41
Bu
iş məktəbəqədər təhsil mərhələsindən başlayır. Ona görə də təlimin məzmununda və
həyata keçirilməsində onun nəzərə alınması vacib hesab edilir;
-
diferensiallaşdırma və fərdiləşdirmə -
uşaqların
fərdi xüsusiyyətlərinin,
maraq və
tələbatlarının, fiziki
və əqli inkişaf səviyyələrinin, psixofizioloji
xüsusiyyətlərinin nəzərə
al
ınması, onların təliminin bu xüsisiyyətlər əsasında təşkil olunmasını tələb edir;
-
idrak fəallığı - məktəbəqədər təhsil materiallarının koqnitiv xarakter daşımasına,
onun fəal təlim şəraitində reallaşdırılmasına imkan yaradır, uşaqlarda hər hansı
problemin həlli tələbatını, onlarda idrak proseslərinin fəallaşdırılmasını gücləndirir;
-
əyanilik - məktəbəqədər təhsil müəssisəsində uşaqların öyrənməyə olan marağını
stimullaşdırır, öyrəndiklərinin daha keyfiyyətli mənimsənilməsinə şərait yaradır;
-
əməkdaşlıq
-
“tərbiyəçi-müəllim-uşaq-valideyn” münasibətlərində qarşılıqlı fəaliyyətin
təmin olunmasını nəzərdə tutur;
-
nəticəyönümlülük - fəaliyyətin əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında
qurulmasını tələb edir.
Dostları ilə paylaş: