AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ аzəRBAYCAN turizm və menecment universiteti Bakalavr hazırlığı üçün «B İ o t e X n o L o g I y a»



Yüklə 124.76 Kb.
Pdf просмотр
tarix20.06.2017
ölçüsü124.76 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ

TURİZM NAZİRLİYİ

АZƏRBAYCAN TURİZM VƏ MENECMENT

UNİVERSİTETİ

Bakalavr hazırlığı üçün 

«B  İ  O  T  E  X  N  O  L  O  G  İ  Y  A»

f  ə  n  n  i  n  i  n 

P  R  O  Q  R A M  I 

İXTİSAS: 050642– «Qida məhsulları mühəndisliyi»

BAKI  – 2016

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ

TURİZM NAZİRLİYİ

АZƏRBAYCAN TURİZM VƏ MENECMENT

UNİVERSİTETİ 

 

Bakalavr hazırlığı üçün 

  

«BİOTEXNOLOGİYA »

fənninin 

P  R  O  Q  R A M  I 

İXTİSAS: 050642– «Qida məhsulları mühəndisliyi»

          Az

ərbaycan   Respublikası   Təhsil

Nazirliyinin 750 saylı, 16.noyabr

2016-cı il  tarixli  əmri  ilə təsdiq

edilmişdir. 

2


   

BAKI  – 2016

Tərtib edənlər: 

1.   Azərbaycan   Turizm   və   Menecment   Universiteti

«Mehmanxana və restoran biznesi» kafedrasinin dosenti, t.e.n.

Elsevər Baba oğlu Fərzəliyev.

2.   Azərbaycan   Turizm   və   Menecment   Universiteti

«Mehmanxana və restoran biznesi» kafedrasının dosenti, b.e.n.

Gülnar Mahal qızı Məmmədli.

Elmi   redaktor: 

Azərbaycan   Kooperasiya

Universitetinin “Standartlaşdırma və texnologiya” kafedrasının

professoru, t.e.d. V. Ş. Mikayılov.



Rəyçilər:  1.   AMEA   “Mikrobiologiya”   İnstitutunun

direktoru, akademik Salmanov M. Ə. 

                               2.  Azərbaycan Turizm və Menecment

Universiteti   «Mehmanxana   və   restoran   biznesi»   kafedrasinin

müdiri, p.e.d., prof. Quliyev N. Ə. 

Azərbaycan   Turizm   və   Menecment   Universitetinin

“Mehmanxana və restoran biznesi” kafedrasının “11” “iyun”

2015-ci il tarixli iclasında müzakirə edilmiş və bəyənilmişdir.

Protokol №  14  .  

Azərbaycan   Turizm   və   Menecment   Universitetinin

Turizm və qonaqpərvərlik fakültə Elmi Şurasının “5”  “fevral”

2016 – cı il tarixli iclasında müzakirə edilmiş və bəyənilmişdir.

Protokol №  5.

Azərbaycan   Turizm   və   Menecment   Universitetinin

Tədris – Metodiki Şurasında baxılmış və təsdiq edilmişdir. 

“10”  “fevral”   2016-ci il, Protokol № 3 .

Azərbaycan   Respublikası   Təhsil   Nazirliyi   Elmi-

Metodiki Şurasının “              “   bölməsinin                 2015-ci

il tarixli qərarı ilə təsdiq edilmişdir. Protokol №        .

3


İZAHAT VƏRƏQİ

Fənnin tədrisinə ayrılan saatların miqdarı – 75 saat.

“Müasir biotexnologiya” adı altında  genetik və hüceyrə

mühəndisliyi başa düşülür. 

Biotexnologiya   –   hazırda   iqtisadi   və   sosial   mahiyyət

kəsb edən sahələrdən biridir. 

Hazırda   biotexnologiyanın   nailiyyətlərindən   istifadə

etməklə,   gen   mühəndisliyi   üsullarının   köməyi   ilə   müəyyən

xassələrə   malik   bakteriya   ştamlarından   qida,   farmasevtika,

kimya, neft-qaz sənayesində istifadə edilir. 

Son   illər   biotexnologiyanın   inkişafı   qida   sənayesində

bioloji   proseslərin   tətbiqi   imkanlarını   genişləndirmişdir.

Biotexnologiya asan əldə edilən  resurslar hesabına insan üçün

vacib maddə və birləşmələrin alınmasına imkan yaradır. 

Müasir dövrümüzdə biotexnologiya elm və texnikanın

molekulyar biologiya, genetika,   gen mühəndisliyi, biokimya,

mikrobiologiya, fiziki kimya və s. elm   sahələrinə inteqrasiya

edir.

Biotexnoloji üsulların köməyi ilə müxtəlif və dinamik



mikroorqanizmlərin   praktik   istifadəsinə   geniş   yer   verilir.

Mikroorqanizmlər   təbii   proseslərdə   böyük   rol   oynayır   və

hazırda   geniş   miqyaslı   istehsalat   proseslərində   məhsuldar

xammal kimi istifadə edilir. 

Müasir   biotexnoloji   proseslərə   gəldikdə,   onlar

rekombinant   DNT   üsullarına,   immobilizə   edilmiş   ferment,

hüceyrə və hüceyrə orqanellərinin istifadəsinə əsaslanır. 

ABŞ   Milli   sağlamlıq   institutunun   tərifinə   görə   canlı

hüceyrədən   kənar,   sınaq   şüşəsində   təbii   və   sintetik   DNT

fraqmentlərinin birləşdirilməsi yolu ilə alınan DNT molekulları

rekombinant DNT adlanır. 

4


Qida məhsullarının çatışmazlığı  və zülal defisiti  kimi

problemlər biotexnologiyanın köməyi- heyvan mənşəli   amin

turşularının,   parafinlərin   və   ya   digər   əlverişli   xammalın

(sellüloza, kənd təsərrüfatı tullantılarının, çirkab suların) emalı

ilə   birhüceyrəlilərin   zülallarının   (yem   zülalı)   alınması

üsullarının hesabına, o cümlədən bitkilərin klonlaşdırılması və

yüksək   effektiv   növ   müxtəlifliyinin   seçilməsi   yolu     ilə   öz

həllini tapmışdır. 

Tədris   proqramında   mikrob   sintezi,   produsentlərin

seleksiyası,   hüceyrələrin   kultivasiyası,   fermentativ

reaksiyaların   kinetikası   məsələləri   nəzərdən   keçirilir.   Qida

biotexnologiyasının praktik aspektlərinə xüsusi yer ayrılmışdır.

Fənni   tədris   etməkdə   əsas   məqsəd   –   onun   inkişaf

perspektivlərini   təhlil   etmək,   yeni   biotexnologiyanın

mexanizmini   təsvir   etmək,   qida   məhsullarının   istehsalında

bioloji   təbiət   proseslərinin   mahiyyətinin   öyrənilməsi,   yüksək

keyfiyyətli   bioloji   tam   dəyərli   məhsulların   alınmasında,   bu

prosesləri idarə etməyin üsul və yollarının mənimsənilməsidir.

5


1. Giriş. Kursun ümumi məsələləri. 

Sənaye   mikrobiologiyasının   tarixi   və   onun   müasir

vəziyyəti. Mühəndislik enzimologiyasının inkişaf tarixinə dair.

Biotexnologiya və onun inkişaf perspektivləri.    Biotexnologi-

yada   istifadə   olunan   mikroorqanizmlər   və   onların   seçilməsi.

Biotexnologiyada     tətbiq   olunan   mikroorqanizmlərin   qısa

xarakteristikası. 

Mikroorqanizmlərin   əsas   praktiki   xassələri.  Bioloji

aktiv maddələr  sintez edən produsentlərin  təkmilləşdirilməsi.

Süni mutasiya almağın  şərtləri. 



2. Faqolizis və faqa davamlı ştamların alınması.

Sənaye ştamlarının saxlanma üsulları. Biotexnologiya-

nın ənənəvi sahələri. 

Biotexnologiyanın   yeni   sahələri.   Fermentlərin   aktiv-

liyinin tənzimi.  Ferment preparatlarının alınması və tətbiqinin

biokimyəvi əsasları.  Mikroorqanizm fermentlərinin biosintezi.

Fermentlərin biosintezinə Qidalı mühitlərin təsiri. 

3. Biotexnoloji proseslərin təbiəti və müxtəlifliyi.

Canlı hüceyrə - bioloji sistemlərin əsasıdır. Hüceyrənin

quruluşu və funksiyaları. Metabolizm və onun tənzimlənməsi

prinsipləri. Katabolizm və anabolizm. Karbohidratların aerob

parçalanması. Avtotrof və heterotrof orqanizmlərdə assimilya-

siya. Yağların biosintezi. Metabolizmin tənzimlənməsi. Meta-

bolizmin tənzimlənməsi mexanizmləri. Metabolitlərlə tənzim-

ləmə. Ferment tənzimlənməsi. Gen tənzimlənməsi. 



4. Produsentlər və onların seleksiyası.

6


Sənaye   ştamlarına   verilən   tələblər.   Sənayedə   istifadə

edilən   mikroorqanizmlər.   Mikroorqanizmlərin   seleksiyası

prinsipləri.   Mikroorqanizmlərin   seleksiya   obyekti   kimi

xüsusiyyətləri.   Biotexnoloji   xammal.   Planetimizin   xammal

resursları.   Ənənəvi   karbon   mənbəyi.   İstehsalat   prosesində

əmələ   gələn   aralıq   məhsullar.   Mineral   qida   mənbəyi.   Qida

mühitlərinin kompleks zənginləşdiriciləri. Köpüksöndürücülər.

Flokulyantlar. Oksigen və su.



5. Mikroorqanizmlərin biotexnoloji kultivasiya

prosesi.

Mikroorqanizmlərin kultivasiyası  üçün qida mühitləri.

Mikroorqanizmlərin   böyüməsi   və   inkişafı.   Fermentasiya

üsulları.   Mikroorqanizmlərin   böyüməsinə   mühit   şəraitinin

təsiri. Fermentasiya prosesinin qiymətləndirilməsi. 

6. İrsiyyətin molekulyar əsasları.

Transkripsiya.   Translyasiya.     Gen   mühəndisliyinin

üsulları. Genlərin alınma üsulları. 

Kimyəvi sintez. Restriksiya üsulu. Fermentativ sintez.

Kimyəvi-fermentativ  sintez. Genin vektora daxil edilməsi və

klonlaşdırma.   Heyvan   və   bitki   hüceyrələrinin   transformasiya

üsulları.   Skrininq.   Yad   genlərin   bakteriya,   bitki   və   heyvan

hüceyrələrinə ekspressiyası. 



7. Mikroorqanizmlərin sənaye üsulu ilə

kultivasiyası.

Mikroorqanzimlərin    sənaye  kultivasiyasının texnoloji

əsasları.Mikroorqanizm  ştamlarının   seçilməsi.  Bioreaktorların

hazırlığı.   Mikroorqanizmlərin   aerasiyasız     kultivasiya

texnologiyası.   Anaerob   mikroorqanzimlərin   sənaye

kultivasiyasının   texnologiyası.   Mikroorqanzimlərin   dövri   və

7


xemostat   və   ya   fasiləsiz   kultivasiya   sistemləri.     Virusların

biotexnoloji kultivasiya  xüsusiyyətləri. 



8. Biopreparatların qatılaşdırılması və qurudulması.

Sedimentasiya   (çökdürülmə).   Sentrifuqalaşdırılma.

Filtrləmə. Ekstraksiya. 

Kristallizasiya.   Buxarlanma.   Ayrılmanın   membran

üsulları.   Dializ   və   elektrodializ.   Qayıdan   osmos.

Mikrofiltrasiya.   Ultrafiltrasiya.   Bioloji   preparatların

konservləşdirmə   üsulları.   Biopreparatların  liofil  qurudulması.

Biopreparatların   konvektiv   qurudulma   üsulu.   Qurudulmanın

təmas   üsulu.   Qurudulmanın   termoradiasiya   üsulu.   Yüksək

tezlikli   cərəyanla   qurudulma.   Kombinə   edilmiş   qurudulma

üsulu. 

9. Gen mühəndisliyi və transgen heyvanlar.

Transgen   heyvanların   alınma   mərhələləri.   Zəruri

xassələrə   malik   transgen   heyvanların   alınması.   Gen

mühəndisliyinin bitkiçilikdə istifadəsi. 

Bitkilərin

  hüceyrə

  mühəndisliyinin   əsas

istiqamətləri.Bitkilərin   vegetativ   klonlaşdırma   üsulları.

Toxumaların kultivasiyası. Transgen bitkilərin alınması. 

Kənd   təsərrüfatı   bitkilərinin   xassələrinin

yaxşılaşdırılmasında   gen   mühəndisliyi   üsullarının     tətbiqi.

Bitkilərin   xəstəlik   və   ziyanvericilərə   qarşı   davamlılığının

yüksəlməsi.   Bitkilərin     fitopatogenlərə   qarşı   davamlılığı.

Bitkilərin herbisidlərə qarşı davamlılığı. Bitkilərin həşəratlara

qarşı davamlılığı. Transgen bitkilərin istifadəsi.  Embrionların

transplantasiyası. Donor. Resipient. Embrionların köçürülməsi.



10. Mühəndislik enzimologiyası.

8


Fermentlərin   quruluşu.Fermentlərin   təsir   prinsipi   və

fermentativ   reaksiyaların   kinetikası.   Fermentlərin   mənbəyi.

Fermentlərin   tətbiqi.   İnsulinin   alınma   biotexnologiyası.

İnterferonların biotexnologiyası.



11. Qida sənayesində istifadə olunan biotexnoloji

proseslər.

Süd   turşusu   qıcqırması   və   onun   tətbiq   sahələri.

Mayalar.   Südün   qıcqırma   məhsulları.   Pendirin   hazırlanması.

Yoqurt.Yağ. Qıcqırdılmış ayran. Xama. Tərəvəz və meyvələrin

bioloji  konservləşdirilməsi.   Yemlərin   siloslaşdırılması.   Ət və

balıq   sənayesində   süd   turşusu   bakteriyalarından   istifadə

olunması.   Spirtli   içkilərin   alınması.   Spirtli   qıcqırma   törədən

maya göbələkləri. Şərab istehsalı texnologiyası. Kif göbələkləri

və   bakteriyaların   iştirakı   ilə   alınan   şərablar.   Şərabın

ziyanvericiləri.   Pivənin   hazırlanması.   Zəif   spirtli   içkilərin

alınması.   Qıcqırtma   istehsalı.   Sidr.   Sirkə.   Qida   zülalılının

alınması.   İnsanın   qidalanmasında   mikromisetlər.   Yeyilən

yosunlar. Yeni məhsullar. Süd şəkəri. Çörək məhsulları. 

12. Qida əlavələri və inqrediyentlər.

Turşulaşdırıcılar   və   piqmentlər.   Dad   gücləndiriciləri.

Bitki   yapışqanı   və   qatılaşdırıcılar.   Şirinləşdiricilər.

Konservləşdirilmiş tərəvəzlər. 

Soya   məhsulları.   Meyvə   şirələrinin   istehsalında

fermentlərin   tətbiqi.   Biotexnologiyanın   qida   sənayesində

tətbiqi.   Mikroorqanizmlərin   kultivasiyasının   idarə   edilməsi

üçün


 

avtomatlaşdırılmış

 

biotexnoloji



 

sistemlər.

Avtomatlaşdırılmış   sistemlərin   texniki   təminatının   quruluş

prinsipi.

9


13. Zülali yem məhsullarının biotexnoloji istehsalı.

Mikrob   zülalı   və   onun   keyfiyyət   xarakteristikası.

Müxtəlif mənşəli zülallarda amin turşularının miqdarı. Mikrob

zülalı alınmasında istifadə olunan substratlar. Neft parafinləri,

spirtlər   və   qaz   maddələrindən   mikrobioloji   zülal   alınması.

Normal   parafinlərdən   alınan   zülali   biokütlə.     Metil   və   etil

spirtlərindən   alınan   zülali   biokütlə.   Metan   və   hidrogen

qazlarından alınan zülali biokütlə.



14. Bitki substratlarından mikrob zülalı ilə zəngin yem

məhsullarının alınması.

Bitki   qalıqlarının   mikroorqanizmlər   vasitəsilə   dərin

fermentasiyası. Bitki substratlarının bərk fazalı fermentasiyası.

Bitki qalıqlarının fermentativ siloslaşdırılması. Qida məqsədilə

alınan   mikrob   zülalı.   Kənd   təsərrüfatı   preparatlarının

biotexnoloji istehsalı. 

Torpaq   münbitləşdirici   preparatlar.   Nitragin.

Azotobakterin.   Fosfobakterin.   Başqa   torpaq   münbitləşdirici

preparatlar. 

15. Amin turşuları və nukleotidlərin biotexnoloji sintezi.

Amin   turşularının     biosintezi   və   alınması.   Lizinin

alınması.   Qlutamin   turşusunun   alınması.   Triptofan,   tirozin,

fenilalanin və asparagin turşusunun   alınması. Nukleotidlərin

biosintezi.

16. Mikrob lipidləri və polisaxaridlərinin alınması.

Lipidlərin biosintezi. Bakteriya lipidləri. Maya 

göbələklərinin əmələ gətirdikləri lipidlər. Kif göbələklərinin 

əmələ gətirdikləri lipidlər. Yağ turşularının biosintezi.  

10


Mikroorqanizmlər   tərəfindən   sintez   olunan   yağ

turşularının tərkibi. 

Polisaxaridlərin   biosintezi.   Prokariotların   əmələ

gətirdikləri   polisaxaridlər.   Eukariot   mikroorqanizmlərin

polisaxaridləri.   Mikrob   polisaxaridlərinin   biosintez   yolları.

Polisaxaridlərin tətbiqi.



17. Vitaminlər və vitaminli preparatların alınma

biotexnologiyası. 

Vitaminlərin   passiv   və   fəal   yolla   əmələ   gəlməsi.

Vitamin   B

12

.     Sənaye   miqyasında   kobalaminin   alınmasında



istifadə   edilən   mikroorqanizmlər.   Kobalaminin   alınma

texnologiyasının mərhələləri. Vitamin B

2



Riboflavinin   alınmasında   istifadə   edilən



mikroorqanizmlər.   Vitamin   B

1

.   Tiamin   sintez   edən



mikroorqanizmlər.   Vitamin   B

7

.   Mikroorqanizmlər   biotin



mənbəyi kimi. Vitamin C sintez edən mikroorqanizmlər. 

18. Yağda həll olan vitaminlərin alınması.

Karotinlər.   Karotinlərin   kimyəvi   tərkibi.

Mikrobiologiya   sənayesində   karotinin   sintezi.   Erqosterinlərin

alınması. Maya göbələkləri vasitəsilə  erqosterinin biosintezi.

Boy maddələrinin mikrobioloji sintezi. Hibberellinlərin

biosintezi   və   alınması.   Hibberellinlərin   tətbiqi.   Auksinlər.

Sitokininlər. Absiz turşusu və başqa fitohormonlar. 

19. Vaksinlər və tərkibində zülal olan digər tibbi

preparatların alınması.

Bakterial   və   viruslu   vaksinlərin   əsas   tipləri.

Mikroorqanizmlərdən   alınan   vaksinlərin   əsas   qrupları.Təzim

11


antigen   və   antitellərdən   ibarət   tibbi   preparatların   alınması.

Peptidli və zülal təbiətli preparatların alınması.



20. Üzvi turşuların biotexnoloji istehsalı.

Süd turşusunun alınması. Süd turşusunun alınmasında

istifadə   edilən   xammal.   Sirkə   turşusunun   alınması.   Limon

turşusunun   alınması.   Fumar   turşusunun   alınması.   İtakon

turşusunun alınması. Qlükon turşusunun alınması. Piroüzüm və

ketoqlütar turşularının alınması. 



21. Neytral məhsulların biotexnoloji sintezi.

Etil   spirtinin   alınması.   Aseton   və   butil   spirtinin

bakteriyalar   vasitəsilə   alınması.   Qaz   halında   yanacaq

maddələrinin   alınması.   Metanın   bisintezi   və   alınma   yolları.

Molekulyar hidrogenin alınma perspektivləri. Üzvi maddələrin

biotexnoloji transformasiyası.

Transformasiya   və   onun   tipləri.   Transformasiya

prosesini   həyata   keçirmək   üçün   mikrob   zülalı   qarşısında

qoyulan tələblər. Transformasiya üsulları. Hüceyrələrin fasiləli

becərilməsi ilə gedən transformasiya. 



22. Fermentlərin biosintezi və ferment preparatlarının

alınması.

Mikroorqanizmlərdə   fermentlərin   biosintezi.   Mikrob

fermentlərinin alınması. Produsent və onun becərilmə şəraitinin

seçilməsi. Mikroorqanizmlərin sənayedə becərilməsi. 

Fermentlərin qida mühitindən ayrılma, təmizlənmə və

saxlanması.   Fermentlər   və   onların   produsentləri.   Gen

mühəndisliyi və biotəhlükəsizlik. 

12


23. Ətraf mühit və biotexnologiya. 

Ətraf   mühitin   qorunmasında   biotexnologiyanın   rolu.

Tullantıların  bioloji emalının texnologiyası.  Aerob və anaerob

emal.   Tullantılardan   faydalı   maddələrin   ayrılması.   Sənaye

tullantılarının     emalı.   Süd   sənayesinin   tullantıları.   Boyaq

maddələri istehsalının tullantıları. 



“Biotexnologiya” kursu üzrə keçiləcək mövzuların planı

və saatların təxmini bölgüsü

S/s


Mövzular

Saatların miqdarı

Müh

Lab


Cəmi

1

2



3

4

5



1

Giriş. Kursun ümumi məsələləri

2

-

2



2

Faqolizis və faqa davamlı ştamların alınması

2

2

4



3

Biotexnoloji proseslərin təbiəti və müxtəlifliyi

2

-

2



4

Produsentlər və onların seleksiyası

2

2

4



5

Mikroorqanizmlərin   biotexnoloji   kultivasiya

prosesi

2

-



2

6

İrsiyyətin molekulyar əsasları



2

2

4



7

Mikroorqanizmlərin sənaye üsulu ilə kultivasiyası

2

2

4



8

Biopreparatların qatılaşdırılması və qurudulması.

2

2

4



9

Gen mühəndisliyi və  transgen heyvanlar

2

2

4



10

Mühəndislik enzimologiyası

2

2

4



11

Qida   sənayesində   istifadə   olunan   biotexnoloji

proseslər

2

-



2

12

Qida əlavələri və inqrediyentlər



2

2

4



13

Zülali yem məhsullarının biotexnoloji istehsalı

2

2

4



14

Bitki substratlarından mikrob zülalı ilə zəngin yem

məhsullarının alınması

2

2



4

15

Amin   turşuları   və   nukleotidlərin   biotexnoloji



13

sintezi

2

-



2

16

Mikrob lipidləri və polisaxaridlərinin alınması



2

2

4



17

Vitaminlər   və   vitaminli   preparatların   alınma

biotexnologiyası

2

-



2

18

Yağda həll olan vitaminlərin alınması



2

2

4



19

Vaksinlər   və   tərkibində   zülal   olan   digər   tibbi

preparatların alınması

2

-



2

20

Üzvi turşuların biotexnoloji istehsalı



2

2

4



21

Neytral məhsulların biotexnoloji sintezi

2

-

2



22

Fermentlərin biosintezi və ferment preparatlarının

alınması

2

2



4

23

Ətraf mühit və biotexnologiya



1

2

3



Cəmi

45

30



75

Laboratoriya məşğələlərinin mövzuları

Sıra


Mövzu


Saat

1.

Biotexnologiya laboratoriyasında işləmə 



qaydaları 

2

2.



Qida mühitlərinin hazırlanması

2

3.



Bioloji obyektlərin kultivasiyası 

2

4.



Qida məhsulları və biotexnologiya

2

5.



Mikroorqanizmlərin kultivasiyası üsulları

2

6.



Ayrılmış kulturanın təmizliyinin təyin edilməsi 

2

7.



Heyvan hüceyrələrinin kulturalaşdırılması

2

8.



Təmiz kulturanın ayrılması

2

9.



Təmiz kulturanın bir hüceyrədən ayrılması

2

10.



Maya biokütləsinin alınması

2

11.



Mikrob mayalarının keyfiyyətinin təyini

2

12.



Fermentlərin amilolitik fəallığının təyini

2

13.



Ferment   preparatlarının   proteolitik   fəallığının

təyini


2

14.


Maye mühitlərdə etil spirtinin miqdarının təyini

2

14



15.

Ət   və   balıq   məhsullarının     xüsusiyyətlərinə

fermentativ emal üsulunun təsiri 

2

Cəmi



30 saat

Ədəbiyyat

1.  Безбородов   А.  М.   Биотехнология   продуктов

микробного синтеза. – М.: Агропромиздат, 1991. – 238 с. 

2.  Бекер   М.  Е.   Введение   в   биотехнологию.   –   М.:

Пищевая промышленность, 1978. – 231 с. 

3.  Бекер   М.  Е.,   Лиепиньш   Г.  К.,   Райпулис   Е.  П.

Биотехнология. – М.: Агропромиздат, 1990.-334с.

4.

 Бирюков   В. 



С.   Основы   промышленной

биотехнологии. М.: КолосС, 2004, 296 с.

5.   Ганбаров   Х.   Г.,   Тагизаде   З.   А.,   Кулиева   Н.   А.

Биотехнология. Баку, 2005, 360 s. (Dərs vəsaiti).

6.  Голубев   В.   Н.,   Жиганов   И.   Н.   Пищевая

биотехнология. – М.: Делипринт, 2001.– 123 с.

7.   Гончаренко   Г.   Г.,   Крук   А.   В.,   Степанова   Е.   М.

Основа биотехнологии. Гомель, 2008, 306 с. 

8.  Грачева   И.   М.,   Кривова   А.   Ю.   Технология

ферментных   препаратов.   –   М.:   Изд-во   "Элевар",   2000.   –

512 с.

9.  Зинченко   А.  И.   Практикум   по   биотехнологии.



Минск, 2009, 84 с.

15


10.  Калашникова   Е.  А.   Клеточная   инженерия

растений./ Учебное пособие, РГАУ-МСХА, 2012, 318 с. 

11. Коростелева  Н. И.,  Громова Т. В., Жукова И. Г.

Биотехнология. Барнаул. 2006. 128 с. 

12.  Матвеева   И.  В.,   Белявская   И.  Г.   и   др.

Биотехнологические   основы   приготовления   хлеба.  –  М.:

Дели Принт, 2001.-150с. 

13.  Рогов   И.  А.,   Антипова  Л.  В.   и   др.   Пищевая

биотехнология:   в   4   книгах.   Кн.1.   Основы   пищевой

биотехнологии. – М.: Колос, 2004, 44 с. 

14.  Тихонов  И. В., Гаврилов В. А., Девришов   Д. А.

Практикум по биотехнологии. – М.: 2010, 330 с.

15.  Шлегель   Г.   Общая   микробиология.   –   М.:   Мир,

1987. – 556 с.



16



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə