66
müştərisi cəmiyyətin azlıq təşkil edən yuxarı zümrələri idi. Başqa sözlə, yüksək keyfiyyətli ipək
parçalar məhdud daxili bazara malik olmaqla, əsasən, ixrac üçün istehsal olunmuşdur.
İnkişaf etmiş feodalizm dövründə Azərbaycanın xam ipək parçalarına həm daxili, həm də
xarici bazarda tələbat artdığından onların zəngin çeşidi və tipoloji növləri yaranmışdır. Orta əsr
mənbələri Azərbaycan şəhərlərində istehsal olunmuş ipək parçaların xeyli qisminin adlarını
dövrümüzə çatdırmışdır.
Bədi-texniki xüsusiyyətlərinə görə, Azərbaycanın kustar ipək parçaları istehsal texnikası
baxımından
güləbətin və
tafta toxunuşlu olmaqla iki qrupa bölünür.
Dostları ilə paylaş: