Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   ...   20   21   22   23   24   25   26   27   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

 

 

 

 

 

 

 

 

 

 


70 

 

NƏTICƏ 



 

Böyük  Britaniyanın  Avropa  İttifaqına  üzv  olmasından  bəri  ölkə  daxilində 

avrofil və avroskeptiklərin daim mübahisədə olması, həmçinin, mövcud tarixi şərait 

Brexiti labüd olan bir hadisəyə çevirdi. Birlik daxilində Böyük Britaniyanın “xüsusi 

üzv”  statusuna  malik  olması  Aİ-nin  Böyük  Britaniyanı  qane  etmək  üçün  müəyyən 

güzəştlər  etdiyini  göstərir.  Brexitin  səbəblərinə  nəzər  saldıqda  isə  Böyük  Britaniya 

xalqının Avropa İttifaqına şübhəci yanaşması və birliyin suverenliyi məhdudlaşdıran 

bir  qurum  kimi  görməsi  hadisənin  altında  duran  dərin  səbəb,  ölkə  daxilində 

milliyyətçi  qrupların  fəallaşması  ara  səbəb,  son  dövrlərdə  iqtisadi  arqumentlərinin 

çoxalması,  Avropaya,  həmçinin  Böyük  Britaniyaya  olan  böyük  miqrant  axını  isə 

təşviqedici səbəb kimi göstərilə bilər. Bu yolda keçirilən referendumun nəticələrindən 

xalqın  yarıya  bölündüyü  və  nəticələrin  kateqoriyalar  üzrə  müxtəlif  olduğu  (region, 

yaş  və  s.)  ortaya  çıxır.  Nəticələrdə  ərazi  baxımdan  böyük  fərqlərin  olması  ölkə 

daxilində separatizm meyllərini gücləndirir. Brexit proses baxımdan isə hər kəsə çox 

maraqlıdır. Aydındır ki, proses Lissabon müqaviləsinə əsasən həyata keçirilir. Ancaq 

praktikada  belə  bir  hadisənin  ilk  dəfə  baş  verməsi  fikirlərdə  qeyri  müəyyənlik 

yaradır. 

Brexitin  yerli,  regional  və  qlobal  təsirlərinin  olması  mövzunu  daha  da 

əhəmiyyətli  edir.  Belə  ki,  Brexit  siyasi  baxımdan  qlobal  səviyyədə  artan  radikal 

milliyətçiliyi  daha  da  gücləndirəcək,  iqtisadi  baxımdan  isə  bir  çox  dövlətlərin 

iqtisadiyyatına  mənfi  təsir  etməklə  birlikdə,  dünyada  maliyyə  güc  mərkəzlərinin 

yerdəyişməsinə səbəb ola bilər. Brexit referendumunun ardından sterlinqin dəyərinin 

aşağı düşməsi buna bariz sübutdur. Brexitin baş verməsi ilə bir çox dövlətlərdə itkilər 

olacaq,  ancaq  aydındır  ki,  itkilər  ən  çox  Böyük  Britaniya  və  Avropa  İttifaqı 

strukturunda, daha sonra isə üzv dövlətlərdə olacaq. Brexit göstərdi ki, qloballaşma 

dünyanı  o  qədər  yumru  edib  ki,  bir  dövlətin  özü  ilə  bağlı  qərarı  minlərlə  kilometr 

uzaqda  yerləşən,  mövzu  ilə  əlaqəli  olmayan  dövlətlərə  də  təsir  göstərə  bilir.  Bu 

baxımdan,  dövlətlərin  Brexitə  münasibəti  ümumilikdə  yekdillik  təşkil  edir.  Avropa 




71 

 

İttifaqı  üzvləri  güzəşt  və  imtiyazlarını  itirərək  Birləşmiş  Krallıqla  münasibətlərini 



ikitərəfli  razılaşmalar  əsasında  qurmalı  olacaq,  Birləşmiş  Krallıq  isə  üçüncü 

dövlətlərlə  münasibətlər  qurduqda  Avropa  İttifaqı  qaydalarına  əməl  etmək 

məcburiyyətində olmayacaqdır.  

Brexitdən  sonra  Böyük  Britaniyanın  onun  üçün  nümunə  sayılacaq  Norveç, 

İsveçrə kimi modeller əsasında yoxsa onun yeni bir “xüsusi model” əsasında Aİ ilə 

münasibətləri  tənzimləyəcəyi  məlum  deyil.  Məlum  olan  2019-cu  ilin  martında 

Avropa  İttifaqı  və  Birləşmiş  Krallığın  Brexit  müqaviləsi  ilə  yollarını  ayıracağıdır. 

Müqavilənin ilkin versiyası yayımlansa da müzakirələr davam etməkdədir.  

Brexitin  Azərbaycana  birbaşa  təsiri  olmasa  da  iqtisadi  baxımdan  dolaylı 

təsirlərə  malikdir.    Brexit  nəticəsində  funt  sterlinqin  dəyər  itirməsi  ilk  növbədə 

aktivlərinin  5%-ə  qədərini  sterlinqdə  saxlayan  Azərbaycan  iqtisadiyyatı  üçün, 

həmçinin, Londonda əmlaka malik olan Dövlət Neft Fondu və əsasən də Londonda 

mülkü,  biznesi  olan  Azərbaycan  şirkətləri  və  vətəndaşları  üçün  mənfi  nəticələrə 

malikdir.  Siyasi  baxımdan  Brexitin  Aİ-Azərbaycan  əlaqələrinə  birbaşa  təsirləri 

olmasa da dolayı yolla təsirlər hiss olunacaqdır. Birləşmiş Krallıq qlobal aktor olmaq 

iddiasında olduğundan Cənubi Qafqazda aktivləşəcəyi ehtimal oluna bilər.

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


72 

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin