346
155.3. Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud
standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat
nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə ‐
347
qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
348
155.4. Bu Məcəllənin 155.1.1‐155.1.6, 155.1.8, 155.2.1‐155.2.3‐cü maddələrində nəzərdə
tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin
yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə ‐
qırx manatdan altmış manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə
etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.
349
155.5. Bu Məcəllənin 155.1.1‐155.1.6, 155.1.8, 155.2.1‐155.2.3‐cü maddələrində nəzərdə
tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə ‐
şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir və
ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.
155.6. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan
istifadə etməsinə görə ‐
əlli manat miqdarında cərimə edilir.
155.7. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan
işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri,
yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin sürətini ölçməyə
maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki
vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə
edilməsinə görə ‐
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmet müsadirə edilməklə qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
350
Qeyd: Bu Məcəllənin 155.3‐cü maddəsində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir.
M a d d ə 1 5 6 . Sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə
edən şəxsin müayinədən boyun qaçırması
Qanunvericiliklə müəyyən edilmiş qaydada sərxoşluq vəziyyətinin yoxlanılması üçün
nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırmasına görə ‐
yetmiş manat miqdarında cərimə edilir.
351
Qeyd: Bu maddədə nəzərdə tutulmuş xəta 5 balla qiymətləndirilir.
M a d d ə
1 5 6 ‐ 1 . Tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat
vasitələrinin idarə edilməsi
352
Qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinədən keçməyən sürücülər
tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə—
on manatdan otuz manatadək miqdarda cərimə edilir.
353
M a d d ə 1 5 7 . Nəqliyyat vasitəsi sahibinin öz mülki məsuliyyətini üçüncü şəxs
qarşısında sığortalamaması
Nəqliyyat vasitəsi sahibinin üçüncü şəxs qarşısında öz mülki məsuliyyətini sığortalamadan
nəqliyyat vasitəsini idarə etməyə görə ‐
şərti maliyyə vahidi məbləğinin beş misli miqdarında cərimə edilir.
354
M a d d ə 1 5 8 . Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması
158.1. Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılmasına, yaxud parklanma
qaydalarının pozulmasına görə ‐
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək cərimə edilir.
355
158.2. Nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və saxlanılması qaydalarının
pozulmasına görə ‐
vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan
yüz əlli manatadək miqdarda cərimə edilir.
356
158.3. Banı zədələnmiş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə ‐
yüz manatdan yüz iyirmi manatadək miqdarda cərimə edilir.
357
M a d d ə 1 5 9 . Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının
pozulması
Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasını görə ‐
fiziki şəxslər yetmiş manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan
beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda
cərimə edilir.
358
O n d ö r d ü n c ü f ə s i l
YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ QAYDALARI ƏLEYHİNƏ
OLAN İNZİBATİ XƏTALAR
M a d d ə 1 6 0 . Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin
edilməsi
Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış
qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində
dəyişikliklərin edilməsinə görə ‐
vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan
yüz iyirmi manatadək miqdarda cərimə edilir.
359
M a d d ə 1 6 1 . Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması
və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması
161.1. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil
yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı,
yenidənqurma
və
ya
təmir
işlərinin
aparılmasına,
yaxud
avtomobil
yollarının
layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə
dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə və ya yollarda təhlükəsiz
hərəkət şəraitinin yaradılmamasına görə ‐
fiziki şəxslər səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz
manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min
manatadək miqdarda cərimə edilir.
360
161.2. Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və
yol nişanlarının quraşdırılmasına görə ‐
fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki
yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda
cərimə edilir.
361
M a d d ə 1 6 2 . Avtomobil yollarının saxlanılması və abadlaşdırılması zamanı yol
hərəkəti təhlükəsizliyi qaydalarının pozulması
Avtomobil yollarının saxlanılması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud
avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə ‐
vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz
əlli manatadək miqdarda cərimə edilir.
362
M a d d ə
1 6 3 . Avtomobil yollarında və təhkim zolağında yol hərəkətinin
təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
163.0. Avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol
hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni:
163.0.1. örtüyü təkmilləşdirilmiş yollarda tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat
vasitələrinin hərəkətinə;
163.0.2. yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, yaxud
tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və qar yığınlarının
yaradılmasına;
163.0.3. yolların hərəkət hissəsində yanacaq‐sürtkü materiallarının, kimyəvi maddələrin,
bitumun axmasının mümkünlüyü ilə bağlı işlərin görülməsinə və ya yük vurulub‐
boşaldılmasına;
163.0.4. yollardan qum və çınqıl çıxarılmasına;
163.0.5. xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta‐şalban
axıdılmasına;
163.0.6. mal‐qaranın otarılmasına;
163.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına, körpülərin altında
qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə;
163.0.8. torpaqların şumlanmasına, yaşıllığın qırılmasına;
363
163.0.9. kütləvi istirahət yerlərinin təşkil edilməsinə;
163.0.10. kanalizasiya, sənaye və çirkli suların axıdılmasına;
163.0.11. yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada
qablaşdırılmadan aparılmasına;
163.0.12. sərnişin daşımalarının marşrutlarının Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırmamasına görə ‐ ;
163.0.13. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və
yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına;
364
163.0.14. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan
avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi
icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili
olmadan hərəkət etməsinə görə ‐
365
M a d d ə
1 6 4 . Avtomobil yollarında və nəzarət edilən zonalarda yol hərəkəti
təhlükəsizliyi qaydalarının pozulması
164.0. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil
yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi
qaydalarının pozulmasına, yəni:
164.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin
saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış
məhdudiyyətlərin piyadaların gediş‐gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə
səbəb olmadığı hallar istisna olmaqla);
164.0.2. geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik
xətlərinin, digər kommunikasiyaların çəkilməsinə;
164.0.3. daimi və müvəqqəti giriş‐çıxış yerlərinin, başqa yollarla birləşmələrin və
kəsişmələrin yaradılmasına;
164.0.4. yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat
vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə;
164.0.5. təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin,
reklam lövhələrinin və transparantların qurulmasına;
164.0.6. dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və
hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və
kanalların yatağının dərinləşdirilməsinə;
164.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə;
164.0.8. təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün
meydançaların,
servis
obyektlərinin,
köşklərin,
pavilyonların,
digər
qurğuların
yerləşdirilməsinə və ticarətin aparılmasına;
164.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə;
164.0.10. tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan
nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə
görə ‐
fiziki şəxslər səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz
manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min
manatadək miqdarda cərimə edilir.
366
M a d d ə
1 6 5 . Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan
edilməsi
Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul
edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa
və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə ‐
fiziki şəxslər qırx manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan
üç yüz manatadək miqdarda, hüquqi şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda
cərimə edilir.
367
M a d d ə 1 6 6 . Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması
166.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat
vasitələrini idarə etməyə görə ‐
üç manatdan beş manatadək miqdarda cərimə edilir.
368
166.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım
göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə
‐
on manatdan on beş manatadək miqdarda cərimə edilir.
369
166.3. Nəqliyyat vasitələri sürücülərinin icbari qaydada tibbi müayinədən, təkrar
müayinədən, həmçinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil
etməməyə görə ‐
vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan
iki yüz manatadək miqdarda cərimə edilir.
370
M a d d ə 1 6 7 . Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulması
Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına görə ‐
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on manatdan iyirmi manatadək miqdarda
cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar altmış manatdan səksən manatadək
miqdarda cərimə edilir.
371
M a d d ə 1 6 8 . İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi
İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə ‐
fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan
səksən manatadək miqdarda, hüquqi şəxslər doxsan manatdan yüz əlli manatadək miqdarda
cərimə edilir.
372
O n b e ş i n c i f ə s i l
RABİTƏ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
M a d d ə 1 6 9 . Dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri
sayılan rabitə vasitələrinin qurulması və istismarı
Qanunvericiliklə
müəyyən
edilmiş
qaydada
dövlət
qeydiyyatından
keçməmiş
elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin və ya teleradio verilişlərinin
yayımı və ötürülməsi üçün istifadə olunan rabitə vasitələrinin və digər texniki vasitələrinin əldə
edilməsinə, qurulmasına və ya istismarına, bu vasitələrin realizə edilməsi qaydalarının
pozulmasına və radioşüalanmanın texniki normalarına riayət edilməməsinə görə ‐
bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya
edilməməklə fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər
yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki əlli yüz
manatadək miqdarda cərimə edilir.
373
M a d d ə 1 7 0 . Müvafiq icazə olmadan rabitə şəbəkələrinə və vasitələrinə qoşulma
Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazə olmadan rabitə şəbəkələrinə və
ya vasitələrinə qoşulmağa görə ‐
bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya
edilməməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış
manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək
miqdarda cərimə edilir.
374
M a d d ə 1 7 1 . Radioelektron, radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların
istehsalı, əldə edilməsi, idxalı, istifadəsi və qeydiyyatı, qaydalarının pozulması
Radioelektron, radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların istehsalına, əldə
edilməsinə, idxalına, istifadəsinə və qeydiyyatına dair qanunla müəyyən edilmiş qaydaların
pozulmasına və ya tezliklərdən bütün təyinatlı radioelektron vasitələrinin və yüksəktezlikli
qurğuların işi üçün istifadə olunmasına və ya teleradio verilişlərinin qəbuluna maneələr
törədilməsinə görə ‐
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan
doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz səksən manatdan iki yüz əlli manatadək
miqdarda cərimə edilir.
375
M a d d ə 1 7 2 . Rabitə vasitələrinin, xətlərinin və qurğularının mühafizə qaydalarının
pozulması
Rabitə vasitələrinin, xətlərinin və qurğularının qanunvericiliklə müəyyən edilmiş mühafizə
qaydalarının pozulmasına və ya rabitə vasitələrinin, xətlərinin və ya kabel qurğularının
zədələnməsinə görə ‐
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan
səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda
cərimə edilir.
376
M a d d ə 1 7 2 ‐ 1 .Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma
377
Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil olmaqla
danışıqlar aparma, zərərçəkmiş şəxsə az miqdarda ziyan vurmaqla törədildikdə ‐
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.
378
Qeyd: Bu maddədə ʺaz miqdardaʺ dedikdə, min manatadək olan məbləğ başa düşülür.
379
M a d d ə 1 7 3 . Poçt markalarının və digər poçt ödəniş nişanlarının buraxılması və ya
yayılması
Poçt ödənişi nişanlarının (poçt markaları, markalı zərf və açıqcalar) və digər poçt ödəniş
nişanlarının və başqa filateliya əşyalarının qanunsuz olaraq buraxılmasına və ya onların nəşri
və dövriyyəsi qaydalarının pozulmasına görə ‐
inzibati xəta törədilməsinə səbəb olmuş poçt ödənişi nişanları və digər poçt ödəniş nişanları
və başqa filateliya əşyaları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iyirmi beş
manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər altmış beş manatdan səksən
manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə
edilir.
380
M a d d ə 1 7 4 . Rabitə xidməti qaydalarının pozulması
Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına,
yəni mövcud standartlara, norma və qaydalara, habelə müqavilə şərtlərinə əməl edilməməsinə
görə ‐
xəbərdarlıq edilir və ya on manatdan otuz manatadək miqdarda cərimə edilir.
381
M a d d ə 1 7 5 . Sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsi
382
Qanunvericiliklə
sertifikatlaşdırılması
tələb
olunan
sertifikatlaşdırılmamış
rabitə
vasitələrindən istifadə edilməsinə və ya onların realizə edilməsinə görə ‐
bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya
edilməməklə fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər
altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz qırx
manatadək miqdarda cərimə edilir.
383
M a d d ə 1 7 6 . Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və
istismarı qaydalarının və normalarının pozulması
Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarının müəyyən
edilmiş qaydalarının və normalarının pozulmasını görə ‐
fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli
manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli
manatadək miqdarda cərimə edilir.
384
M a d d ə 1 7 7 . Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzaların
aradan qaldırılmasına maneçilik törədilməsi
Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın aradan qaldırılmasına
qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən maneçilik törədilməsinə
görə ‐
fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş
manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki əlli yüz
manatadək miqdarda cərimə edilir.
385
M a d d ə 1 7 8 . Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında
müvafiq icazə olmadan işlərin aparılması
Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan
tikinti işlərinin və ya digər işlərin aparılmasına görə ‐
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan
səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda
cərimə edilir.
386
M a d d ə 1 7 9 . Ümumi istifadəli avtomat telefonlarının zədələnməsi
Ümumi istifadəli avtomat telefonlarının zədələnməsinə görə ‐
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.
387
M a d d ə 1 8 0 . Müvafiq icazə olmadan rabitə xidmətlərinin göstərilməsi
Rabitə sistemlərindən, qurğularından və xətlərindən istifadə etməklə qazanc məqsədi ilə
rabitə xidmətlərinin göstərilməsinə və ya rabitə şəbəkələrindən və vasitələrindən bu məqsədlə
istifadə edilməsinə görə ‐
belə xidmətlərin göstərilməsinədə (qoşulmasında) istifadə edilən rabitə avadanlığı müsadirə
edilməklə və ya edilməməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda,
vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki
yüz əlli manatadək miqdarda cərimə edilir.
388
M a d d ə 180‐1. Abonentin identifikasiya modulunun və ya mobil telefon aparatının
Dostları ilə paylaş: |