Heyvan mənşəli yeməklər Azərbaycanın zəngin faunası və qədim tarixə malik olan maldarlıqtəsərrüfatı əhalinin yemək
rasionunda ət və süd məhsullarına üstünlük verilməsini şərtləndirmişdir. Ov heyvanları, ov quşları,
dəniz, çay və göllərin tükənməz balıq sərvətləri qədim zamanlardan əhalinin ətli yeməklərə olan
tələbatını ödəmək üçün bol qida ehtiyatı yaratmışdır.
Azərbaycan ovlaqları qədim zamanlardan tükənməz qida mənbəyi olmuş, onun əhalisini «ov
əti» ilə təmin etmişdir. Hətta vaxtilə şahlar, hökmdarlar Azərbaycan ovlaqlarına əyləncə məqsədi ilə
ceyran-cüyür ovuna gələrmişlər.
Azərbaycanda kollektiv («sürək») və fərdi ovetmənin bir sıra səmərəli üsulları
zəmanəmizədək gəlib çatmışdır. Heyvan və quş ovunun qədim üsulları olan surək, böyrək, lağım, quyu, çapırtma, cələ, tor, nişanalma, əl quşu (tərlan ovu)və s. XIX əsrə qədər özünün əməli
əhəmiyyətini itirməmişdir.
Bununla belə, heyvanların əhliləşdirilməsindən sonra qida ehtiyatında ov ətinin nisbəti xeyli
dəyişmişdir.
Heyvanların əhliləşdirilməsi və onun sərfəli təsərrüfat məşğuliyyətinə çevrilməsi Neolit
dövründən başlayaraq, Azərbaycanın qədim sakinlərinin qida ehtiyatında ciddi təbəddülata səbəb
olmuşdur. Ev heyvanlarının artması, xüsusilə qoyunçuluq təsərrüfatının sonrakı inkişafı qida
ehtiyatını etibarlı etməklə yanaşı, həm də yemək rasionunun tərkibini yeni qida növləri – süd və süd
məhsullarıilə zənginləşdirmişdir. Görünür, Neolit və Eneolit abidələ- rindən aşkar olunmuş saxsı
məmulatının bir qismi məhz süd məhsullarının emalı və saxlanması ilə üzvi surətdə bağlı olmuşdur.
Hətta sonralar süddanbiçimli, ağzı süzgəcli və lüləli qablardan ibarət xüsusi növ saxsı məmulatı
məhz bu məqsədlə yaranmışdır. Eneolitabidələrindən tapılmışnehrələr,tunc dövrünün goduşvə
xeyrələridə, həmçinin, ağartı məhsullarının emalı ilə əlaqədar meydana gəlmişdir.
Maldarlıq təsərrüfatının genişlənməsi və yağhasilatının artması ilə əlaqədar olaraq, saxsı, dəri
(tuluq, çalxar) və ağac (arxıd) nehrələryaranmışdır. Nehrələrin bu tipoloji növləri əhalinin oturaq
və köçəbə məişət tərzi ilə bağlı olub XIX əsrə qədər gəlib çatmışdır. Oturaqlaşma prosesinin
güclənməsi və elat məişətinin məhdudlaşıb aradan çıxması nəticəsində tuluq nehrə («çalxar»)
vasitəsi ilə yağ hasiletmə üsulu özünün əməli əhəmiyyətini itirmişdir.