Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə20/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   ...   16   17   18   19   20   21   22   23   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


53 

 

III Fəsil. Dövlətlər və Brexit 



3.1 Dünyadan Brexit-ə reaksiyalar 

3.1.1 Avropa İttifaqı və Brexit 

Aİ institutlarının rəsmiləri referendumdan öncə də, sonra da Brexit qarşısında 

narahatlıqlarını  açıq  şəkildə  bildirirdilər.  Ancaq  Brexit  Avropanın  radikal  sağçıları 

tərəfindən sevinclə qarşılandı. [71] Aİ Şurasının sədri Donald Tusk, Aİ Komissiyası 

sədri  Jean-Claude  Juncker,  Avropa  Parlamenti  sədri  Martin  Schulz  və  Aİ  Dönəm 

sədri  Hollandiya  baş  naziri  Mark  Rutte  referedumdan  sonra  nəticələrin  müzakirəsi 

üçün görüşdülər. Açıqlamalarda kədərləndiklərini ancaq Böyük Britaniyanın qərarına 

hörmət  etdiklərini  bildirərək  “Bu  proses  çətin  olsa  da,  indi  Birləşmiş  Krallıq 

hökumətinin  xalqın  bu  qərarını  yerinə  yetirməsini  gözləyirik.  Hər  hansı  gecikmə 

lazımsız  şəkildə  qeyri-müəyyənliyi  artırır.  Biz  ümid  edirik  ki,  Birləşmiş  Krallıq 

gələcəkdə də Avropa İttifaqının yaxın tərəfdaşı olmaqda davam edəcək” açıqlamasını 

verdilər.  

Avropa  Parlamenti  sədri  Martin  Schulz  referendum  nəticəsini  “Birləşmiş 

Krallıq  xalqının  ayrılma  qərarından  dolayı  böyük  kədər  hissi  keçiririk.  Ancaq  bu 

xalqın  Aİ-dən  çıxılması  yönündəki  müstəqil  bir  iradə  ilə  bəyanıdır”  kimi 

dəyərləndirdi.  Həmçinin,  o  Brexitin  baş  verəcəyi  təqdirdə  Böyük  Britaniyaya  3-cü 

ölkə kimi davranılacağını qeyd etdi. [68] 

Bundan başqa Aİ Şurası sədri Donald Tusk Brexit qərarının ardından 27 üzv 

ölkənin liderlərinin Aİ-də birliyi qorumağa qərarlı olduğunu və Aİ-nin belə bir qərara 

hazırlıqlı  olduğunu  söylədi.  Etdiyi  açıqlamada  diqqət  çəkən  ifadə  “Öldürməyən  şey 

sizi gücləndirir” idi. [76] 

29  mart  2017-ci  ildə  Baş  nazir  Theresa  May  Birləşmiş  Krallığın  Avropa 

İttifaqından  çıxması  barədə  rəsmi  məktubla  müraciət  etdi.  Həmin  tarixdə  mətbuat 

konfransında çıxış edən Aİ Şurasının prezidenti Donald Tusk “bugünün xoşbəxt bir 

gün olduğunu deyib rol oynamaq üçün bir səbəb yoxdur” bildirdi. “Biz indidən sizin 



54 

 

üçün darıxırıq” deyə əlavə etdi. Həmçinin, o çıxışında Brexitdə pozitiv bir məqamın 



olduğunu,  27  dövlətin  hələ  də  Avropa  İttifaqında  daha  qəti  və  həmrəy  olaraq 

qaldığını bildirmişdi. 

Həmin  tarixdə  Avropa  Parlamentinin  prezidenti  Antonio  Tajani  sosial 

şəbəkədəki hesabında paylaşmışdı:  



“Bugün yaxşı gün deyil. Brexit Birliyin tarixində yeni bir fəsil yaradır, ancaq 

biz  hazırıq,  biz  davam  edəcəyik  və  ümidvarıq  ki,  Birləşmiş  Krallıq  bizim  yaxın 

tərəfdaşımız olaraq qalacaq”. 

Maltada  səfərdə  olan  Avropa  Komissiyasının  prezidenti  Jean-Claude  Juncker 

həmin günü “kədər günü” adlandırdı. [28] 

 

3.1.2  Avropa İttifaqı üzvləri və Brexit 

Brexitə  qarşı  Aİ-nin  üzv  dövlətlərinin  mövqeyinə  gəldikdə,  aydındır  ki,  bütün 

dövlətlər bu hadisəyə müxtəlif səbəblərdən müsbət yanaşmırlar.  

Birincisi,  Brexit  domino  effekti  ilə  digər  üzv  dövlətlərə  də  keçərək  Fransanın, 

Niderlandın  və  digər  ölkələrin  birlikdən  çıxmasına  dair    səslərin  qalxmasına  zəmin 

yarada  bilər  və  yaratdığı  da  müşahidə  olunur.  Belə  ki,  Fransanın  2017-ci  ildə 

keçirilən  prezident  seçkilərində  uğurlu  namizəd  hesab  olunan  Le  Pen,  həmçinin, 

2017-ci  ildə  Niderlandda  keçirilən  parlament  seçkilərində  2-ci  yeri  tutan  Azadlıq 

Naminə Partiyanın (The Party for Freedom) lideri  Geert Vilders ölkələrinin Avropa 

İttifaqından çıxması üçün referendum keçirilməsinin tərəfdarıdırlar.   

İkincisi,  ayrılma  prosesi  üzv  ölkələrin  iqtisadiyyatına,  daha  dəqiq  desək,  Böyük 

Britaniya  ilə  ticarətinə  mənfi  təsir  göstərəcək.  Bir  digər  maraqlı  məqam  Brexitdən 

daha  çox  hansı  ölkələrin  təsirlənəcəyidir.  Dünya  İqtisadi  Forumunun  mövzu  ilə 

əlaqəli  analizində  iqtisadi  baxımdan  ən  çox  təsirlənəcək  ölkənin  Almaniya  olacağı 

bildirilmişdir.

 [76]

 Bunun əsas səbəbi kimi isə Böyük Britaniyanın 2016-cı ilin üzrə 



ticarət tərəfdaşlarının statistikasına görə ABŞ-dan sonra 2-ci tərəfdaşın Almaniyanın 

olması göstərilir. Bu məqamda Böyük Britaniyanın ikinci ticarət tərəfdaşı Niderland 




55 

 

ilə  üçüncü  ticarət  tərəfdaşı  Fransanın  Brexitdən  daha  çox  mənfi  təsirlənəcəyini 



təxmin etmək olar. [63] 

Brexit  qərarına  Almaniyanın  baş  naziri  Angela  Merkel  “Böyük  Britaniyanın  Aİ-

dən ayrılma qərarını böyük kədərlə qarşılayırıq, ancaq mətanətli olmalıyıq” kimi şərh 

verdi.  “Sadəcə  Böyük  Britaniyanın  deyil, başqa  ölkələrin  də  Aİ  layihəsinə  inamının 



sorğulandığını  görürük.  Bu  problemlər  qarşısında  lazımi  addımları  atmalıyıq. 

Avropa İttifaqı fikrinin eyni zamanda Avropada sülh anlayışı ilə ekvivalent olduğunu 

unutmamalıyıq”.

 

  

Brexit  Avropa  İttifaqının  dominant  güclərindən  olan  Fransanı  da  dilemma 

qarşısında  qoydu.  Fransa  həm  Avropa  İttifaqının  zəifləyəcəyi  qorxusu  ilə  Böyük 

Britaniyanın  birlikdən  çıxmasını  istəmir  və  Almaniyanın  birlikdəki  tək  güc 

olacağından narahatlıq keçirir, həm də Brexit nəticəsində Aİ-nin maliyyə mərkəzinin 

Parisə keçməsi ehtimalı ilə qazanacağı maliyyə imkanlarını düşünür. Fransanın sabiq 

prezidenti  F.Olland  dəfələrcə  Böyük  Britaniyanın  Aİ-də  qalmasının  vacibliyini 

vurğuladı:  



“Böyük Britaniya Avropa İttifaqında qalmalıdır. Bizim istəyimiz bu yöndədir. Eyni 

zamanda Aİ-nin inkişaf etməsinə ehtiyac var. Heç bir ölkənin veto haqqı olmamalıdır. 

Heç bir ölkə ortaq vəzifələrdən kənarda qalmamalıdır”. [77]  

Referendum nəticələrinin elan edilməsindən sonra F.Olland öz çıxışında demişdir: 



"Birləşmiş  Krallıq  və  Avropa  üçün  bu  qərardan  dolayı  dərin  təəssüf  hissi 

keçirirəm, amma seçim onlarındır və buna hörmət etməliyik. Bu Britaniya üçün ağrılı 

olacaq  amma  bütün  ayrılıqlarda  olduğu  kimi,  bu  geride  qalanlara  da  acı 

verəcəkdir”. [15] 

Qeyd olunan ölkələrdən başqa İtaliya, İspaniya, Avstriya, Bolqarıstan, Sloveniya, 

Xorvatiya, Latviya, Litva və digər Aİ üzvləri referendumun ardından sanki razılaşmış 

bir  şəkildə  Brexit  qarşısında  kədərli  olduqlarını  və  bunun  Avropaya  mənfi  təsir 

edəcəyini bildirdilər.  [77] 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Brexit  əlaqədar  dövlətlərin  rəsmiləri  tərəfindən 

narahatlıqla  qarşılansa  da,  bu,  ölkələrin  radikal  sağ  qrupları  bu  qərara  sevindi. 



56 

 

Fransada sağçı Milli Cəbhə lideri Le Pen Fransada da oxşar referendumun keçirilməsi 



üçün  çağırış  etdi.  Le  Pen  bu  haqda  yazmışdır:  “Azadlıq  naminə  qələbə!  Mənim 

illərdir  dediyim  kimi  biz  Fransada  və  digər  Aİ  ölkələrində  oxşar  referendumlar 

keçirməliyik”. 

İtaliyada  avroskeptik  tezislərin  ən  güclü müdafiəçisi  olan  Şimal  Birliyi  Partiyası 

lideri  Matteo  Salvini  “indi  sıra  bizdədir”  deyərək  İtaliyanın  Böyük  Britaniyanı 

izləməli olduğunu açıqlamışdır. Niderlandın Azadlıq Naminə Partiyasının (Partij voor 

de Vrijheid)

 lideri 

Geert Vilders 23 iyunun tarixə müstəqillik günü və Brüsselin milli 

suverenlik qarşısında məğlubiyyəti kimi keçəcəyini bildirdi.  

Birləşmiş  Krallıqla  quru  sərhəddə  sahib  tək  dövlət  olan  İrlandiyanın  Baş  naziri 

Brexitə belə reaksiya vermişdir: 

"Bunun İrlandiyaya, eləcə də İngiltərəyə və Avropa İttifaqına aydın şəkildə böyük 

təsirləri olacaqdır". [82] 

Göründüyü  kimi,  üzv  ölkələrdə  də  Brexit  barədə  fikir  birliyinin  olmaması  digər 

dövlətlər üçün də bu  təhlükənin olduğunu  təsdiq  edir.  Aİ  üzvləri  təcrübə baxımdan 

yeni  olan  Brexit  prosesinin  necə  həyata  keçiriləcəyində  ciddi  qeyri  müəyyənliklər 

olduğundan    narahatlıq  keçirilir.  Digər  tərəfdən  isə  bu  prosesin  Avropa  üçün  ciddi 

problemlər yaradacağından xəbərdardırlar. 



 

3.1.3 Qeyri-üzv dövlətlər və Brexit 

Böyük  Britaniyanın  Avropa  İttifaqından  ayrılması  məsələsi  yalnız  Avropanı 

maraqlandıran  regional  bir  problem  deyildir.  Brexitin  yerli,  regional  və  qlobal 

təsirləri  bir  çox  dövləti  bu  məsələyə  reaksiya  verməyə  vadar  etdi.  Brexitdən 

narahatlığı ABŞ-ın keçmiş prezidenti Barak Obamanı Londona səfər etməsinə səbəb 

olmuşdur. 22 aprel 2016-cı il tarixində  Londona  gedərək Britaniya  xalqını səslərini 

Avropa  İttifaqı  yönündə  verməyə  dəvət  etmişdir.

  [82]


  ABŞ  lideri,  Brexitin 

reallaşması halında bunun Böyük Britaniya ilə ABŞ arasındakı ticarətə də mənfi təsir 




57 

 

edəcəyini vurğulamış və Böyük Britaniyanın Aİ-nin üzvü kimi daha güclü olduğunu 



bildirmişdir. [78] 

Obama  referendum  sonrasında  “Birləşmiş  Krallıq xalqı öz sözünü dedi, buna 

hörmət  edirik.  ABŞ  ilə  Birləşmiş  Krallıq  arasındakı  xüsusi  əlaqə  qalıcıdır  və 

Birləşmiş  Krallığın  NATO  üzvlüyü  ABŞ-ın  xarici,  təhlükəsizlik  və  iqtisadi 

siyasətində  vacib  bir  amil  olaraq  qalacaqdır.  [83]  ABŞ-ın  yeni  seçilmiş  prezidenti 

Donald Tramp isə daha fərqli bir reaksiya vermişdir:  

Birləşmiş  Krallıq  ölkə  üzərində  nəzarəti  geri  aldı,  bizim  Amerikanı  geri 

alacağımız kimi”. 

 

ABŞ  baxımdan  maraqlı  olan  digər  bir  məqam  Böyük  Britaniyanın  bundan 



sonra  uzun  illərdir  Aİ  ilə  ABŞ  arasından  müzakirə  edilən  “Transatlantik  Ticarət  və 

Əməkdaşlıq Müqaviləsi”ndə rolunun necə olacağıdır. Belə ehtimal olunur ki, Böyük 

Britaniya  Transatlantik  əməkdaşlığına  müstəqil  tərəf  olaraq  qoşulmaq  istəyəcək  və 

böyük  ehtimalla  ABŞ  onu  dəstəkləyəcək.  Ancaq  Avropa  İttifaqının  bunu  qəbul 

edəcəyi  gözlənilmir.  [79]  Bundan  başqa,  ABŞ  prezidenti  Trampın  Aİ  ilə  olan 

Transatlantik  əməkdaşlığı  dəstəkləməsi  məsələsi  də  müəmmalıdır.  Onun  “Birinci 

Amerika” vədi Transatlantik əməkdaşlığı və Avropanın təhlükəsizliyini təhlükə altına 

qoyur.  Həmçinin,  onun  Avropanın  inteqrasiyasına  qarşı  antipatiyası  və  beynəlxalq 

ticarət  qaydalarını  yenidən  yazmaq  niyyəti  Avropanın  inkişafına  təhlükə  xarakteri 

daşıyır.


 

[61] 


Brexit  nəticələrinə  dair  mövqeyi  diqqət  çəkən  başqa  bir  ölkə  isə  Rusiyadır. 

Bundan  başqa,  Putin  Şanxay  Əməkdaşlıq  Təşkilatı  sammiti  üçün  Daşkəntə  səfəri 

zamanı  Britaniyanın  sabiq  Baş  naziri  David  Kameronun  “Putin  sevinər”  ifadəsini 

Britaniya  ictimai  fikri  üzərində  təzyiq  yaratmaq  məqsədi  daşıdığını  bildirib.  [47] 

Birliyin əsas dayaqlarından olan Böyük Britaniyanın Aİ-dən çıxması siyasi baxımdan 

Rusiya  üçün  müsbət  məqam  sayıla  bilər.  Brexit  referendumunun  nəticələrini 

dəyərləndirən  Rusiya  Xarici  İşlər  Naziri  Lavrov  “Bu,  Böyük  Britaniyanın  daxili 

məsələsidir”  deyə  şərh  etmişdir.  Rusiya  Maliyə  Nazirini  verdiyi  bəyanatda  Brexitin 




58 

 

Rusiya üçün böyük bir iqtisadi risk daşımadığı bildirilmişdir. Bundan başqa Rusiya 



Federasiyası  sözcüsü  ölkənin  mövqeyi  haqqında  danışarkən  “Ümid  edirik  ki, 

Birləşmiş  Krallıq  Rusiya  ilə  daha  sıx  əlaqələrə  ehtiyacı  olacağını  anlamışdır”  deyə 

ifadə işlətdi.

 

[86]  Əslində bu cümlə Rusiyanın Brexitlə bağlı mövqeyini tam ortaya 



qoyur.  

Kanadanın  Baş  naziri  Justin  Trudeaunun  Brexitlə  bağlı  reaksiyası  belə 

olmuşdur:  

“Birləşmiş Krallıq xalqı Avropa İttifaqını tərk etməyi seçdi. Birləşmiş Krallıq 

və Avropa İttifaqı Kanada üçün dərin tarixi bağlara və ümumi dəyərlərə malik vacib 

strateji tərəfdaşdırlar. Biz hər iki tərəflə əlaqələr qurmağa davam edəcəyik. Baş nazir 

David  Kameron  bugün  payıza  qədər  istefa  verəcəyini  bildirdi.  Bütün  kanadalılar 

adından  ona  bizim  ölkəmizə  yaxın  müttəfiq  və  yaxşı  dost  olduğu  üçün  təşəkkür 

edirəm.”

  

[37] 



Türkiyə  prezidenti  Recep  Tayyip  Erdoğan  Britaniyanın  Aİ-ni  tərk  etməsini 

“yeni  eranın  başlanğıcı”  kimi  dəyərləndirərək  Türkiyəyə  qarşı  mövqeyini  yenidən 

nəzərdən  keçirməyəcəyi  təqdirdə  Avropa  İttifaqının vəziyyətinin daha  da  kəskinləşə 

biləcəyini  bildirdi.  24  iyun  2016-cı  il  tarixində  Aİ-nin  Türkiyəyə  olan  münasibətini 

“İslamafobiya”  kimi  qiymətləndirdi.  O,  həmçinin,  David  Kameronu  “Qalma” 

kampaniyası müddətində  Türkiyə ilə bağlı “Türkiyənin 3000-ci ilə qədər Aİ-yə daxil 

olma ehtimalı yoxdur” ifadəsinə görə tənqid edib.

 

[62]   



Şübhəsiz  ki,  Brexitin  Çin  üçün  də  təsirləri  olacaq.  Çinin  Brexitlə  bağlı 

mövqeyini prezident Xi Jinping Londona 2015-ci oktyabr ayında olan səfəri zamanı 

belə  ifadə  etmişdir:  “Çin  çiçəklənən,  birləşmiş  bir  Avropa  görmək  istəyir”.  Bu 

mesajla  Çin  Böyük  Britaniyanın  Avropa  İttifaqının  bir  hissəsi  kimi  qalmasının 

tərəfdarı  olduğunu  bildirir.  [20]  Brexit  Çin  üçün  3  səbəb  baxımdan  önəmlidir. 

Birincisi,  rəsmi  Pekin  Böyük  Britaniya  ilə  sıx  əlaqələrini  qoruyaraq  Avropa 

İttifaqının  Çin  siyasətinə  təsir  etmək  istəyir.  Çünki,  Asiyada  ABŞ  və  Yaponiyadan 

təzyiqlər görən ÇXR üzünü iqtisadi imkanlar üçün Avropa İttifaqına çevirib. İkincisi, 




59 

 

Böyük Britaniya Çinə böyük amma daxil olması çətin olan Avropa bazarına girmək 



imkanı  verir.  Ancaq  Brexit  bu  ölkədə  olan  Çin  şirkətlərinə  də  mənfi  təsir  edəcək. 

Üçüncüsü, Böyük Britaniya Çinin “Yuanın Beynəlmiləlləşdirilməsi” strategiyasında 

açar  dövlətlərdən  biridir.  Brexitdən  sonra  Londonun  bu  strategiyada  necə  bir  rol 

oynayacağı və hansı mövqedə olacaq məlum deyil.  [4] 

Göründüyü  kimi,  Brexit  bir  ölkənin  regional  bir  birlikdən  çıxması  olsa  da 

qloballaşmanın  təsiri  ili  bütün  dünyaya  müxtəlif  formalarda  təsir  etmək  imkanına 

sahibdir.  Dünya  dövlətlərinin  mövzu  üzərindəki  mövqeyini  ümumiləşdirsək,  deyə 

bilərik  ki,  Brexitin  iqtisadi  və  siyasi  təsirləri  bütün  dövlətlər  üçün  keçərlidir.  Brexit 

Rusiya üçün siyasi baxımdan müsbət olsa da, Aİ-ni daim birləşmiş və güclü görmək 

istəyən  ABŞ  üçün  ikitərəfli  itkidir.  Çin  isə  coğrafı  baxımdan  Avropadan  uzaqda 

yerləşsə də iqtisadi itkilər baxımdan Brexit əleyhinə mövqe tutur.  [86] 

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin