111
Ünsiyyətini
sosial
normalara
əsasən tənzimləyir.
Öz emosiyalarına nəzarət edir.
Digərlərinin
arzu və istəklərini
dəyərləndirir.
Fəaliyyətini qrupun qaydalarına
uyğun tənzimləyir.
Məsələnin
həllini
axtararkən
özünəinam və müstəqillik nümayiş
etdirir.
Ətrafdakı
insanlar arasındakı
fərqlərə (fiziki, irqi, milli, dini,
cinsi, sosial) dözümlülük nümayiş
etdirir.
İnsanlara
qarşı
qayğıkeş
münasibət
bəsləyir,
çətinlik
zamanı kömək edir.
112
İnkişafa dair yekun hesabat
isə 3 və 6 yaşın sonunda uşağın
inkişaf və təliminin
qiymətləndirilməsi ilə bağlı hesabatın hazırlanmasıdır. Uşaq bu hesabatla növbəti mərhələyə qədəm
qoyur.
İnkişafa dair yekun hesabat
(nümunə)
6 yaş (və ya 3 yaş)
Uşağın ad, soyadı, atasının adı________________________________
Məktəbəqədər müəssisə________________ 2017-2018
Tərbiyəçi-müəllim_____________________
Məktəbəqədər dövrdə uşaqların
həm fiziki, həm psixofizioloji inkişafı sürətlə gedir. Uşaq
diqqəti cəlb etməyi xoşlayır. Əli (ad şərtidir) bağçaya gəldiyi müddətdə boyunun, çəkisinin
artmasında nəzərə çarpacaq dəyişiklik baş vermişdir. Bununla yanaşı
olaraq nitqi, böyüklərlə və
həmyaşıdları ilə ünsiyyəti normaldır. Təqlid etməyi xoşlayır. Oyun oynayarkən uşaqlarla düzgün
davranır, oyunda çox zaman keçirməyi xoşlayır. Əşyalarla və quraşdırma oyunlarında qavrayış,
hafizə,
təxəyyül, təfəkkür və hərəki qabiliyyəti yaxşı inkişaf etmişdir. Oyun və təlim şəraitində
diqqətlidir. Yoldaşları ilə əməkdaşlıq etməyi, oyuncaqlarını paylaşmağı xoşlayır.
Digərlərinə qarşı
mehribandır və hörmət edir. Qrup otağında başqalarına kömək etməyi sevir.
Kollektivdə davranış
qaydalarına əməl edir.
Fikrini ifadə edə bilir. Məkan və zaman anlayışlarından düzgün istifadə edir.
Fiziki hərəkətləri düzgün icra edir.
Həyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən
qorunma qaydalarını bilir. Eşitdiyi fikirləri şərh edir. Təsviri, musiqi
və konstruktiv fəaliyyət
göstərir, bayram və əyləncələrin, səhnəciklərin göstərilməsində iştirak edir. Uşaqlara qarşı qayğıkeş
münasibət bəsləyir, çətinlik zamanı kömək edir.
Diqqəti isə bir qədər dalğındır.
Öz işi ilə məşğul
olarkən yoldaşlarının gördüyü işlər onun diqqətini yayındırır. Çünki o, hər şeyi bilməyə can atır və
yeni şeyləri asanlıqla öyrənir. Onunla daha çox məşğul olmaq, onun öz gücündən konstruktiv və
yaradıcı yollarla istifadə etməsinə kömək etmək lazımdır.
Dostları ilə paylaş: