AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə36/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

qəzeti, 30  oktyabr 2008‐ci il, № 242, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, 
№  10,  maddə  885)  ilə 150‐1‐ci  maddənin  sanksiyasında  “otuz  manatdan  qırx manatadək” sözləri  “yüz 
manatdan  üç  yüz  manatadək”  sözləri  ilə, “səksən  manatdan  doxsan  manatadək”  sözləri  “üç  yüz 
manatdan  beş  yüz  manatadək”  sözləri  ilə, “iki  yüz  manatdan  üç  yüz  manatadək”  sözləri  “min 
manatdan üç min manatadək” sözləri ilə əvəz edilmişdir. 
298 
22 fevral 2011‐ci il tarixli 68‐IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti,  6  mart  2011‐ci  il,  №  052)  ilə  yeni  məzmunda  150‐2,  150‐3,  150‐4,  150‐5‐ci  və  326‐5‐ci  maddələr 
əlavə edilmişdir. 
299 
6  noyabr  2007‐ci  il  tarixli  481‐IIIQD  nömrəli  Azərbaycan  Respublikası  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  11,  maddə  1091)  ilə 151‐ci  və  152‐ci  maddələr 
yeni redaksiyada verilmişdirş 
əvvəlki redaksiyada deyilirdi: 
M a d d  ə  1 5 1 .   Nəqliyyat  vasitələrinin  sürücüləri  tərəfindən  yol  hərəkəti  qaydalarının 
pozulması 
151.1.  Yolda  müəyyən  edilmiş  hərəkət  sürətinin  10‐30  km/saat  həddində  aşılmasına,  yol 
nişanlarının  və  yolların  hərəkət  hissəsinin  işarələrinin  tələblərinə  riayət  edilməməsinə,  yaxud  nəqliyyat 
vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsinə və ya piyada keçidlərinin keçilməsinə, habelə 
ötmə, manevr etmə, yol ayrıcını keçmə, araməsafəsi, dayanma və durma, yedəyə alma, yük daşıma, işıq 
cihazlarından,  səs  siqnallarından,  təhlükəsizlik  kəmərlərindən və  motodəbilqələrdən  istifadə,  sürmə 
təlimi keçmə qaydalarının pozulmasına, nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə ‐
şərti maliyyə vahidi məbləğinin üç mislindən səkkiz mislinədək miqdarda cərimə edilir. 

151.2.  Svetoforun  və  ya  nizamlayıcının  qadağanedici  işarəsi  verilərkən hərəkətin  davam 
etdirilməsinə və yaxud 3.1. ʺGiriş qadağandırʺ, 3.2. ʺHərəkət qadağandırʺ yol nişanları tələblərinin və ya 
sərnişin  daşıma  qaydalarının  pozulmasına,  həmçinin  xüsusi  səs,  qırmızı  və  ya  göy  sayrışan işıq  siqnalı 
verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə ‐
şərti maliyyə vahidi məbləğinin beş mislindən on iki mislinədək miqdarda cərimə edilir. 
151.3. Yolda müəyyən edilmiş hərəkət sürətinin 30 km/saat həddindən artıq aşılmasına, dəmiryol 
keçidlərinin  keçilmə  qaydalarının  pozulmasına,  qəza  şəraitinin  yaradılmasına,  yəni  hərəkətin  başqa 
iştirakçılarının  sürəti  və  hərəkətin  istiqamətini  məcburi  dəyişməsinə  səbəb  olan  pozuntular 
törədilməsinə,  yaxud  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  əməkdaşının 
nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə ‐
şərti maliyyə vahidi məbləğinin səkkiz mislindən on beş mislinədək miqdarda cərimə edilir. 
151.4. Nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü 
təsir göstərən  digər  maddələrin istifadə olunması  nəticəsində sərxoş  vəziyyətdə idarə edilməsinə və ya 
nəqliyyat vasitəsini  idarə etmək  üçün ona  sahiblik hüququ  olan şəxs  tərəfindən sərxoş  vəziyyətdə olan 
şəxsə verilməsinə görə ‐
şərti maliyyə vahidi məbləğinin on iki mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir. 
151.5. Bu Məcəllənin 151.2‐ci, 151.3‐cü, 151.4‐cü, 155.3‐cü və 156‐ci maddələrində nəzərdə tutulmuş 
xətalar il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə, yəni 10 və daha çox cərimə 
balı toplamasına görə ‐
fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. 
151.6. Bu Məcəllənin 151.1‐151.4‐cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən 
şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə ‐
şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən qırx mislinədək miqdarda cərimə edilir və ya 
nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır. 
151.7. Bu Məcəllənin 151.1‐151.4‐cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən 
şəxsə maddi zərər vurulmasına görə ‐
şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda cərimə edilir və ya 
nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır. 
Qeyd:  Bu  Məcəllənin  151.2‐ci  maddəsində  göstərilən  qayda  pozuntularına  yol  verilməsi  3  balla, 
151.3‐cü  maddəsində  göstərilən  qayda  pozuntularına  yol  verilməsi  4  balla,  151.4‐cü  maddəsində 
göstərilən qayda pozuntularına yol verilməsi isə 5 balla qiymətləndirilir. 
M a d d  ə 
1 5 2 .   Nəqliyyat  vasitələrini  idarəetmə  hüququ  olmayan  şəxslər tərəfindən 
nəqliyyat vasitələrinin idarə edilməsi 
152.1.  Nəqliyyat  vasitəsini  idarə  etmə  hüququ  olmadan  nəqliyyat  vasitəsinin  idarə  edilməsinə  və 
ya nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə 
etmə  hüququ  olmayan  şəxsə  verilməsinə,  yaxud  nəqliyyat  vasitəsinin  vəkalətnamə  olmadan  (nəqliyyat 
vasitəsinə  sahiblik  hüququ  olan  şəxsin  nəqliyyat  vasitəsində  olması  halları  istisna  olmaqla)  idarə 
edilməsinə görə ‐
şərti maliyyə vahidi məbləğinin on iki mislindən iyirmi mislinədək miqdarda cərimə edilir. 
152.2.  Nəqliyyat  vasitəsini  idarə  etmə  hüququ  olmadan  alkoqoldan,  narkotik  vasitələrdən və  ya 
güclü  təsir  göstərən  digər  maddələrin  istifadə  olunmasından  sərxoş  vəziyyətdə  nəqliyyat  vasitəsinin 
idarə edilməsinə görə ‐
şərti maliyyə vahidi məbləğinin on beş mislindən otuz mislinədək miqdarda cərimə edilir. 
152.3.  Bu  Məcəllənin  152.1‐ci  və  ya  152.2‐ci  maddələrində  nəzərdə  tutulmuş  xətalar  il  ərzində 
inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə ‐
şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda cərimə edilir. 
152.4.  Bu  Məcəllənin  152.1‐ci  və  ya  152.2‐ci  maddələrində  nəzərdə  tutulmuş  xətalar  nəticəsində 
zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə ‐
şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir. 
152.5.  Bu  Məcəllənin  152.1‐ci  və  ya  152.2‐ci  maddələrində  nəzərdə  tutulmuş  xətalar  nəticəsində 
zərər çəkən şəxsə maddi zərər vurulmasına görə ‐
şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən qırx mislinədək miqdarda cərimə edilir. 

300 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  7  iyun  2008‐ci  il,  №  123,  Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №  6, 
maddə  454)  ilə  151.1‐ci  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin  on  beş  mislindən 
iyirmi mislinədək” sözləri “on beş manatdan iyirmi manatadək” sözləri ilə əvəz edilmişdir. 
22 iyun 2010‐cu il tarixli 1045‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti, 02 iyul 2010‐cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il, № 
7,  maddə  598)  ilə  151.1‐ci  maddədə  “sürmə  təlimi  keçmə”  sözlərindən  sonra  “,  avtomagistralda  və  ya 
yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə” 
sözləri,  “pozulmasına,”  sözündən  sonra  “ümumi  istifadədə  olan  nəqliyyat  vasitələrinin  dayanacaq 
meydançasında  və  ya  5.12,  5.13  yol  nişanlarından  15  metrdən  az  yaxınlıqda  digər nəqliyyat 
vasitələrinin dayanmasına və ya durmasına, səkilərlə və qanunla nəzərdə tutulmamış hallarda yolun 
çiyini ilə hərəkət edilməsinə, piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən 
və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan 
piyadaya  sürücü  tərəfindən nəqliyyat  vasitəsini  dayandıraraq  yol  verilməməsinə,”  sözləri  əlavə 
edilmişdir. 
301 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə  454)  ilə  151.2‐ci  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin  iyirmi  mislindən 
qırx mislinədək” sözləri “iyirmi manatdan qırx manatadək” sözləri ilə əvəz edilmişdir. 
22 iyun 2010‐cu il tarixli 1045‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti, 02 iyul 2010‐cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il, № 
7,  maddə  598)  ilə  151.2‐ci  maddədə  “ötmə,  manevr  etmə”  sözləri  “əks  istiqamətli  hərəkət  zolağına 
çıxmaqla ötmə və ya manevr etmə” sözləri ilə əvəz edilmişdir. 
22 iyun 2010‐cu il tarixli 1045‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti, 02 iyul 2010‐cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il, № 
7,  maddə  598)  ilə  151.2‐ci  maddədə  “daxil  olmasına,”  sözlərindən  sonra  “ümumi  istifadədə  olan 
nəqliyyat  vasitəsini  sərnişinləri  mindirmək və  ya  düşürtmək  üçün  bu  məqsədlə  xüsusi  olaraq 
müəyyən  edilmiş  dayanacaq  meydançalarından  və  ya  5.12,  5.13  nişanları  ilə  işarələnmiş  dayanacaq 
yerlərindən kənarda dayandırılmasına,” sözləri əlavə edilmişdir. 
22 iyun 2010‐cu il tarixli 1045‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti, 02 iyul 2010‐cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il, № 
7,  maddə  598)  ilə  151.2‐ci  maddədə  “yol  verilməməsinə”  sözlərindən  sonra  “və  ya  belə  nəqliyyat 
vasitəsinin  müşayiət  etdiyi  mütəşəkkil  nəqliyyat  dəstəsinə  qoşularaq  hərəkət  edilməsinə”  sözləri 
əlavə edilmişdir. 
302 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə  454)  ilə  151.3‐cü  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin  qırx  mislindən 
altmış mislinədək” sözləri “qırx manatdan altmış manatadək” sözləri ilə əvəz edilmişdir. 
303 
22  iyun  2010‐cu  il  tarixli  1045‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 
(“Azərbaycan” qəzeti, 02 iyul 2010‐cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 

2010‐cu  il,  №  7,  maddə  598)  ilə  151.4‐cü  maddədə  “151.3‐cü,”  sözündən  sonra  “152‐1.1‐ci”  sözü  əlavə 
olunmuşdur 
304 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə  454)  ilə 151.5‐ci  maddənin sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin yüz  mislindən  yüz 
qırx mislinədək” sözləri “yüz manatdan yüz qırx manatadək” sözləri ilə əvəz edilmişdir. 
305 
22  iyun  2010‐cu  il  tarixli  1045‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 
(“Azərbaycan” qəzeti, 02 iyul 2010‐cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 
2010‐cu il, № 7, maddə 598) ilə 151‐ci  maddənin “Qeyd”inin mətni 1‐ci hissə hesab edilmişdir; 
11  fevral  2011‐ci  il  tarixli  66‐IVQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 
qəzeti,  6  mart  2011‐ci  il,  №  052)  ilə  151‐ci  maddənin  “Qeyd”  hissəsinin  1‐ci  bənd  yeni  redaksiyada 
verilmişdir. 
əvvəlki redaksiyada deyilirdi: 
1. Bu Məcəllənin 151.2‐ci maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 3 balla, 151.3‐
cü maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 4 balla qiymətləndirilir. 
306 
22  iyun  2010‐cu  il  tarixli  1045‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 
(“Azərbaycan” qəzeti, 02 iyul 2010‐cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 
2010‐cu il, № 7, maddə 598) ilə 151‐ci  maddənin “Qeyd”inə yeni məzmunda 2‐ci hissə əlavə edilmişdir; 
307 
11 fevral 2011-ci il tarixli 66-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 
6 mart 2011-ci il, № 052) ilə 
151‐ci maddənin “Qeyd” hissəsinə yeni məzmunda 3‐cü və 4‐cü bəndlər əlavə 
edilmişdir. 
308 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə  454)  ilə  152.1‐ci  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin  qırx  misli”  sözləri 
qırx manat” sözləri ilə əvəz edilmişdir. 
309 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə 454) ilə 152.2‐ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin altmış misli” sözləri 
altmış manat” sözləri ilə əvəz edilmişdir. 
310 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə  454)  ilə  152.3‐cü  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin  səksən  mislindən 
yüz mislinədək” sözləri “səksən manatdan yüz manatadək” sözləri ilə əvəz edilmişdir. 
22 iyun 2010‐cu il tarixli 1045‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti, 02 iyul 2010‐cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il, № 
7, maddə 598) ilə 152.3‐cü maddədə “törədilməsinə” sözündən sonra “və ya nəqliyyat vasitəsini idarə 
etmək  hüququ  məhdudlaşdırılmış  şəxs  tərəfindən nəqliyyat  vasitəsinin  idarə  edilməsinə”  sözləri 
əlavə edilmişdir. 
311 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 

maddə 454) ilə 152.4‐cü maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin yüz qırx mislindən 
yüz səksən mislinədək” sözləri “yüz qırx manatdan yüz səksən manatadək” sözləri ilə əvəz edilmişdir. 
312 
6  noyabr  2007‐ci  il  tarixli  481‐IIIQD  nömrəli  Azərbaycan  Respublikası  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  11,  maddə  1091)  ilə  yeni  məzmunda  152‐1‐ci, 
152‐2‐ci, 152‐3‐cü, 152‐4‐cü və 152‐5‐ci maddələr əlavə edilmişdir. 
313 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə 454) ilə 151‐1.1‐ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin səksən mislindən 
yüz mislinədək” sözləri “səksən manatdan yüz manatadək” sözləri ilə əvəz edilmişdir. 
314 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə  454)  ilə  152‐1.2‐ci  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin  yüz  iyirmi 
mislindən  yüz  əlli  mislinədək”  sözləri  “yüz  iyirmi  manatdan  yüz  əlli  manatadək”  sözləri  ilə  əvəz 
edilmişdir. 
315 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə  454)  ilə  152‐1.4‐cü  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin  yüz  yetmiş 
mislindən  iki  yüz  mislinədək”  sözləri  “yüz  yetmiş  manatdan  iki  yüz  manatadək”  sözləri  ilə  əvəz 
edilmişdir. 
316 
11 fevral 2011-ci il tarixli 66-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 
6 mart 2011-ci il, № 052) ilə 
152–1‐ci, 155‐ci və 156‐cı maddələrin “Qeyd” hissəsi çıxarılmışdır. 
317 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə 454) ilə 152‐2.1‐ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən 
iki yüz mislinədək” sözləri “yüz əlli manatdan iki yüz manatadək” sözləri ilə əvəz edilmişdir. 
318 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə 454) ilə 152‐2.2‐ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən 
üç yüz mislinədək” sözləri “iki yüz manatdan üç yüz manatadək” sözləri ilə əvəz edilmişdir. 
319 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə 454) ilə 153‐2.3‐cü maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən 
dörd yüz mislinədək” sözləri “üç yüz manatdan dörd yüz manatadək” sözləri ilə əvəz edilmişdir. 
320 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə  454)  ilə  152‐3.1‐ci  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin  qırx  mislindən 
altmış mislinədək”, “şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək” və “şərti 
maliyyə  vahidi  məbləğinin  min  beş  yüz  mislindən iki  min  mislinədək”  sözləri  müvafiq olaraq  “qırx 
manatdan altmış manatadək”, “yüz əlli manatdan iki yüz manatadək” və “min beş yüz manatdan iki 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin