1.1.3. Avropa İttifaqının genişlənmə mərhələləri
Avropa İttifaqının qısa zamanda qazandığı nəaliyyətlər başqa dövlətləri də bu quruma
üzv olmağa ruhlandırdı. Avropa İttifaqı yarandığı gündən bəri 7 genişlənmə
mərhələsindən keçmişdir:
1. Böyük Britaniya, Danimarka və İrlandiya. (1971). 3 dövlət genişlənməyə qarşı
siyasətlərdən sonra birliyə ilk genişlənmədə üzv olan ölkələrdir. [30] 1961-ci
ildə İrlandiya, Danimarka və Böyük Britaniya, 1962-ci ildə Norveç Avropa
Birliyinə daxil olmaq üçün müraciət etdilər. Fransa Böyük Britaniyanın
16
Avropa Birliyinə daxil olmasına müxalif olması səbəbindən yalnız 1973-cü
ildə onun üzvlüyünə razılıq əldə olundu. Beləliklə, Böyük Britaniya,
Danimarka, İrlandiya və Norveç Avropa Birliyinə üzvlüyünə qəbul barədə
müqavilə imzalandı. Lakin Norveçdə keçirilmiş referendumda müqaviləni
ratifikasiyasına etməməsi səbəbindən Norveç Avropa Birliyinə üzv olmadı.
2. Yunanıstan (1981). 1959-1960-cı illərdə Yunanıstan və Türkiyə Avropa
İqtisadi Birliyinə assosiativ üzv olmaq üçün müraciət etdi. Yunanıstanda
hərbçilərin dövlət çevrilişi və ölkədə diktaturanın qurulması səbəbilə onun
Avropa Birliyində assosiativ üzvlüyünə son qoyulmasına səbəb oldu. [2]
Yunanıstan yanlız 1981-ci ildə birliyə tamhüquqlu üzv statusunu qazandı.
3. İspaniya və Portuqaliya (1986). İspaniya və Portuqaliyanın birliyə üzv olması
ilə Avropa Birliyi cənuba doğru genişləndi. [30] Əslində birliyin genişlənməsi
ilə üzvlərin iqtisadi və siyasi inkişaf səviyyəsi baxımdan qeyri-bərabərlik
yarandı. Yeni üzvlərin uzun müddət diktatorlar tərəfindən idarə olunmasını
səbəbilə yaranmış yanlış iqtisadi idarəetmə və ağır iqtisadi durum onlara
Avropa Birliyi tərəfindən külli miqdarda yardım göstərilməsini qaçılmaz
edirdi.
4. Finlandiya, İsveç və Avstriya (1995). Avropa Birliyi Avropa İttifaqına
çevrildikdən sonra 3 yeni üzvü öz sıralarına qəbul etdi. Bununla da, birliyin
üzvlərinin sayı 15-ə çatdı. [2]
5. 10 yeni üzvün qəbulu (2004). Bu həm, ölkələrin sayı, həm də əhatə olunan
insanların sayı baxımdan Avropa İttifaqı tarixində ən böyük genişlənmə idi.
Eyni zamanda 10 ölkə, Çexiya, Estoniya, Kipr, Latviya, Litva, Macarıstan,
Malta, Polşa, Slovakiya və Sloveniya birliyin üzvləri sıralarına qoşuldular.
6. Rumıniya və Bolqarıstan (2007). Şərqi Avropanın daha 2 dövləti Avropa
İttifaqına üzv olaraq birliyə üzv olan ölkələrin sayını 27-ə çatdırdı.
7. Xorvatiya (2013). Xorvatiyanın Avropa İttifaqına qoşulması hələ ki, birliyin
son genişlənməsini əhatə edir. Sloveniyadan sonra Xorvatiya birliyə üzv olan
ikinci post-Yuqoslaviya ölkəsidir. [30]
17
2013-cü ildən bəri Avropa İttifaqı yeni üzv qəbul etməyib. Əksinə olaraq, birliyin
qədim üzvlərindən olan Böyük Britaniya üzvlükdən çıxmaq istəyini bildirib.
Avropa İttifaqının genişlənmə strategiyasını və perspektivlərini araşdırarkən ilk
öncə Aİ-nin genişlənmə prosesindən əldə etdiyi mənfəət və üstünlükləri və həmçinin,
genişlənmənin dayandırılacağı halında Aİ-nin itkilərini təhlil etmək lazımdır. Aİ-nin
bu genişlənmədən qazanclarını belə sıralaya bilərik:
Hər şeydən əvvəl, dövlətlərin Avropa İttifaqına üzvlük gözləntisi
kommunizmin süqutundan sonra Orta və Şərqi Avropa dövlətlərindəki reform
prosesini sürətləndirdi;
Bölgədə sabit demokratiyaların yaranması ümumilikdə Avropanın
təhlükəsizliyini artırdı. Milli azlıq məsələləri və sərhəd problemləri qismən
aradan qaldırıldı;
Ticarətdə sürətli yüksəliş Aİ üçün yeni bazarlar və investisiyalar mənasına
gəlirdi. Üzv dövlətlər artıq ticarətlərinin böyük hissəsini Avropa ilə edirdilər.
Aİ-nin genişlənmə layihəsi olmasaydı, bu qazanclar əldə edilə bilməzdi. [48]
Aİ üzvlərinin genişlənməyə razılıq verməməsi və bunun nəticəsində Aİ-nin
genişlənmə layihəsinin gecikdirilməsi və ya tamamilə genişlənmədən imtina edilməsi
Avropa üçün böyük bir siyasi uğursuzluq ola bilər. Bunun nəticəsi həm Aİ, həm də
üzv ölkələr tərəfindən hiss edilər:
Vahid bazarın genişlənməməsi və bunun nəticəsindi üzvlüyə namizəd ölkələrin
inkişaf nisbətinin azalması Aİ-ni iqtisadi qazanclardan məhrum edər;
Üzvlüyə namizəd ölkələr üçün isə demokratik islahatların davam etdirilməsi
məsələsindəki iradələrini zəiflədə bilər, nəticə olaraq xarici kapitalların ölkəyə
gəlməsinə mane olar və iqtisadi inkişafı zəiflədər;
18
Siyasi cəhətdən qeyri-sabitliyə səbəb ola bilər ki, bunun da təsirləri Avropa
İttifaqına birbaşa təsir edər. Sülh və sabitliyin həssas olduğu Balkanlarda riski
artıra bilər;
Genişlənmə olmazsa, Aİ üçün cinayətlərlə, qeyri-qanuni miqrasiya və terrorla
mübarizə çətin olar;
Üzvlüyə namizəd olan ölkələrdəki xəyal qırıqlığı Aİ-də və başqa yerlərdə
Avropaya şübhəli yanaşan avroskeptiklərin tərəddüdlərini gücləndirə bilər.
Nəticə olaraq genişlənmənin qarşının alınmasının istər siyasi, istər iqtisadi itkiləri
çox böyük olar və bunun əvəzini həm üzv dövlətlər, həm də üzvlüyə namizəd ölkələr
ödəyər. Genişlənmədən imtina edilməsi sadəcə gələcəkdə əldə ediləcək faydaların
itirilməsi deyil, həmçinin, keçmişdə edilmiş səylərin boşa getməsini və qazanılmış
uğurların itirilməsi mənasına gəlir. [67]
Avropa İttifaqına üzv olmaq üçün dövlətlər müəyyən kriteriyalara sahib olmalıdır.
1993-cü ilin iyun ayında Aİ ölkələrinin liderləri Kopenhagen Zirvəsində bir araya
gələrək, “Kopenhagen kriteriyaları” adlandırılan üzvlük şərtlərini qəbul etdilər.Bu
kriteriyalar aşağıdakılardır:
1. Demokratiya, qanunun aliliyi, insan hüquqları və milli azlıqlara hörmət
edilməsini və qorunmasını təmin edən qurumların mövcudluğu;
2. Ölkənin bazar iqtisadiyyatının birlik daxilindəki iqtisadi güclərlə rəqabət
aparacaq iqtisadi və maliyyə gücünün olması;
3. Birliyin siyasi, iqtisadi və maliyyə məqsədlərinin namizəd ölkə tərəfindən
qəbul edilməsi və üzvlük öhdəliklərini üzərinə götürməsi;
Birinci kriteriya üzvlüyə namizədlik üçün danışıqların başladılmasının əsas şərti
kimi qəbul olunur, digər kriteriyaların isə namizədlik zamanında yerinə yetirilməsini
qəbul edilir. [48]
19
Aİ-nin genişlənmə strategiyasının nəticələri və faydaları açıqca görülür. Nisbətən
yeni üzv olmuş Orta və Şərqi Avropa ölkələrində demokratik qurumları olan və milli
azlıqlara hörmətlə yanaşan sabit demokratiyalar ortaya çıxdı. Bu dövlətlər tərəfindən
reallaşdırılan iqtisadi reformlar da daha yüksək iqtisadi inkişaf səviyyəsinə çatmasına
şərait yaratdı. [69]
Bildiyimiz kimi, Avropa Komissiyası və Parlamentinin Aİ-nin əsas orqanları
olmasına baxmayaraq genişlənmə prosesi dövlətlərin hökumətləri arasında gedir və
bu məsələdə hər bir üzv dövlət öz maraqlarını qorumağa çalışır. Buna görə də üzv
dövlətlər Aİ-yə namizəd ölkə ilə danışıqların başlaması və bitməsinə veto qoya bilər.
Əgər Aİ daxilində namizəd ölkəni müdafiə edən bir ittifaq varsa və bu ittifaqa Fransa
və Almaniya kimi dövlətlər daxildirsə, həmin ölkənin Aİ-yə üzv olması perspektivi
güclüdür. Üzv dövlətlərin üzvlüyə namizəd ölkələri dəstəkləməsinin önəmli bir təsiri
vardır. Beləliklə, dövlətlərin Avropa İttifaqına üzvlük məsələləri üzv dövlətlərin
xüsusilə Almaniya, Fransa və Böyük Britaniya kimi böyük dövlətlərin istəyindən
asılıdır. Fransa və Almaniya Avropa İttifaqının əsas hərəkətverici qüvvəsi və Aİ-də
ən böyük nüfuza sahib olan ölkələrdir.
Avropa İttifaqının genişlənməsində bu dövlətlərin mövqeyi birmənalı deyil. Belə
ki, bu məsələ ilə bağlı dövlətlərin yanaşması namizəd ölkədən asılıdır. [88]
Burada xalqların da istəyi böyük rol oynayır. Məsələn, Fransa əhalisi arasında
keçirilən sorğuya görə fransızların 66%-i Avropa İttifaqının genişlənməsinin
tərəfdarıdır. [69]
Hər dəfə Aİ sıralarına yeni üzvlər qoşulanda Aİ strukturunda bir sıra yeniliklər
olur. Belə ki, Aİ hər dəfə genişləndikcə Avropa Parlamenti üzvlərinin sayı da artır.
Buna əks olaraq Fransa kimi təsisçi dövlətlərin Avropa Parlamentində
nümayəndələrinin sayında azalma müşahidə olunur. Məsələn Aİ 12 və 15 üzvdən
ibarət olanda Fransa deputatlarının sayı 87 ikən, müasir dövrdə bu rəqəm 78 ilə
məhdudlaşıb. [2]
Almaniya Aİ-də ən böyük nüfusa sahib olan ölkə və Aİ büdcəsinə ən çox maliyyə
yatıran ölkədir. Almaniya birliyin şərqə doğru genişlənməsində böyük rol
20
oynamışdır. Şərq genişlənməsinin əsas hərəkətverici qüvvələri olan Almaniya,
İngiltərə və Danimarka Aİ-ni bu prosesə hazırlaşdıran başlıca aktorlardır.
İngiltərənin şərq genişlənməsini dəstəkləməsinin səbəbi Aİ-ni daha böyük
hökümətlərarası bir quruluş kimi görməsi ilə bağlıdır. [48]
Almaniya iqtisadi və təhlükəsizlik faktorları səbəbi ilə yaxın qonşuları olan Polşa,
Macarıstan və Çexiyanı üzvlük məsələlərində dəstəkləmişdir. Ən başlıca
təhlükəsizlik səbəbi Almaniyanın yenidən birləşməsi sonrasında qonşuluğunda qeyri-
sabit dövlətlərin mövcudluğunu istəməməsi, ən başlıca iqtisadi səbəbi isə bu ölkələr
ilə ənənəvi tarixi iqtisadi bağlarının olmasıdır. Fransanın Orta və Şərqi Avropa
ölkələri ilə quru sərhəddi olmadığı və həmin ölkələrlə iqtisadi əlaqələri az olduğu
üçün Aİ-nin Şərqə doğru genişlənməsinin Aİ daxilində öz nüfuzunu azaldacağını və
Almaniyanın Aİ-nin güc mərkəzinə çevriləcəyini düşünürdü. Fransa NATO-nun
Kosova əməliyyatına dəstəklərinə görə mükafat olaraq Bolqarıstan və Rumıniyanın
Aİ-yə daxil olmaq üçün namizədliyini dəstəkləmişdir. Fransa Rumıniyanın ən
önəmli dəstəkçisi idi, çünki Şərqi Avropanın Aİ daxilindəki təsirini və Almaniyanın
artan siyasi gücünü tarazlaşdırmaq üçün bir müttəfiqə ehtiyacı var idi. Bu səbəblə
iqtisadi gücünün zəif olmasına və demokratik dəyərlərin əskikliyinə baxmayaraq,
Rumıniya 1997-ci ildə Lüksemburq Zirvəsində namizəd ölkələr sırasına daxil oldu.
[88]
Avropa İttifaqının rəsmilərinin sözlərinə görə, Avropa İttifaqının qapıları
demokratik, bazar
iqtisadiyyatına sahib
ve Aİ-nin
qanunlarına
tabe
olan
Avropa ölkələrinin üzünə açıqdır.
Avropa İttifaqı Xorvatiyanın birliyə üzvlüyünü Balkanların birliyə qoşulmağı
yolunda təşviqedici bir qüvvə kimi görür. Aİ-nin genişlənmə planlarına görə şərtlər
yerinə yetirildiyində Qərbi Balkanların bütün ölkələri Türkiyədən əvvəl Aİ üzvü
olacaqlar. [70]
Hal-hazırda Aİ-nin genişlənmə miqyası Türkiyə, Balkanlar və İslandiyanı əhatə
edir. Avropa İttifaqında üzv dövlətlərlə yanaşı üzvlüyə namizəd ölkələr və potensial
namizəd ölkələr vardır. Monteneqro, Serbiya, Albaniya, Makedoniya, İslandiya və
21
Türkiyə üzvlüyə namizəd ölkələr, Bosniya və Herseqovina, Kosova isə potensial
namizəd ölkələrdir. İslandiya Aİ-yə üzvlük üçün iqtisadi böhrandan dərhal sonra
2009-cu ildə, Serbiya 2008-ci ildə, Monteneqro da Serbiyadan ayrılandan sonra
2008-ci ildə, Makedoniya 2004-cü ildə, Albaniya 2009-cu ildə, Türkiyə isə 1987-ci
ildə Avropa İttifaqına üzv olmaq üçün müraciət etmişlər. Bosniya və Herseqovina və
Kosova Aİ-nin perpektiv genişlənməsinin əsas obyektləridir. Bu ölkələr Aİ-yə üzvlük
üçün müraciət etməmiş potensial namizəd ölkələr kimi qəbul olunmuşdur. [48]
İndiyə kimi Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi aktual məsələ kimi
qalmışdır. Türkiyənin Aİ ilə danışıqların başlanması 1963-cü ildən başlayır. Həmin
ildə Türkiyə və Avropa Birliyi arasında assosiativ üzvlük barədə Ankara sazişi
imzalanmışdır. Bu sazişə görə Gömrük Birliyinin yaradılması və bir çox sahələr üzrə,
o cümlədən, Avropa İttifaqının indiyə qədər qəbul etdiyi qanunlar toplusunun
Türkiyə
tərəfindən
qəbul
edilməsi
üçün
müvafiq
zaman
çərçivəsi
müəyyənləşdirilmişdir. [2]
İngiltərə və İspaniyanın Türkiyənin Aİ-yə namizədliyini dəstəkləməsinə
baxmayaraq, Aİ daxilində Fransa və Almaniyanın sahib olduğu siyasi və iqtisadi
nüfuza sahib deyillər. Fransa və Almaniya Türkiyəyə tam üzvlük yerinə “xüsusi
tərəfdaşlıq” verilməsini müdafiə etməsi Türkiyəyə qarşı olan ayrı-seçkiliyi göstərir.
Fransada Türkiyənin üzvlüyü ilə bağlı yanaşmalar müxtəlifdir. 2007-ci ildə
prezident seçkilərində qalib gələn Xristiyan Demokrat Partiyasının lideri Nikola
Sarkozi ‘Testimony’ kitabında Türkiyənin üzvlüyünə qarşı olduğunu bildirmişdi:
Dostları ilə paylaş: |