Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 1, maddə 5) ilə 375.6-cı maddədə “hüquq məsləhətxanası və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hüquqi yardımın göstərilməsi fəaliyyəti ilə məşğul olan digər təşkilat” sözləri “vəkil qurumları” sözləri ilə əvəz edilmişdir.
dcclx[760] 27 dekabr 2001-ci il tarixli 240-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 1, maddə 9) ilə 376.1-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
376.1. İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurları üzündən özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində, habelə inzibati tənbeh növü kimi inzibati həbsin tətbiqini nəzərdə tutan inzibati xəta törətmiş şəxslərin işlərində vəkilin iştirakı məcburidir.