7
Erkən uşaqlıq dövründə uşağın boyu ildə orta hesabla 4-5 sm, çəkisi 1-2 kq artır. Erkən yaş
dövrü (1-3) məktəbəqədər yaşlı uşağın fiziki və psixi inkişafında mühüm mərhələdir. Bu
dövrdə baş beyin yarımkürələrinin funksiyalarının inkişafında keyfiyyətli
dəyişikliklər baş
verir, əsəb sisteminin işləmək qabiliyyəti böyüyür, təqlidetmə formalaşır, yerimə, nitq fəal
inkişaf edir.
Nitqin təşəkkülü və əyani-əməli təfəkkürün formalaşması bu yaş dövründən başlayır.
Uşaqda ilk dəfə “mən”, “mən özüm” kimi şüurlu təzahürlər meydana çıxır. Uşaq daha hərəkətli
və müstəqil olur. Bu da böyüklərdən onun təhlükəsizliyinin təmin olunmasına
xüsusi diqqət
yetirilməsini tələb edir. Uşağın tanış böyüklər və yaşıdları hesabına ünsiyyət dairəsi genişlənir.
Ünsiyyət, əşyavi-manipulyativ fəaliyyətlər uşağın dili fəal mənimsəməsinə aparır və onu oyuna
hazırlayır. Əşyalarla fəaliyyətin təsiri altında ünsiyyət və oyun zamanı uşaqlarda təfəkkür,
yaddaş, duyğu və digər idraki proseslər inkişaf edir.
Erkən məktəbəqədər dövr inkişaf və təlim üçün böyük imkanlar vaxtıdır. Bu zaman
uşaqlar səmimi münasibətlər, müzakirələr, tədqiqat və oyunlar vasitəsilə öyrənirlər. Onlar dili,
ondan necə və nə vaxt
istifadə etməyi öyrənirlər; kiçik uşaqlar başqaları və ətraf mühit ilə
qarşılıqlı fəaliyyətdə öyrənirlər. Onlar da böyük uşaqlar kimi özləri barədə qərarlar qəbul
etmək, onlar haqqında yaradıcı və təşəbbüskar olmağı öyrənirlər.
Həyatının ilkin illərində uşağın inkişafı ilə əlaqədar onun idrak fəallığı
idraki fəaliyyətə
getdikcə daha çox yaxınlaşır. Məktəbəqədər dövrdə uşaqlarda dünyanın bütün sonrakı həyatı
boyunca təkmilləşdiriləcək ilkin elementar obrazı yaranır.
Məktəbəqədər yaşlı uşağın
böyüklərin təsiri ilə şərtləndirilmiş inkişaf və özünü inkişaf etdirmə prosesi çox sıx qarşılıqlı
əlaqəlidir.
Erkən yaşlı uşağın həyatında hissi (sensor) təcrübənin əhəmiyyəti böyükdür. Sensor
inkişaf uşaqlarda duyğu proseslərinin, ətraf aləmin əşya və hadisələri haqqında
təsəvvürlərin
inkişafıdır. Uşaq dünyaya hazır hiss orqanları ilə göz açır. Onun gözü, qulağı, dərisi həssasdır.
Bu ətraf aləmin dərk edilməsi üçün zəmin yaradır. Erkən yaşlı uşaqların sensor inkişafı-onun
qavramasının inkişafı və əşyaların xarici xüsusiyyətləri: onların forma, rəng, həcm, məkanda
yerləşməsi, eyni zamanda qoxu, dad və s. barədə təsəvvürlərin formalaşdırılmasıdır.
Sensor inkişafın tam aparılması üçün sensor tərbiyə işi məqsədyönlü təşkil olunmalıdır.
Hər yaş mərhələsində uşaq bu və ya digər təsirlərə qarşı həssas olur.
Bununla əlaqədar
məktəbəqədər yaşlı uşağın hər yaş pilləsi sonrakı əsəb-psixoloji inkişafı və hərtərəfli tərbiyəsi
üçün əlverişli olur.
Uşağın həyatında hissi təcrübənin əhəmiyyəti böyükdür. Erkən uşaqlıq
mərhələsində əşyaların xüsusiyyətləri ilə tanışlığın əhəmiyyəti böyükdür.
0-2 yaş insan həyatında beynin ən sürətli və intensiv inkişaf dövrüdür.
Bu həlledici illər
zamanı uşağa qarşı etinasiz münasibət onun sonrakı həyatına uzunmüddətli və mənfi təsir
etmək gücündədir.
Erkən yaş dövründə (1-3 yaş) uşaq böyüklərin köməyi ilə əşyalardan istifadənin üsullarını
öyrənirlər. Onda əşyalarla fəaliyyət fəal inkişaf etməyə başlayır. Bütün orqanizmin inkişafı
davam edir və onların funksiyaları təkmilləşir. Erkən uşaqlıq dövrü 2 mərhələyə ayrılır:
- çağalıq dövrü (anadan olandan 1 yaşadək);
- körpəlik dövrü (1 yaşdan 3 yaşadək).
Dostları ilə paylaş: