I FƏSİL
HƏSƏN BƏY RUMLUNUN HƏYATI VƏ
ONUN “ƏHSƏNÜT-TƏVARİX” ƏSƏRİ
Azərbaycanın tarixçisi Həsən bəy Rumlunun həyatı haqqında məlumat
olduqca azdır. ―Əhsənüt-təvarix‖ və onun müəllifinin fəaliyyəti ilə B.A. Dorn [105,
227 - 278], V.Xanıkov [104, 26], Ç.Riyö [117, 36 - 37], Ç.N. Seddon [120, 307 -
313], V.Minorski [111, 449 - 455], Ç.A. Stori [121, 306 - 308], Məhəmməd
Möhsün [100, 287], A.A. Romaskeviç [42, 8 - 10], İ.P. Petruşevski [39, 27 – 30;
40, 249], M. Abidova [25,5], M.X. Nemətova [10, 62], O.Ə. Əfəndiyev [52, 17 -
18], C. İbrahimov [30, 9], S. Nəfisi [85, 223 - 224], Ə. Hayeri [86, 1069] kimi
onlarca şərqşünas alim maraqlanmış və fikirlər söyləməyə çalışmışlarsa da, özü
barədə müəllifin yazdıqlarından əlavə bir şey əldə edə bilməmişlər. Lakin Həsən
bəy Rumlunun tərcümeyi-halını ətraflı işıqlandırmağa səy edən İran tədqiqatçısı
Ə.H. Nəvayinin ―Əhsənüt-təvarix‖in Tehran nəşrinə yazdığı ―Müqəddimə‖
xüsusilə qeyd olunmalıdır [66, 13 - 32].
İstər Həsən bəy Rumludan əvvəl, istərsədə sonra yaşamış bir sıra orta əsr
tarixçiləri, o cümlədən də ―Əhsənüt-təvarix‖ əsərinin müəllifi barədə ətraflı
məlumatın olmaması heç də təəccüb doğurmamalıdır, çünki o dövrün
ədəbiyyatında əsasən hökmdarların həyatı qələmə alınır, fəaliyyəti hərtərəfli
işıqlandırılırdı. Məhz bu səbəbdən də, başqaları haqqında cildlərlə əsər yaradan bir
6
çox tarixçinin tərcümeyi-halı kölgədə qalır, onlar haqqında yalnız kiçik qeydlər
edilirdi.
Azərbaycanın rumlu qəbiləsindən olan və sonralar bu qəbilənin adı ilə
tanınan Həsən bəy Rumlu hicri 937-ci ildə (1530/31) Qum şəhərində anadan
olmuşdur [65, 238]
2
. O, ehtimal ki, hələ kiçik ikən atasını itirmişdir. Müəllif
əsərinin heç bir yerində atasının kimliyi, onun cəmiyyətdəki mövqeyi və s.
cəhətləri barədə danışmamış, ancaq dəfələrlə babası Əmir sultan Rumlunu
xatırlamışdır. Belə ki, 943 (1536/37)-cü ildə I Şah Təhmasibin (hakimiyyət illəri:
1524 – 1576) fərmanı ilə Gilana hakim təyin edilən Bəhram Mirzə (I Şah
Təhmasibin kiçik qardaşı) gilanlıların ona qarşı müxalifəti nəticəsində məğlub
olaraq Qəzvinə gəldiyi vaxt Həsən bəy Rumlu öz anası ilə ―Əmir sultan Rumlunun
əcdadına tiyul
3
‖ kimi verilən həmin şəhərdə yaşayırdı [65, 278]. Əgər o zamanlar
öz yaşlı Həsənin atası sağ olsaydı, oğlu onu xatırlar və sonralar qələmə alacağı
salnamədə adını çəkərdi. Şahzadə Bəhram Mirzənin Qəzvində öz ailəsi tərəfindən
qarşılanması barədə Həsən bəy Rumlu belə yazmışdır: ―Bu sətirlərin müəllifi
Həsən bəy Rumlu o vaxtlarda Qəzvində idi... Anamla onu qarşıladıq və şahanə
çadırlar, pul, yaxşı atlar və qiymətli mallar verdik‖ [65, 278]. Həsən bəy ailəsinin
səfəvi şahzadəsinə verdiyi zəngin əşyalara bu nəslin varlı təbəqəsinə mənsub
olduğunu göstərir.
946 (1539\40)-cı ildə Həsən bəy Rumlunun həmişə adı ilə fəxr etdiyi
babası vəfat etdi [65, 278]. O, vaxt hələ yeniyetmə olan gələcək qorçi (xüsusi şah
alayının döyüçşüsü) və tarixçi, Əmir sultan Rumlunun vəfatına qədər heç bir
mülki, ya hərbi xidmətdə olmamış, baba və anasının himayəsində yaşamışdı.
Babasının ölümü isə onun sakit həyatında mühüm dəyişiklik yaratdı və o, özünün
dediyi kimi, ―qorçilik möhnətinə giriftar oldu‖ [65, 295].
Gənc Həsən bəyin hərbi xidmətdə keçirdiyi iki ildə elə bir mühüm hadisə
olmamış və onun bu vaxt ərzində fəaliyyəti əsərdə xatırlanmamışdır, lakin 948
(1541/42)-ci ildə I Şah Təhmasibin qorçiləri sırasında o, səfəvi qoşununa tabe
olmaqdan
boyun
qaçıran
Xuzistan
valisi
Əlaüddövlə
İsmayılın
cəzalandırılmasından ötrü Dizful şəhərinə tərəf hərəkət etmiş və 980 (1572/73)-ci
ilədək səfərlərdə ―əzəmətli ordu ilə getmiş və hadisələrin çoxunu şəxsən müşahidə
etmişdir‖ [65, 301].
I Şah Təhmasib hərbi səfərlərini davam etdirdikcə Həsən bəy Rumlu da
onu müşayiət edir, qorçilər sırasında döyüşürdü. 953 (1546/47)-cü ilin qışında I
Şah Təhmasib Gürcüstana hücum etmək fikrinə düşdü. Həsən bəy Rumlunun
göstərdiyi birinci igidliklə bu yürüş vaxtı tanış oluruq. ―O vaxt Əmir sultan
Rumlunun nəvəsi Həsən bir dəstə rumlu və çəpəni (tayfa adıdır – Ş. F) qorçiləri ilə
2
Ç.N. Seddon, Ç.A. Stori, İ.P. Petruşevski və O.Ə Əfəndiyev yuxarıda adları çəkilən əsərlərində Həsən
bəy Rumlunun h. 938-ci ildə doğulduğunu qeyd etmişlər. Halbuki müəllifin özü h. 937-ci ildə
doğulduğunu bildirmişdir.
3
Bu qeyri-irsi feodal torpaq mülkiyyəti forması haqqında aşağıda məlumat veriləcəkdir.
7
amansız kəbrlər dəstəsinə düçar oldu. Bu həqir
4
Şahqulu adlı bir çəpəni qorçi ilə
hücum etdi. Onları dağıdıb bir hissəsini yaraladıq və öldürdük. Bir neçə əsir tutub
qayıtdıq‖ [65, 316].
Həsən bəy Rumlunun göstərdiyi ikinci hünər bu hadisədən 4 il sonra baş
vermişdir. 957 (1550/51)-ci ildə Kürdüstanın Şəhrizur şəhərinin valisi Bəgə
Ərdalan bir dəstə döyüşçü ilə qızılbaşların əlində olan Sürxab qalasının yaxınlığına
gəlib çıxmışdır. Bunu eşidən I Şah Təhmasib Bəgənin üstünə qoşun yollayır.
―Əhsənüt-təvarix‖də oxuyuruq: ―O gün bu sətirlərin müəllifi olan Həsən Rumlu
Zülm (?) qalasına yaxın olan bir təpədə bir dəstə kürdlə vuruşdu... Bir kürd...
Şahverdi bəyi tutmaq istədikdə, bu həqirin yoldaşı Hüseynqulu xəlifə fəryad etdi:
―Ey cavanlar, ya döyüşün, ya da qadın paltarı geyinin‖. Ancaq onlar elə
qorxmuşdular ki, atlardan düşüb, özlərini yüz məşəqqətlə dağdan atdılar. Bu fəqir
Hüseynqulu xəlifə ilə hücuma keçərək kürdləri dağıtdı və Şahverdi bəyi ata
mindirib geri qayıtdı. Qorçiləri təqib etməkdə olan 40 nəfər kürdlə vuruşa-vuruşa
aradan çıxdıq [65, 345 - 346]‖.
―Əhsənüt-təvarix‖ salnaməsini yüksək qiymətləndirən tarixçi İsgəndər bəy
Münşi Hindistan padşahı Hümayunun (hakimiyyət illəri: 1530 - 1555) 951
(1544/45)-ci ildə səfəvi sarayına gələrək, I Şah Təhmasibə qiymətli hədiyyələr
təqdim etdiyi vaxt Həsən bəy Rumlunun da həmin məclisdə iştirak etdiyini bildirir
[59, 99], lakin bizim müəllif nədənsə bu məclisdəki iştirakı barədə məlumat
verməmişdir.
―Əhsənüt-təvarix‖dən məlum olur ki, Həsən bəy Rumlu elm öyrənməklə
də məşğul olmuşdur: ―Bu sətirlərin müəllifi o böyük şəxsin (Mövlana ƏbülHəsənin
– Ş. F) hüzurunda təcrid elmini öyrəndi‖ [65, 411]. Həsən bəy Rumlu alim
Cəmaləddin Mahmud Şirazinin yanında bədii sənətin bir sahəsi olan şəmsiyyəni
öyrəndiyini də xatırlamışdır [65, 142].
I Şah Təhmasibin vəfatına qədər sarayda yaşayıb, öz əsərini yazmaqla
məşğul olan müəllif, səfəvi şahları tarixində ən qəddar bir şahın – II Şah İsmayılın
hökmranlığı zamanı (1576 – 1577) baş verən hadisələri kənardan izləmiş,
salnamənin davamı üçün məlumat toplamış və II Şah İsmayılın öldürülməsindən
bir qədər əvvəl 985 (1577)-ci il hadisələrini də qələmə almışdır.
Həsən bəy Rumlu öz çoxcildli əsərinin sonuncu cildini İsmayıl Mirzəyə
(II Şah İsmayıla) ithaf etmişdir. Bu haqda onun belə bir qeydi vardır: ―Bu pərişan
kəlmələrin müəllifi... Həsən bu cildi də gənc şahzadə İsmayıl Mirzənin adına
yazmışdır‖ [65, 1].
Ə. Nəvayi Həsən bəy Rumlunun II Şah İsmayılın tərəfdarı olduğunu
bildirir [66, 18, 20], lakin Həsən bəyin özü bu haqda susmuşdur. II Şah İsmayıl
dövründə bizim tarixçinin Səfəvi dövlətinin paytaxtı Qəzvində yaşayıb-
yaşamaması da müəyyən deyildir.
4
Əsərdə ara-sıra təsadüf olunan ―bu həqir, bu fəqir‖ ifadələri müəllifin özünə aiddir.
8
I Şah Təhmasibin vəfatından sonra Həsən bəy Rumlu doğulduğu Qum
şəhərinə gedir. Onun harada qaldığı müddət barədə dəqiq məlumat yoxdur. Yalnız
985 (1577)-ci ildə taxta əyləşməkdən ötrü Qəzvinə gedən Məhəmməd
Xudabəndənin hüzuruna gələn müəllifin şah tərəfindən hörmətlə qarşılanması və
―şaha yaxın adamlar‖ zümrəsinə daxil edilməsi məlumdur [65, 500].
Yuxarıda qeyd olunduğu kimi, ―Əhsənüt-təvarix‖dəki hadisələrin təsviri
985 (1577/78)-ci ili də əhatə etdikdən sonra qırılır və əsər natamam qalır. Təəssüf
ki, Həsən bəy Rumlunun nə qədər yaşaması və salnaməni nə səbəbə tamamlaya
bilməməsi barədə hələlik heç bir məlumat yoxdur.
―Əhsənüt-təvarix‖dən bəhs edərkən, hər şeydən əvvəl, onun cildərinin
miqdarı haqqında danışmaq lazımdır. Bu məsələ xüsusunda bir neçə fikir vardır:
1.
Əsər 12 cilddən ibarət olmuşdur.
2.
Əsər 12 cilddən ibarətdir və sonuncu 11-ci cilddir.
3.
Əsər 10 cilddə (yaxud hissədə) qələmə alınmışdır.
Birinci fikrin tərəfdarları sırasında İ.P. Petruşevski [39, 28], M. Abidova
[25,5], M.X. Nemətova [10, 62], O.Ə. Əfəndiyev [52, 17], . C.M. İbrahimov
[30,9], S.B. Aşurbəyli [27, 8], S.M. Onullahi [11, 36] istifadə etmiş olduqları
cildlərin XI və XIII cildlər olduğunu göstərmişlər. İranda nəşr olunan ―Rahnoma-
ye ketab‖ məcəlləsində də ―Əhsənüt-təvarix‖in Ç.N. Seddon tərəfindən edilən
nəşrinin XII cild olması və əsərin XI cildinin 1349-cu ildə (1970) Tehranda çap
etdirilməsinə dair məlumat dərc olunmuşdur [70, 179]. Lakin salnamənin cildləri
haqqında birinci fikri sübuta yetirən dəlilə istər onun Leninqraddakı əlyazma
nüsxəsində, istərsə də Ç.N. Seddon nəşrində təsadüf olunmur, əksinə, Həsən bəy
Rumlu I Şah İsmayılın həyat və fəaliyyətinin təsvirinə başlayarkən, qələmə aldığı
cildin X cild olduğunu göstərmişdir ki, bu barədə bir qədər sonra danışılacaqdır.
Bəs nəyə əsasən tədqiqatçıların əksəriyyəti ―Əhsənüt-təvarix‖in əldə olan cildlərini
XI və XII cildlər olduğunu söyləmişlər?
Məlumdur ki, sovet alimlərindən ilk dəfə İ.P. Petruşevski bu salnamənin
12 cild olduğunu bildirmiş, lakin fikrini əsaslandırmamışdır. O, həmçinin bizimdə
istifadə etdiyimiz ―Əhsənüt-təvarix‖in Leninqrad əlyazma nüsxəsinə və əsərin Ç.N.
Seddon nəşrinə müraciət etmişdir, lakin onun fikrini təsdiq edə biləcək məlumat
həmin nüsxələrin heç birində yoxdur. Ehtimal ki, İ.P. Petruşevskidən sonra
―Əhsənüt-təvarix‖ə müraciət edən tədqiqatçılar da onun fikrini əsas tutaraq, əsərin
12 cilddə yazıldığını göstərmişlər.
―Əhsənüt-təvarix‖ əsərinin cildləri barədə söylənən ikinci fikir M.İ.
Şəmsinindir. O yazır: ―Əsər 12 cilddən ibarətdir. Lakin onun yalnız 10 və 11-ci
cildləri dövrümüzə qədər gəlib çatmışdır‖ [24, 9]. Həsən bəy Rumlu və ―Əhsənüt-
təvarix‖ əsəri haqqında olan müxtəlif mənbə və tədqiqat əsərləri araşdırılarkən, biz
heç yerdə M.İ. Şəmskinin bu fikrini təsdiq edə biləcək fakta rast gəlmədik. M.İ.
Şəmsi sözünə davam edərək yazır: ―Əhsənüt-təvarix‖ kitabı 1931 – 1934-cü illərdə
Çarlz Seddon tərəfindən tərtib edilərək iki cilddən ibarət çap olunmuşdur. 1495 –
9
1577-ci illər hadisələrindən bəhs edən 2-ci cilddə Kürdüstan tarixi haqqında daha
ətraflı məlumat verildiyi üçün tədqiqat işimizdə, əsasən, həmin cilddən istifadə
etmişik [24, 9]. Onun dediyindən belə çıxır ki, Ç.N. Seddon əsərin hər iki cildini
çap etdirmişdir. Ancaq məlum olduğu kimi, bu belə deyildir. Salnamənin yalnız bir
cildi Ç.N. Seddon tərəfindən nəşr etdirilmişdir. M.İ. Şəmsinin 2-ci cild kimi
qələmə verdiyi kitab isə, əsərin Ç.N. Seddon nəşrinin ingilis dilinə müxtəsər
tərcüməsidir.
―Əhsənüt-təvarix‖in cildləri haqqında irəli sürülmüş üçüncü fikir isə A.A.
Romaskeviçə məxsusdur. O, əsərin Leninqrad əlyazma nüsxəsinə əsasən məlum
cildlərin XI və XII yox, IX və X cildlər olduğunu bildirmişdir [42, 8]. Doğrudur,
bu barədə ondan çox-çox əvvəl B.A. Dorn məlumat vermişdir, lakin o onları IX və
X cildlər deyil, hissələr kimi göstərmişdir [105, 277].
Beləliklə, ―Əhsənüt-təvarix‖ əsərinin Leninqrad əlyazma nüsxəsinə
əsasən, demək olar ki, bu salnamə 10 cilddə yazılmışdır. Belə ki, Həsən bəy Rumlu
əsərin X cildinin əvvəlində üzərində işlədiyi cildin X cild olduğunu bildirərək
yazır: ―Əhsənüt-təvarix‖in X cildində Şah İsmayılın dövləti idarə etmək istəməsi...
barədə yazılmışdır‖ [64, 117].
Əgər aralarında olan bəzi kiçik fərqləri nəzərə almasaq, görmək olar ki,
―Əhsənüt-təvarix‖in Ç.N. Seddon tərəfindən nəşr edilən mətni Leninqrad əlyazma
nüsxəsinin müvafiq cildinin eynidir, lakin bu nəşrdə əsərin əlyazma nüsxəsində
olan ―X cild‖ sözü yazılmadığından onun neçənci cild olduğu göstərilməmişdir.
V. F. Minorski ―Əhsənüt-təvarix‖in Ç.N. Seddon nəşrindən üç il sonra
həmin nəşr haqqında rəy yazmış və naşirin bu sahədə etdiyi xidməti yüksək
qiymətləndirmişdir, lakin tədqiqatçı salnamənin başqa əlyazma nüsxələrindən
istifadə etmədiyindən əsərin neçə cild olması xüsusda fikir söyləməmişdir [110,
449 - 457]. Ç.N. Seddonun özü də ―Əhsənüt-təvarix‖in əvvəlki cildləri barədə söz
açmasına baxmayaraq, nəşr etdiyi cildin neçənci olduğunu bildirməmişdir [120,
311]. Elə buna görə də, alman şərqşünası V. Hins II Şah İsmayılın həyatına həsr
etdiyi monoqrafiyada əsas mənbələrdən biri kimi istifadə etdiyi ―Əhsənüt-
təvarix‖in (Ç.N. Seddonun nəşrinin) neçənci cild olmasını göstərməmişdir [108].
E. Qlasen isə Qazi Əhməd Quminin ―Xülasətüt-təvarix‖ (―Tarixçilərin xülasəsi‖)
kitabı əsasında qələmə aldığı tədqiqat əsərində ―Əhsənüt-təvarix‖in son cildlərinin
XI və XII cildlər olduğunu bildirmişdir [108, 17]. İngilis tədqiqatçısı Ç.A. Stori də
birinci fikrin tərəfdarları sırasındadır [121, 306]. ―Əhsənüt-təvarix‖ əsərinin
cildlərinin miqdarı və əlimizdə olan cildlərin neçənci olduğu barədə birinci fikrin
tərəfdarları çoxluq təşkil edirlərsə də, Həsən bəy Rumlunun yaşadığı dövrdən az
sonra üzü köçürülən [42, 8] salnamənin Leninqrad nüsxəsindəki həmin cümlə
əlimizdə sanballı bir sübut olduğundan, biz də əsərin cəmi 10 cilddə yazıldığı
fikrinin tərəfdarıyıq.
―Əhsənüt-təvarix‖ in son IX və X cildlərindən başqa yazılmış ilk cildlərin
taleyi barədə hələlik heç bir məlumat yoxdur, lakin dövrümüzə gəlib çatmayan
10
həmin cildlərin bəziləri haqqında müəllifin özü, yeri gəldikcə, məlumat verir. O,
salnamənin X cildinin sonunda bir çox vilayətlərin təfsilatını əsərin əvvəlki
cildlərində qələmə aldığını göstərmişdir [65, 460]. Bundan başqa, müəllif VI cild
haqqında yalnız bir yerdə məlumat vermiş [65, 141], VII cildi isə iki dəfə
xatırlatmışdır [65, 141, 495]. Əsərin VI cildi haqqında Həsən bəy Rumlunun
verdiyi məlumat belədir: ―VI cilddə yazıldığı kimi, onun əlini kəsdikləri üçün
(xəttatlığı) öz qızına öyrətdi‖ [65, 141]. Bu cümlədə haqqında danışılan şəxs
məşhur xəttat İbn Müqlədir. Onun yaşadığı illəri müəyyən etməklə ―Əhsənüt-
təvarix‖in VI cildinin təxminən hansı dövrü əhatə etmiş olduğunu söyləmək olar.
Əgər İbn Müqlənin 272 (885/86)-cı ildə təvəllüdünü və 328 (939/40)-ci ildə
öldüyünü nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, əsərin VI cildi 10 və 11-ci
əsrlərin müəyyən illərini əhatə edibmiş.
Əsərinin VII cildini isə Həsən bəy Rumlu belə xatırladır: 1. ―Ondan sonra
Abbasi xəlifəsi Müstəsimin qulu Yaqut (xəttat) oldu. Onun haqqında da VII cilddə
yazılmışdır‖ [65, 141]. 2. ―Nadir hadisələrdəndir ki, Misir padşahı İsmayıl ibn
Hafizəddinüllah da özünün Nəsir adlı bir cavan (oğlanı) tərəfindən bu cür
öldürüldü. Onun haqqında VII cilddə təfsilatı ilə yazılmışdır‖ [65, 495]. Həsən bəy
Rumlunun birinci cümlədə işarə etdiyi şəxs xəttat Yaqur Qulamdır. O, Qazan xanın
hakimiyyəti dövründə (1295 – 1304) yaşı yüzü ötdükdən sonra vəfat etmişdir [14,
48]. Bu xəttatın yaşadığı illərə əsasən VII cilddə 12 və 13-cü əsr hadisələrinin
işıqlandırıldığı təxmin edilə bilər.
Əgər salnamənin VI cildinin 10, 11, VII cildinin isə 12, 13-cü əsrləri əhatə
etdiyini nəzərdə tutsaq, bu qənaətə gəlmək olar ki, VIII cild XIV əsrlə bağlı
olmuşdur. IX əsrin 15, X cildinsə 16-cı əsrə aid olduğu məlumdur. Bunlardan bir
daha təsdiq edilir ki, Həsən bəy Rumlu salnaməni 12 yox, 10 cilddə yazmışdır.
―Əhsənüt-təvarix‖in əvvəlki cildlərinin bir zamanlar mövcud olmasının
müəllifdən başqa heç kim tərəfindən göstərilməməsi və habelə onların dövrümüzə
gəlib çatmaması həmin cildlərin bir vaxtlar həqiqətən də mövcudluğu fikrinə qarşı
şübhə oyatmamalıdır, çünki göstərdiyimiz kimi, Həsən bəy Rumlu əsərinin əvvəlki
cildləri haqqında elə inamla məlumat vermişdir ki, ona inanmamaq üçün əlimizdə
heç bir əsas yoxdur.
Şərqşünas alimlərdən F. Tauer [66, 26] və F. Sümer [56, müqəddimə] isə
―Əhsənüt-təvarix‖in son iki cildindən əlavə qələmə alındığı güman edilən əvvəlki
cildləri barədə öz fikirlərini bildirərək bunların əslində yazılmadığını söyləmişlər.
Çoxcildli bir salnamə kimi yazılan ―Əhsənüt-təvarix‖ barədə düşünərkən,
həqiqətən də, qarşıya belə bir sual çıxmaya bilməz: Əgər salnamənin əvvəlki 8
cildi, doğrudan da, bir zamanlar mövcud olmuşdursa, nə üçün həmin cildlər
müəllifdən başqa heç bir orta əsr tarixçisi tərəfindən xatırlanmamışdır?
Məlumdur ki, tarixi əsərin qiyməti onun yazıçı yaşayan dövr hadisələrini
əks etdirən ilkin mənbə olmasındadır. Məsələyə bu baxımdan yanaşdıqda,
―Əhsənüt-təvarix‖ əsərinin yalnız X cildi dövrün ilk mənbəyi sayıla bilər, çünki
11
həmin cilddə öz təsvirini tapan hadisələr müəllifin öz dövrünün və nisbətən ona
yaxın olan dövrün hadisələridir. Əsərin əvvəlki cildlərinin bizim dövrə kimi
çatmamasının səbəbi bizim fikrimizcə, həmin cildlərdə qələmə alınmış hadisələrin
―Mətləüs-sədeyn və məcməül-bəhreyn‖ [80], ―Kitab-i Diyar-bəkriyyə‖ [56],
―Rövzətüs-səfa‖ [95], ―Həbibüs-siyər‖ [84] və başqa əsərlərdən əxz
edilməsindədir. Ç.N. Seddon hələ 1927-ci ildə ―Əhsənüt-təvarix‖in əvvəlki
cildlərinin həqiqətən də yazılmış olduğunu göstərmişdir [120, 311]. Ə. Nəvayi də
―Mən inanmıram ki, Həsən Rumlu əvvəlki cildləri yazmamış olsun, çünki onun
özü kitabının əvvəlki cildləri barədə məlumat vermişdir‖ [66, 27] fikrini söyləyib,
əvvəlki cildlərin də bir vaxtlar mövcud olduğunu ehtimal etmişdir.
Həsən bəy Rumlu özündən əvvəlki dövr hadisələrini əks etdirən tarixi
əsərlərdən kor-koranə istifadə etməmiş, yeri gəldikcə, onların bəzisinə düzəlişlər
vermiş, hadisələrin yazılışı zamanı dəqiqliyə riayət olunmasını arzulamışdır. Məs.,
―Həbibüs-siyər‖ əsərinə tənqidi yanaşan Həsən bəy Rumlu 913 (1507/08)-cü ildə I
Şah İsmayılın ona düşmən olan Əlaüddövlə Zülqədər üzərinə etdiyi yürüş vaxtı
onların arasında üç gün döyüş getdiyini yazan Xandəmirin məlumatını [84, 489 –
490] təkzib etmiş, döyüşün Əlaüddövlə ilə yox, onun oğlu Sarı Qaplanla (Qasımla)
baş verdiyini bildirmişdir [65, 94].
Yeri gəlmişkən qeyd edək ki, İskəndər Münşi də bu məsələdən bəhs
etmiş, Xandəmir və Həsən bəy Rumlunun bu xüsusda verdikləri məlumatları
araşdırmış və döyüşün Əlaüddövlə Zülqədərlə deyil, onun oğlu ilə I Şah İsmayıl
arasında baş verdiyini bildirmiş, Həsən bəy Rumlunun fikrini qəbul etmişdir [59,
32].
―Həbibüs-siyər‖i ―faydalı kitab‖ adlandıran bizim müəllif [65, 161] eyni
zamanda ondakı bəzi səhvlərə də laqeyd qala bilmir. O, Xandəmirin başqa bir
səhvini də tutaraq, osmanlı sultanı Səlim ilə Misir padşahı Sultan Qansu arasında
921 (1514/15)-ci ildə olmuş döyüşün nəticəsini belə şərh edir: ―Sultan Qansu
vəziyyəti belə görüb, döyüşdən əl çəkərək, qaçmağa doğru üz tutdu. Rumiyyə
(osmanlılar – Ş.F) onları izləyib, böyük bir dəstəni məhv etdi. Döyüş meydanında
Sultan Qansunun meyidini tapdılar... Qəribədir, faydalı ―Həbibüs-siyər‖ kitabının
müəllifi yazmışdır ki, Sultan Qansu təbii ölümlə öldü və Sultan Səlim o diyarı
döyüşsüz aldı. Ancaq bu sətirlərin müəllifi Həsən Rumlu, həmin döyüşdə olan on
nəfərdən çox igidlə görüşərək, onlardan döyüşün şərhini xəbər almışdır. (Hadisə)
biz yazdığımız kimidir‖ [65, 161 - 162].
Böyük bir kitab yazan tarixçinin bəzi hallarda səhvə yol verməsi
mümkündür. Bizim müəllifi narahat edən əsla bu deyildir. Onun narahatlığına
səbəb Xandəmirin özünün yaşadığı və bilavasitə şahidi olduğu dövr hadisələrində
müəyyən diqqətsizliyə yol verməsidir. Həsən bəy Rumlu yuxarıda göstərilən hər
iki misalda məhz o dövrdə yaşadığı halda bəzi hadisələri səhv izah etdiyi üçün
Xandəmiri tənqid etmişdir [65, 161]. Beləliklə, bir daha aydın olur ki, Həsən bəy
12
Rumlu əsərini yazarkən dəqiq olmağa çalışmış, eyni zamanda başqa tarixçilərin
əsərlərinə də tələbkarlıqla yanaşmışdır.
―Əhsənüt-təvarix‖də müəllifin başqa bir düzəlişinə də rast gəlirik. Həsən
bəy Rumlu bəzi tarixçilərin ağqoyunlu padşahı Uzun Həsənin (hakimiyyət illəri:
1453 – 1478) qardaşı oğlu Murad bəyin adını səhvən Yusif bəy yazdıqlarını
göstərmişdir [64, 166a].
Salnaməni mütaliə etdikcə əsərini yazarkən Həsən bəy Rumlunun həm
tarixi kitablara müraciət etdiyini, həm də bir sıra hadisələrin şahidləri ilə görüşüb
söhbət etdiyini aydınlaşdırmış oluruq. Müəllif əsərdə tez-tez belə qeydlər edir: ―Bu
sətirlərin müəllifi bəzi adamlardan eşitdi ki, ... [64, 140b]. ―Bu sətirlərin müəllifi
həmin sülalədən 6 nəfər tapdı‖ [64, 128a], ―Tarix kitablarında o tayfadan 4 nəfər
tapdıq‖ [65, 156], ―Doğru danışan adamlar deyirlər ki...‖ [65, 284 - 285], ―Bəziləri
bu əhvalatı belə danışıblar ki...‖ [65, 28] və s. Bunlar bir daha sübut edir ki,
―Əhsənüt-təvarix‖ əsəri Həsən bəy Rumlunun gərgin əməyi və ciddi axtarışları
sayəsində yaranmışdır.
Salnamənin faydalı cəhətlərindən biri də onun məşhur dövlət xadimləri,
tarixçilər, şairlər, alimlər və başqa görkəmli şəxslər haqqında məlumat
verməsindədir. Əsərdə Azərbaycan şairlərindən İmadəddin Nəsimi [66, 210 - 211],
Cahanşah Həqiqi [64, 168b], Ziya Ordubadi [65, 14] və başqa görkəmli simalar
barədə fikir söylənilmiş, onların yaradıcılıqlarından bəzi nümunələr gətirilmişdir.
Bunlara baxmayaraq, ―Əhsənüt-təvarix‖ müəllifinin I Şah İsmayılın şair olması
haqqında fikir deməməsi təəccüb doğurmaya bilməz. Zənnimizcə, I Şah İsmayıl
kimi məşhur bir hökmdar və sərkərdənin şairliyini göstərmək və onun döyüş
məharəti əvəzinə şeryazma qabiliyyətini tərifləmək Həsən bəy Rumlunun
məqsədinə uyğun olmamış və o, bu barədə susmuşdur. Bundan əlavə, ola bilsin ki,
şan-şöhrətli bir şahın həmin dövrdə adi şairlər kimi şer yazması şahlıq şəninə
yaraşmayan bir əməl sayılmış və ―Əhsənüt-təvarix‖ müəllifi tərəfindən
qiymətləndirilməmişdir.
XV əsr Azərbaycan hökmdarı və şairi Cahanşah Həqiqi haqqında
salnamədə geniş məlumat vardır
5
. Qaraqoyunlu padşahı Cahanşahın siyasi
fəaliyyətini öyrəndikcə və şair Həqiqinin şerlərini mütaliə etdikcə, şah Cahanşahla
şair Cahanşah arasındakı fərqin nə qədər böyük olduğu nəzərə çarpır. Cahanşah
apardığı döyüşlərdə onlarla şəhəri viran qoymuş, ―böyük kiçiyi, qoca cavanı qətl
etmişdir‖ [64, 196a]. Onun şəxsiyyəti barədə Həsən bəy Rumlu belə yazır:
―Sitəmkar, başkəsən, zalım, firon xasiyyətli və eyş-işrətə mail bir padşah idi‖ [64,
196a]. Cahanşah haqqında Dövlətşah Səmərqəndinin də belə bir qeydi vardır:
―Etibarsız və pis xasiyyətli bir adam idi. Sərdarları hər bir bəhanə ilə həbs edirdi və
5
Cahanşah Həqiqinin Azərbaycan dilində yazdığı qəzəl və rübailər bir neçə il bundan əvvəl çapdan
çıxmışdır [23].
13
onun həbsi əbədi zindan demək idi‖ [73, 547]. Mir Yəhya Qəzvini də Cahanşahın
etimadsız, bədxasiyyət, pis əməllərə mail şəxs olduğunu göstərir [96, 122a]
6
.
―Əhsənüt-təvarix‖ əsərində xətt və xəttatlar haqqında da maraqlı qeydlər
vardır [65, 140 - 142]. Məşhur xətttatlar sırasında Azərbaycan xəttatı Mir Əli
Təbrizinin də adını çəkmiş və onun haqqında nisbətən geniş məlumat vermişdir
[65, 142].
Salnamədə o zaman müəllifə məlum olan gəmi növləri haqqında da
yazılmışdır [65, 37 - 38]. Tüfəngin Avropada icad olunduğunu bildirən Həsən bəy
Rumlunun mülahizələri maraq kəsb edir [64, 266b].
Qeyd etmək lazımdır ki, salnamə yazılarkən bəzi məkan adları müəllif
tərəfindən dəqiq müəyyənləşdirilmədiyindən sətirlərdə bəzən ad yerinə nöqtələr
qoyulmuş və sonradan həmin yerlər doldurulmamışdır [65, 382, 414, 494].
Bununla, Həsən bəy Runlunun dəqiqliyə riayət etdiyi bir daha nəzəri cəlb edir.
Beləliklə, dövrün feodal sinfinə mənsub olan Həsən bəy Rumlunun
tərcümeyi-halı və onun tarixi irsinin bütövlükdə öyrənilməsi bir zərurət kimi
qarşıya çıxmışdır, çünki ―Əhsənüt-təvarix‖ əsərində təsvir edilən ictimai-iqtisadi
və siyasi tarix məsələləri əhəmiyyətli olduğu vıə Azərbaycan tarixçisinin
qələmindən çıxdığı üçün olduqca səciyyəvidir.
Dostları ilə paylaş: |