«Mər kəzi sinir sisteminin fiziologiyası» (1952) adlı dərslikləri
ərsəyə gətirməklə bu sahədə milli kadrların hazırlanmasına
böyük töhfə verib, Azərbaycanın ali məktəb tələbələrinin vahid
mən bə əsasında elmi biliklərə yiyələnməsinə imkan yaradıb,
fizio loji terminlərin istifadə edilməsindəki lüzumsuz dola ‑
şıqlığa son qoyub.
Gənc professor bunlarla kifayətlənməyib, axtarışla rı nın
əhatə dairəsini genişləndirərək elmi kadr ların hazırlanmasına
da böyük qüvvə sərf edib. Fiziologiya elminin inkişafındakı
xidmətlərinə görə 1943‑cü ildə «Əməkdar elm xadimi» fəxri
adına layiq görülüb, 1949‑cu ildə Azərbaycan Elmlər Akademi ‑
ya sının həqiqi üzvü seçilib.
1952‑ci ilin mayından 1956‑cı ilin iyuluna qədər Azərbay ‑
can Elmlər Akademiyası biologiya və kənd təsərrüfatı elmləri
şöbəsinin akademik‑katibi vəzifəsində çalışıb. Sonrakı dövrlər ‑
də biologiya elmləri şöbəsi akademik‑katibinin müavi ni kimi,
bu şöbənin nəzdində müvafiq ixtisaslar üzrə nami zəd lik və
159
Dostları ilə paylaş: