Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti faküLTƏ 02. “İQTİsadiyyat


Birləşdirilmiş (konsolidə edilmiş) Maliyyə Hesabatlarının Təyinatı, Məqsədi və Tətbiq olunma sahəsi



Yüklə 71,28 Kb.
səhifə3/12
tarix22.04.2022
ölçüsü71,28 Kb.
#56045
1   2   3   4   5   6   7   8   9   ...   12
Kənan kurs işi

Birləşdirilmiş (konsolidə edilmiş) Maliyyə Hesabatlarının Təyinatı, Məqsədi və Tətbiq olunma sahəsi.

“Təşkilatların maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları üzrə” kommersiya təşkilatları üçün 19№-li Milli Mühasibat Uçotu Standartı Respublika Maliyyə Nazirliyinin 19 dekabr 2007-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Bu Standart “Konsolidə edilmiş və fərdi maliyyə hesabatları” adlı 27№-li Mühasibat Uçotunun Beynəlxalq Standartı əsasında hazırlanmışdır.

19№-li Standartın əsas məqsədi maliyyə hesabatlarını qrup adından təqdim edən müəssisələr tərəfindən tətbiq edilməli olan qaydaların müəyyən olunmasıdır.

Standartda istifadə ediliş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları –müəssisələr qrupunun vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır.

İlkin dəyər metodu – investisiya qoyuluşunun ilkin dəyəri ilə tanındığı uçot metodudur. İnvestor kapital qoyuluşu üzrə gəliri alış tarixindən sonra investisiya obyektinin yığılmış mənfəətindən əldə olunan ayırmalar həcmində tanıyır. Bu mənfəətdən artıq ayrılmış ayırmalar kapital qoyuluşlarının bərpa edilməsi hesab olunur və investisiyanın ilkin dəyərinin azalması kimi tanınır.

Qrup - əsas müəssisə və onun bütün törəmə müəssisələridir.

Fərdi maliyyə hesabatları - əsas müəssisə, asılı müəssisənin investoru və ya birgə nəzarət olunan müəssisənin sahibkarı tərəfindən təqdim edilən və investisiyaların investisiya obyektinin hesabatlarında təqdim edilən nəticələr və xalis aktivlər əsasında deyil, birbaşa iştirak payı əsasında uçota alınan maliyyə hesabatlarıdır.

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları fəaliyyətin aşağıdakı növləri üzrə tərtib edilir:

 sənaye müəssisələrinin əsas fəaliyyəti;

 tikinti, quraşdırma, təmir-tikinti, qazma, lahiyə və axtarış təşkilatlarının əsas fəaliyyəti;

 geoloji təşkilatların və topoqrafiya-geodeziya təşkilatlarının əsas fəaliyyəti;

 elmi təşkilatların əsas fəaliyyəti;

 maddi-texniki təchizat və satış üzrə təşkilatların əsas fəaliyyəti;

 ticarət və ictimai iaşə təşkilatlarının əsas fəaliyyəti;

 kənd təsərrüfatı məhsullarının istehsalı üzrə təşkilatların əsas fəaliyyəti;

 hesablama mərkəzlərinin və informasiya hesablama xidmətinin əsas fəaliyyəti;

 nəqliyyat təşkilatlarının əsas fəaliyyəti;

 avtomobil yollarının təmiri və saxlanılması üzrə təşkilatların əsas fəaliyyəti;

 mənzil-məişət təsərrüfatı təşkilatlarının əsas fəaliyyəti;

 xarıcı iqtisadi təşkilatların əsas fəaliyyəti.

Sahə nazirlikləri və digər icra orqanları bu siyahını fəaliyyətin digər növləri üzrə də genişləndirmək hüququna malikdirlər.

Özünün tərkibində övlad müəssisə və asılı təşkilatlar olan ana müəssisə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatını qanunvericilikdə nəzərdə tutulan müddətdə və qaydada təqdim etməlidir.

Beynəlxalq praktikada qəbul edilmiş uçot və hesabat sisteminə müvafiq surətdə müəssisələr özlərinin maliyyə hesabatlarına filialların, nümayəndəliklərin və digər bölmələrin fəaliyyətlərinin göstəricilərini də daxil etməlidirlər. Qaydaya görə övlad müəssisələrə və tabelikdə olan cəmiyyətlərə malik olan müəssisələrdə konsolidə edilmiş maliyyə hesabatlarını tərtib etmək praktikası uzun illərdir mövcuddur və bu respublikanın uçot praktikasında yenilik sayıla bilməz. Lakin bazar iqtisadiyyatı şəraitində konsolidə edilmiş hesabatların tərtibi, təsdiqi və təqdimi ilə əlaqədar bir sıra ciddi problemlərə hələ də rast gəlinir. Məsələ burasındadır ki, müxtəlif hesabat göstəricilərinin sadə qaydada cəmlənməsi, necə bir bütöv vahid kimi, müəssisələr qrupunun əmlak və maliyyə vəziyyətləri haqqında real mənzərə yarada bilmir.

Eyni zamanda övlad müəssisə və asılı cəmiyyətlərin göstəricilərinin ana müəssisənin konsolidə edilmiş hesabatlarına daxil edilməsi metodikası haqqında hər hansı bir elmi araşdırmalar nisbətən zəif aparılır. Bu barədə respublikada 19№-li Standartdan başqa, hər hansı bir normativ baza yox dərəcəsindədir.

“Müəssisələr qrupu” termini də bizim respublikamızda 2007-ci ildən tətbiq edilir. Əslində qrup vətəndaş dövranının müstəqil iştirakçısı və hüquqi şəxs sayılmır. Onun xüsusi idarəetmə orqanı yoxdur və vergiyə cəlbolunmanın subyekti hesab edilmir. Qrup tərəfindən həyata keçirilən hər hansı bir hərəkət iştirakçılar vasitəsilə həyata keçirilir. Qrupun hər bir üzvü hüquqi cəhətdən müstəqildir. Bu mənada həmin qrup tərəfindən tərtib edilmiş hesabat hər hansı bir hüquqi əhəmiyyət daşımır.

Bir tərəfdən baş təşkilat, digər tərəfdən isə övlad və asılı cəmiyyətlər qrupun üzvləri sayılır. Öz növbəsində baş təşkilat, övlad cəmiyyətlərə münasibətdə əsas cəmiyyət kimi, asılı cəmiyyətlərə münasibətdə isə müəyyən üstünlüyə malik olan subyekt kimi çıxış edir.

Hüquqi şəxsin hesabatından fərqli olaraq, konsolidə edilən hesabat investorlara, onların qoyduqları investisiyalardan səmərəli istifadə olunmasına nəzarəti həyata keçirməyə şərait yaradır ki, bu da konsolidə edilmiş hesabatların ən böyük üstünlüyüdür.

Əvvəla, konsolidə edilmiş hesabat adi hesabatdan onunla fərqlənir ki, o hüquqi cəhətdən müstəqil sayılan müəssisənin hesabatı deyildir. Onun məqsədi vergidə cəlbolunan mənfəəti müəyyənləşdirmək deyil, yalnız korporativ ailənin fəaliyyəti haqqında ümumi təsəvvür yaratmaqdan ibarətdir.

İkincisi isə konsolidasiya dedikdə, şirkətin və yaxud qrupun maliyyə hesabatlarının eyni adlı maddələrinin cadəcə olaraq cəmlənməsini başa düşmək düzgün olmazdı. Korporativ ailənin üzvləri arasındakı sövdələşmələr konsolidə edilmiş hesabatlara daxil olmur. Burada yalnız aktivlər və öhdəliklər, habelə üçüncü şəxslərlə bağlı əməliyyatlardan alınan gəlir və xərclər göstərilir. Korporasiyadaxili hər hansı bir maliyyə-təsərrüfat əməliyyatı konsolidasiya prosesinə daxil edilmir. Dünyanın ən nüfuzlu təşkilatlarından sayılan MHBS Komitəsi həmin problemlə bağlı baş standart hazırlamışdır. Digər nizamlayıcı sənədlər kimi, bu standartlar da tövsiyə xarakteri daşıyır və hüquqi cəhtdən icrası məcburi sayılmır. Bu sahədə Avropa İttifaqı çərçivəsində də xeyli iş görülmüşdür. 1983-cü ildə İttifaq tərəfindən “Uçot və konsolidasiya edilmiş hesabat” adlı məşhur Yeddinci Direktiv hazırlanmış və qəbul edilmişdir. Maliyyə hesabatlarının konsolidasiyası ideyasının təşəkkül tapması tarixində adı çəkilən Yeddinci Direkrivin özünəməxsus yeri vardır.

Yeddinci Direktiv konsolidə edilmiş hesabatın tərkibini belə müəyyənləşdirmişdir: balans, maliyyə nəticələri haqqında hesabat, müxtəlif maddələrə dair qeydlər və analitik açıqlamalar. Bu sənədlər konsolidə edilmiş hesabat şəklində rəsmiyyətə salınmalıdır. Yeddinci Direktivə əsasən yerli icra hakimiyyəti orqanları onların ərazisində yerləşən ana şirkətdən konsolidə edilmiş hesabat tələb etmək hüququna malikdirlər.



  1. Yüklə 71,28 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin