Aptek-reseptlə dərman hazirlayan hazir dərman və digər tibbi mallar saxlayan və satişi ilə məşgul olan müəssədir
Əczaçılıq fəaliyyəti - dərman vasitələrinin elmi axtarışı, hazırlanması, sınaqdan çıxarılması, istehsalı, keyfiyyətinə nəzarət, əldə edilməsi, saxlanması, yayılması və satışı, dərman xammalının toplanması və tədarükü ilə bağlı fəaliyyət növüdür.
Dərman vasitələri — xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik müxtəlif mənşəli (bitki, heyvan, sintetik, mineral, biotexnoloji) maddələr, xammal və onların dərman formalarıdır.
Farmakoloji vasitələr — klinik tədqiqatın obyekti olan, farmakoloji fəallığı müəyyən edilmiş dərman formasında maddələr və ya maddələrin qarışığıdır; "aptek təşkilatları" — apteklər, aptek anbarları, aptek məntəqələri, aptek köşkləridir.