədiyini bildirdi. 29 

aprel  2017-ci  il  tarixində  Aİ-nin  28  üzv  dövlət  başçılarından  ibarət  olan  Avropa 

İttifaqı Şurası tərəfindən danışıqların çərçivəsini müəyyənləşdirən və Aİ-nin ümumi 

mövqeyini  və  prinsiplərini  əks  etdirən  siyasi  təlimat  hazırlandı.  Dövlət  başçıların 

qərarına əsasən Avropa İttifaqı Şurası Brexit danışıqlarında əsas siyasi nəzarəti əlində 

saxlamalı və Avropa Komissiyası danışıqları aparmalıdır. 

Avropa  İttifaqı  danışıqlarda  27  üzv  ölkə  ilə  birlikdə  baş  vasitəçi  Mişel  Barniyer 

tərəfindən təmsil olunur. Mişel Barniyer Avropa Komissiyası tərəfindən təyin olunub. 

Onun  xüsusi  komandası  Avropa  Komissiyasında  danışıqlarla  bağlı  bütün  strateji, 

hüquqi  və  maliyyə  məsələləri  koordinasiya  edir.  [12]  Danışıqlar  müddətində  baş 

vasitəçi  mütəmadi  olaraq  Aİ  Şurasına  hesabat  verir  və  Avropa  Parlamentini 

müntəzəm olaraq məlumatlandırır. [13] 

Avropa  Parlamentinın  danışıqlarda  sona  qədər  rəsmi  rolu  yoxdur.  Ancaq  sonda 

yekun  müqavilənin  qəbulunda  həlledici  mövqeyə  sahib  olacaq.  Onun  razılığı 

olmadan müqavilənin qəbul olunması mümkün deyil. Belçikanın sabiq baş naziri Guy 

Verhofstadt,  parlamentdə  liberal  siyasi  qrupun  üzvü,  Avropa  Parlamenti  tərəfindən 

“Brexitə  məsul  şəxs”  təyin  edilmişdir.  Onun  vəzifəsi  Brexit  ilə  bağlı  bütün 

məsələlərdə Avropa Parlamentini qeyri-rəsmi olaraq təmsil etməkdir. 




47 

 

Birləşmiş  Krallıq  danışıqlara  rəhbərlik  etməsi  üçün  yeni  bir  departament 



(Department  for  Exiting  the  EU)  yaratmışdır.  Danışıqlara  vasitəçi  David  Davis 

rəhbərlik edir. 

29 mart 2017-ci il tarixində Birləşmiş Krallıq rəsmi olaraq Avropa İttifaqı Şurasına 

müraciət edərək birlikdən çıxmaq istədiyini bildirdi. 2 il müddətində Avropa İttifaqı 

və 

Birləşmiş 



Krallıq  danışıqlar  aparmalı  və  danışıqları  müqavilə  ilə 

yekunlaşdırmalıdırlar.  Əgər  bu  müddətdə  tərəflər  razılığa  gələ  bilməzsə  Birləşmiş 

Krallıq  avtomatik  olaraq  birlikdən  kənarlaşdırılacaq.  2  illik  müddət  27  dövlət 

başçısının yekdil razılıqlarına əsasən uzadıla bilər. 

Avropa  Parlamenti  tərəfindən  müqaviləyə  razılıq  verildiyi  təqdirdə  Aİ  Şurası 

səsvermə (super-qualified majority vote) keçirəcək. Aİ Müqaviləsinə əsasən (Article 

238(3)b) müqavilə ən azı iştirakçı ölkələrin 72%-i tərəfindən, bu ölkələrdəki əhalinin 

65%-i tərəfindən təsdiq olunmalıdır. Bu o deməkdir ki, əhalisi ümumilikdə təxminən 

280 milyon olan üzv dövlətlərdən ən azı 20-si müqaviləni təsdiqləməlidir.  

Bir  tərəfdən  müqavilənin  təsdiqlənməsi  prosesi  risk  daşıyır.  Belə  ki,  üzv  ölkələr 

müqavilənin milli səviyyədə ratifikasiyasını tələb edə bilər. Bu çoxluğun müqavilənin 

toxunduğu  məsələlərin  Aİ  səlahiyyətində  deyil,  milli  dövlətlərin  səlahiyyətində 

olduğu qərarına gəlməsi ilə baş verə bilər və bu prosesi çox uzadar. 

Birləşmiş Krallıq da müqaviləni ratifikasiya etməlidir. Konstitutsional İslahatlar və 

İslahatlar Aktı (2010) əsasında: 

  Nazirlər hər iki parlament evinin 21 günlük iclasından və ratifikasiyadan əvvəl 



müqavilə ilə tanış olmalıdırlar. 

  Bu  periodda  hər  iki  parlament  evi  müqavilənin  ratifikasiya  olunmaması  üçün 



qətnamə  qəbul  edə  bilərlər.  Belə  bir  hal  baş  verməzsə  hökumət  müqaviləni 

ratifikasiya edə bilər. 




48 

 



 

Əgər  İcmalar  Palatası  və  ya  Lordlar  palatası  ratifikasiyanın  əleyihinə  səs 

verərlərsə  hökumət  onu  dərhal  ratifikasiya  edə  bilməz,  ancaq  ratifikasiyaya 

davam etməsinin səbəblərini bildirən bəyanat verməlidir. 

 

Əgər  İcmalar  Palatası  ratifikasiyanın  əleyhinə  səs  verərsə,  bu  ratifikasiyadan 



öncə 21 günlük iclasın çağırılması deməkdir. Əgər iclasın nəticəsində yenidən 

ratifikasiyanın əleyhinə səs verərsə ratifikasiya əngəllənir. 

 

Əgər  Lordlar  Palatası  ratifikasiyanın  əleyhinə  səs  verərsə,  ancaq  İcmalar 



Palatası  ratifikasiyanın  leyhinə  olarsa  hökumət  parlament  müqavilənin 

ratifikasiya  olunmama  səbəbini  açıqlamadan  öncə  bəyanat  verməlidir.  Bu  21 

günlük  iclasa  səbəb  olmur.  Əgər  yenə  də  Lordlar  Palatası  ratifikasiyanın 

əleyhinə olarsa o ratifikasiyanı əngəlləmək gücünü özündə saxlayır. 

Brexit  prosesi  müddətində  rəsmi  ayrılmağa  qədər  Birləşmiş  Krallıq  bütün 

hüquqları  və  öhdəlikləri  ilə  birlikdə  Aİ-nin  üzvü  olmağa  davam  edir.  Ancaq  o  Aİ 

Şurasının  Brexit  ilə  bağlı  müzakirələrində  və  qərarveriçilik  prosesində  iştirak  edə 

bilmir.  Bundan  başqa  Birləşmiş  Krallıq  nümayəndələri  Aİ  Şurasının  müntəzəm 

olaraq  Aİ  qanunvericilik  aktlarının  qəbulu  da  daxil  olmaqla  institutsional 

görüşlərində iştirak edir. 

Tərəflər  arasında  rəsmi  danışıqlar  19  iyun  2017-ci  il  tarixində  başladı.  Baş 

vasitəçilər  Mişel  Barniyer  və  David  Davis  dörd  həftədən  bir  rəsmi  sessiyalarda 

görüşürlər. [3] 

8  dekabr  2017-ci  il  tarixində  Brexit  danışıqlarının  indiyə  qədər  olan  nəticələrini 

ictimaiyyətə  çatdırmaq  üçün  tərəflər  birgə  hesabat  yayımladılar.  Tərəflər  arasında 

müzakirə olunan məsələlər aşağıdakı əsas başlıqlara bölünmüşdür: 

  Vətəndaşların hüquqları –



 

İki tərəf arasında ən aktual məsələ məhz Birləşmiş 

Krallıqda yaşayan Aİ vətəndaşları və Aİ ölkələrində yaşayan Birləşmiş Krallıq 

vətəndaşlarının  hüquqları  və  gələcəyidir.  Vətəndaşların  hüquqları  ilə  əlaqədar 

Sazişin  ümumi  məqsədi  Aİ  və  Böyük  Britaniya  vətəndaşlarıı  üçün  qarşılıqlı 



49 

 

müdafiə təmin etmək və həmin vətəndaşların müəyyən müddətə azad hərəkət 



hüququndan  istifadəyə  davam  etməsi  də  daxil  olmaqla  keçmiş  həyat 

seçimlərinə  əsaslanan  hüquqları  qorumaqdır.  28  fevral  2018-ci  ildə  təqdim 

olunan  müqavilə  layihəsində  Birləşmiş  Krallıqda  yaşayan  Aİ  vətəndaşları  və 

Aİ  ölkələrində  yaşayan  Birləşmiş  Krallıq  vətəndaşlarının  həmin  ölkələrdə 

yaşamağa davam edə biləcəyi, həmçinin, istədikləri vaxt ölkəni tərk etmək və 

öz ölkəsinə qayıtmaq hüquqları olduğu öz əksini tapmışdır.  

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin