Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi


 WINDOWS əməliyyat sisteminin fayl sistemi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə35/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   31   32   33   34   35   36   37   38   ...   54
14. WINDOWS əməliyyat sisteminin fayl sistemi 
WINDOWS-un fayl sistemi qovluqlar üzərində qurulmuşdur. Bu iyerarxik bir 
quruluşdur, ağacvari quruluş da demək olar. Sürücünü bir ağacın gövdəsi kimi təsvir etsək, 
qovluqları bu gövdəyə birləşmiş budaqlar hesab etmək olar. Qovluqların daxilində başqa 
qovluqlar (budağa birləşən nazik budaqlar kimi) və fayllar da (budaqlardakı yarpaqlar kimi) 
ola bilər. 
Fayl tipləri. Bir çox fayl tipi vardır. Fayllar, içərilərində saxlanılan məlumatın tipinə görə 
sinifləndirilir: 
❖ 
Proqram faylları - proqram fayllarında kompüterin oxuya bildiyi kodlar saxlanılır. Bir 
proqram faylının içərisinə baxdıqda, anlaşılmaz simvollar yığını görmək olar, 
ancaq bu simvollar kompüter üçün anlaşılandır. Proqram fayllarının genişləndirməsi 
.com və ya .exe olur. 
❖ 
Köməkçi fayllar - bəzi proqramlar məlumatları köməkçi yardım faylı şəklində 
saxlayır, ancaq bu faylları işlətmək olmur. Ən çox məlum olan dəstək faylı 
genişləndirməsi bunlardır: .OVL (Overlay), .SYS (System), .DRV (Driver) və DLL 
(Dinamik link library). 
❖ 
Mətn faylları - mətn faylları ASCİİ formatına uyğun hərf-rəqəm simvollar saxlayır. 
Bu fayllarda müxtəlif mətn redaktorlarında yazılmış mətnlər saxlanılır. Onların 
genişləndirmələri .bat, .İNİ, .doc, .txt. 
❖ Qrafik fayllar - qrafik fayllarda müxtəlif rəsmlər və ya qrafik məlumatlar saxlanılır. 
Windows-un Paint proqramı bitmap fayyları yaradır və onları .BMP genişləndirməsi 
ilə yaddaşa yazır. 
❖ 
Multimediya faylları - səs və video məlumatlarını rəqəmlər şəklində saxlayırlar. 
Onların genişləndirilməsi .mid, .avi, . wav 


34 
❖ 
Yazı tipi faylları - yazı tipləri haqqında məlumatların saxlandığı fayllardır. Bu fayllar 
adətən Windows qovluğundakı FONTS alt qovluğunda yerləşir. Genişləndirməsi .TTF 
olan fayllar TrueType yazı tipləri, genişləndirməsi .FON olan fayllar isə bitmap yazı 
tipləridir. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin