Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti faküLTƏ 02. “İQTİsadiyyat


Ayrı-ayrı mal qrupları və müxtəlif bazarlar üzrə maliyyə informasiyasının təqdim edilməsi seqment hesabatı adını almışdır



Yüklə 71,28 Kb.
səhifə11/12
tarix22.04.2022
ölçüsü71,28 Kb.
#56045
1   ...   4   5   6   7   8   9   10   11   12
Kənan kurs işi

Ayrı-ayrı mal qrupları və müxtəlif bazarlar üzrə maliyyə informasiyasının təqdim edilməsi seqment hesabatı adını almışdır.

Seqment hesabatı MHBS 14-ün müddəaları əsasında tənzimlənir Standartın giriş hissəsində deyildiyi kimi, onun əsas məqsədi əsas maliyyə hesabatında (qrupun balans hesabatı, mənfəət və zərərlər haqqında hesabatı nəzərdə tutulur) olduğundan daha geniş informasiya vermək yolu ilə şirkətin fəaliyyətinin perspektivləri və riskləri barədə qərarların qəbul edilməsi prosesində maliyyə hesabatının istifadəçilərinə köməklik göstərməkdən ibarətdir.

Hər bir seqment üzrə fəaliyyətin nəticələri barədə informasiya, hər bir seqmentdə istifadə olunan kapital barədə məlumatlarla birlikdə təqdim edilir. Seqmentlər üzrə verilən informasiya daha geiş olduğuna görə o, maliyyə hesabatını oxuyan şəxsə şirkətin təmsil olunduğu müxtəlif seqment bazarlarında onun fəaliyyətindən alınmış maliyyə nəticəsini təhlil etməyə imkan verir. Bu baxımdan, seqment informasiyası 343 maliyyə hesabatında açıqlanan mühüm uçot informasiyasına əlavə kimi qəbul edilir. Müxtəlif seqmentlərə əmtəə bazarları (təsərrüfat seqmentləri) və coğrafi bazarlar (coğrafi seqmentlər) nöqteyinəzərindən baxmaq olar.

Şirkətlər, öz növbəsində , seqment informasiyasını açıqlamağa tələsmir, çünki o, strateji əhəmiyyətə malikdir. Seqmentlər üzrə məlumatlar investorlar üçün nəinki informasiyanın qiymətliliyini artırır, həm də qərarların qəbul edilməsi prosesində rəqabət aparanlara çox yararlı ola bilir. Seqmentlər üzrə informasiyanın açıqlanması şirkətlər tərəfindən xüsusi informasiyanın açıqlanması kimi qəbul olunduğu üçün onlar yalnız qiyməti az olan informasiya verməyə cəhd edir. Analitiklər seqmentlər üzrə informasiyanın açıqlanmasının keyfiyyətinin aşağı olduğunu və qeyri-adekvatlığını daim tənqid edirdilər. Şirkətlər isə biznesin dəyəri, yaxud ayrı-ayrı seqmentlərin rentabelliyi barədə məlumatların verilməsindən şirkətlərin götürdüyü faydanın informasiyanı toplamaqda rəqiblərə edilən köməklikdən olan itkiləri ödəmədiyini təsdiqləyərək geri çəkilmirdi. Seqment informasiyasının təqdim edilməsinə münasibətdə tələblərin yolverilən çeviklik dərəcəsi keçən əsrin 80-cı və 90-cı illərində standartları işləyib hazırlayanların diqqət mərkəzində olmuşdur (Fields,LYS and Vincent, 2001), 90-cı illərin ortalarında Amerika FASB-ı seqment üzrə açıqlanan informasiyanın təqdim edilməsi prinsiplərinin, şirkətin daxili hesabatının təşkili prinsiplərinə mütləq uyğunlaşdırılmasını təsbit etmiş yeni standartlarda MHBSK oxşar yanaşma seçdi. Yeni standartların başlıca uğuru onların haqqında ayrıca informasiya verilməsini zəruri edən seqmentlərin müəyyən edilməsinə imkan verməsindədir.



NƏTİCƏ

Əməliyyat seqmentləri tez-tez eyni iqtisadi xassələri olduğu halda, eyni uzunmüddətli maliyyə nəticələrini nümayiş etdirir. Misal üçün, iqtisadi xassələri eyni olduğu halda, iki əməliyyat seqmentinin satışının malların maya dəyərinə uzunmüddətli ümumi nisbətlərinin eyni olması təxmin edilə bilər.

Cəm, bu Standartın əsas prinsiplərinə uyğun gəldiyi halda, iki və daha çox əməliyyat seqmenti bir seqment şəklində cəmlənə bilər. Bunun üçün seqmentlər eyni iqtisadi xassələrə və aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

mal və xidmətlərin təbiəti;

 istehsal mərhələlərinin təbiəti;

 mal və xidmətlərin müştərilərinin növü və sinfi;

 malların paylanması və ya xidmətlərin göstərilməsi üsulları;

 uyğun olan halda tənzim edən ətraf mühitin təbiəti: məsələn, bank, sığorta və ya ictimai müəssisələr.

Müəssisə, aşağıdakı kəmiyyət hüdudlarında olan əməliyyat seqmentlərinin məlumatları haqqında ayrıca hesabat verməlidir:

 gəliri (həm də seqmentdaxili satış və köçürmələr daxil olmaqla) əməliyyat seqmentlərinin (daxili və kənar) toplanmış gəlirinin ən azı 10 faizini təşkil edir;

 hesabatda göstərilmiş mənfəət və zərəri bütün əməliyyat seqmentlərinin birləşdirilmiş hesabatda verilmiş mənfəətindən bütün əməliyyat seqmentlərinin birləşdirilmiş hesabatda verilmiş zərərindən ən azı 10 faizini təşkil edir;

 onun aktivləri əməliyyat seqmentinin birləşdirilmiş aktivlərinin ən azı 10 faizini təşkil edir.

Rəhbərliyin seqment haqqında məlumatının maliyyə hesabatı istifadəçilərinə faydalı olacağına inanması halında kəmiyyət hüdudlarına cavab verməyən əməliyyat seqmentləri haqqında hesabat verilməli və ayrıca açıqlanmalıdır.

Əməliyyat seqmentlərinin hesablanmış gəliri müəssisənin ümumi gəlirinin 75 faizdən aşağısını təşkil edən zaman hesabat verilməli seqmentlərdə müəssisənin gəlirinin ən azı 75 faizi əks olunana qədər əlavə əməliyyat seqmentləri, hesabat verilməli seqmentlər kimi tanınır.

Müəssisə, maliyyə hesabatının istifadəcilərinə imkan yaratmaq üçün məşğul olduğu kommersiya fəaliyyətinin təbiəti, maliyyə təsirlərini və fəaliyyət göstərdiyi iqtisadi mühiti qiymətləndirmək məqsədi ilə müvafiq məlumatları açıqlamalıdır.
Əməliyyat seqmenti aşağıdakı müəssisələrin komponentidir:

 gəlir əldə etdiyi və ya öhdəlik qazandığı kommersiya fəaliyyətləri ilə məşğul olanlar;

 əməliyyat nəticələri baş qərar qəbul edən şəxs tərəfindən seqmentə vəsaitlərin bölüşdürülməsi və onun fəaliyyət nəticələrinin qiymətləndirilməsi məqsədi ilə təhlil edilənlər;

 ayrıca maliyyə məlumatı göz qabağında olanlar.

Əməliyyat seqmenti hələ gəlir gətirməyən kommersiya fəaliyyəti ilə məşğul ola bilər. Başlanğıc əməliyyatlar gəlir gətirməzdən öncə əməliyyat seqmentlərinə misal ola bilər.

Müəssisənin hər bir hissəsinin əməliyyat seqmenti və ya əməliyyat seqmentinin bir hissəsi olması zəruri deyildir. Bu MMUS məqsədləri üçün, müəssisənin işçilərinə əmək fəaliyyətinin başa çatmasından sonrakı mükafatlandırma planları əməliyyat seqmentləri deyildir.

Baş qərar qəbul edən şəxs” termini xüsusi vəzifə sahibi olan rəhbər şəxsdən daha çox funksiyanı bildirir. Bu funksiyanın vəzifəsi vəsaitləri müəssisənin seqmentlərinə paylaşdırma və müəssisənin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsindən ibarətdir.

Əməliyyat seqmentlərinin üç xassəsi bir çox müəssisələrin əməliyyat seqmentlərini aydın şəkildə göstərir. Buna baxmayaraq, müəssisə öz kommersiya fəaliyyətini müxtəlif yollarla göstərilmiş hesabatlar vasitəsilə təqdim edə bilər. Baş qərar qəbul edən şəxs seqment məlumatlarının birdən artıq növündən istifadə etdiyi halda, hər bir komponent üçün kommersiya fəaliyyətinin təbiəti, onlara cavabdeh olan şəxslərin mövcudluğu və direktorlar şurasına təqdim olunmuş məlumat da daxil olmaqla, digər amillər müəssisənin əməliyyat seqmentlərini təyin edən komponentlər toplusunu müəyyən edə bilər.

Kurs işinin yerinə yetirilməsi və tərtibatı haqqında kurs işi rəhbərinin

RƏYİ


_______________ __________________________________


Yüklə 71,28 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin