Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti faküLTƏ 02. “İQTİsadiyyat


İqtisadi subyektlərin əsas üstünlükləri



Yüklə 71,28 Kb.
səhifə2/12
tarix22.04.2022
ölçüsü71,28 Kb.
#56045
1   2   3   4   5   6   7   8   9   ...   12
Kənan kurs işi

İqtisadi subyektlərin əsas üstünlükləri:

- sabit xərclərin o cümlədən idarəetmə aparatının saxlanılması xərclərinin azaldılması;

- istehsal, satış və maliyyə əməliyyatlarının mərkəzləşmiş qaydada tənzimlənməsi

- aktivlərlə vahid idarəetmə.

Qrupa daxil olan bu cür müəssisələrin sıx iqtisadi əlaqələri vardır, yekdil maliyyə, istehsal, marketinq siyasəti aparır, malların və xidmətlərin bazarında birgə hərəkət edir, onların əməliyyatlarının həyata keçirilməsi vahid nəzarət altında olur, iqtisadi informasiyanın istifadəçiləri bütünlükdə müəssisələr qrupunun fəaliyyətinin nəticələrinə dair xeyli maraq göstərirlər. Belə informasiyaların mühüm mənbəyi birləşdirilmiş (konsolidə edilmiş) hesabatdır.

Birləşdirilmiş (konsolidə edilmiş) hesabat eyni qrupa daxil olan, qarşılıqlı əlaqələrin müəssisələrin mühasibat hesabatı göstəricilərin birləşməsi yolu ilə formalaşır və hesabat tarixinə bütünlükdə qrupun əmlak və maliyyə vəziyyətini, həmçinin hesabat dövrü ərzində qrup fəaliyyətinin maliyyə nəticələrini xarakterizə edir.

Beləliklə, birləşdirilmiş (konsolidə edilmiş)hesabatı mühasibat hesabatının ənənəvi olmayan növünü, özünə xas olan xüsusiyyəti özündə əks etdirir, belə ki,
1) müəssisələr qrupunun, yəni bir hüquqi şəxsin yox, bir neçə hüquqi şəxsin əmlak və maliyyə vəziyyəti haqqında informasiyalar olur;

2) müəssisələr qrupunun mühasibat uçotunun yox fərdi hesabat məlumatları əsasında tərtib edilir. Qrup üzrə birləşdirilmiş ( konsolidə edilmiş) uçot aparılmır.

Birləşdirilmiş ( konsolidə edilmiş) hesabatının hazırlanması zamanı aşağıdakı prinsiplərə riayət edilməlidir:

■ Vahid tərtib edilmə tarixi;

■ Vahid pul ölçüsü (adətən vahid valyuta əsas müəssisənin hesabatının valyutası qəbul edilir;

■ Balans maddələrinin vahid qiymətləndirmə metodu (qiymətləndirmənin unifikasiyası);

■ Konsolidasiya metodunun istifadə müddəti;

■ informasiyaların bütövlüyü (əsas müəssisədə tutduğu xüsusi çəkidən asılı olmayaraq tam həcmdə əsas müəssisənin və törəmə təşkilatlarının bütün aktivlərinin , passivlərinin , gəlirlərin və xərclərin birləşdirilmiş (konsolidə edilmiş hesabatlara daxil edilməsinin zəruriliyi. Birləşdirilmiş (konsolidə edilmiş) hesabatlarda xüsusi çəkisi az olanlar ayrıca sətirdə göstərilməlidir);

■ İnformasiyaların əhəmiyyətliliyi ( birləşdirilmiş hesabatlar informasiya istifadəçiləri üçün ancaq əhəmiyyətli olmalıdır. Əgər onlar hesabat dövrü ərzində qrup fəaliyyətinin maliyyə vəziyyəti və maliyyə nəticələri haqqında təqdim edilmənin formalaşmasına əhəmiyyətli təsir etmirsə törəmə (asılı) müəssisələr haqqında məlumatlar birləşdirilmiş (konsolidə edilmiş) hesabata daxil edilmir. Qanunvericiliyə görə, əgər törəmə müəssisələrin həcmi qrup kapitalının həcminin 3 %-ni keçmirsə birləşdirilmiş hesabat qrupuna daxil edilən digər törəmə müəssisələrin kapitalı ilə yekunda – qrup kapitalının həcminin 10 %-ni ötüb keçmirsə, belə törəmə müəssisəsinin göstəriciləri qrupun birləşdirilmiş (konsolidə edilmiş) hesabatına ola bilər ki, daxil edilməsin;

■ Səmərəlilik (nə vaxt o mühasibat uçotunun səmərəli aparılmasının tələblərinə zidd deyilsə, törəmə müəssisəsi haqqında məlumatlar qrupun birləşdirilmiş (konsolidə edilmiş) hesabata daxil edilməsi mümkündür. Əgər belə ziddilik əmələ gələrsə, onda törəmədə əsas müəssisənin iştirakçısının qiymətləndirmə dəyəri maliyyə qoyuluşu kimi əks etdirilməlidir.

19 N-li Milli Mühasibat Uçotu Standartlarına əsasən birləşmə (konsolidasiya) prosedurları aşağıdakılardan ibarətdir:

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayarkən müəssisə, analoji aktiv, öhdəlik, kapital, gəlir və xərc maddələrini sətirbəsətir toplamaqla əsas müəssisənin və onun törəmə müəssisələrinin maliyyə hesabatlarını birləşdirir. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında qrup haqqında maliyyə məlumatlarının vahid iqtisadi subyekt kimi təqdim edilməsi üçün aşağıdakı addımlar atılmalıdır:

(a) əsas müəssisənin hər bir törəmə müəssisəyə qoyduğu investisiyanın balans dəyəri və əsas müəssisənin hər bir törəmə müəssisənin kapitalındakı payı ləğv edilir (18 N-li Milli Mühasibat Uçotu Standartı müəssisələrin birləşməsi nəticəsində yaranan hər hansı qudvilin uçotda əks etdirilməsini göstərir);

(b) birləşdirilmiş (konsolidə edilmiş) törəmə müəssisələrin hesabat dövrü üzrə mənfəət ya zərərində azlıqların payı müəyyənləşdirilir; və

(c) birləşdirilmiş (konsolidə edilmiş) törəmə müəssisələrin xalis aktivlərindəki azlıqların payı əsas müəssisənin onlarda olan səhmdar payından ayrıca olaraq müəyyənləşdirilir. Xalis aktivlərdəki azlıqların payı aşağıdakılardan ibarətdir: (i) ilkin birləşmə tarixində 18 N-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq hesablanmış həmin azlıqların payı; və

(ii) birləşmə tarixindən etibarən azlıqların kapitalda dəyişikliklər üzrə payı.

Potensial səsvermə hüquqları mövcud olduqda, əsas müəssisəyə və azlıqların payına aid edilən mənfəət və ya zərərin və kapitalda dəyişikliklərin nisbəti cari mülkiyyət maraqları əsasında müəyyənləşdirilir və potensial səsvermə hüquqlarının mümkün icrasını və ya konversiyasını əks etdirmir.



  1. Yüklə 71,28 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin