Məcmu spesifik məhsul ixracı üzrə ixtisaslaşma əmsalına əsasən qeyri-neft ixracı üzrə qiymətləndirmə.
İxracda diversifikasiya səviyyəsini və müəyyən bir sahə üzrə ölkənin ixracında struktural dəyişikliyi ölçmək üçün məcmu spesifik-məhsul ixracı üzrə ixtisaslaşma əmsalından istifadə olunur. Hesab edək ki, burada Xit hansısa bir i məhsulunun müəyyən t zamanında ixrac qiymətidir. Bu halda məcmu spesifik-mal ixracı üzrə ixtisaslaşma əmsalı (CSCEF) aşağıdakı kimi olacaq:
CSCEFit = (2.1)
Burada t0, tc, tT müvafiq olaraq başlanğıc, hazırkı və sonuncu illəri göstərir. Onu qeyd etmək lazımdır ki, CSCEF-in qiymətləri başlanğıc ilində ən kiçik qiyməti (sıfıra yaxın ədəd), sonuncu ildə isə maksimal 1 qiymətini almalıdır. Azərbaycanın qeyri-neft ixracı üzrə seçilmiş ilk 16 məhsul üzrə qiymətləndirmələr zamanı, başlanğıc ili (t0) 1995-ci il, sonuncu il (tT) isə 2015-ci il kimi qəbul edilmişdir. Ayrı-ayrılıqda bu mal qrupları üzrə CSCEF-lər hesablanmış və illər üzrə müxtəlif indexlər alınmışdır. Aşağıdakı qrafikdə bu seçilmiş 16 məhsulun illər üzrə tapılmış indekslərinin qrafik təsviri verilmişdir. Qeyd edək ki, tapılmış indekslərə görə qrafik təsvirdə daha çox sola sürüşməyə meyilli olmuş məhsul növləri ənənvi-məhsul növləri kimi, daha çox sola sürüşmüş məhsul növləri isə qeyri-ənənəvi məhsul növləri kimi qiymətləndirilir.
Həmçinin daha çox sola sürüşməyə meyillənmiş məhsul növləri təkcə qeyr-ənənəvi məhsul növü kimi qiymətləndirilməklə bərabər, həmçinin bu məhsullar üzrə ixracda daha çox şaquli diversifikasiyalaşmanın olacağı gözləntisini verən sahələrdir.
Dostları ilə paylaş: |