Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə101/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   97   98   99   100   101   102   103   104   ...   139
Doqquz  sayı.  Türk  xalqlarının  önəmli  sayı  doqquzdur.  Amma  bu,  o  demək 

deyil  ki,  doqquz  sayı  başqa  xalqlara  yaddır.  Bütün  dünya  xalqlarının  mif,  folklor 

örnəklərində, məişət institutunda doqquz sayı vardır və bu saya münasibət də  fərqli-

fərqlidir.  Dünyada  lap  elə  türk  xalqlarından  sayılan  altaylıların  mifik  təsəvvüründə 

göy  doqquz  qatdan  ibarətdir.  Göyün  doqquzuncu  qatında  oturan  Tanrı  Yeri 

yaratdıqdan sonra doqquz adam xəlq eləyir və bütün insan nəsli də bu doqquz adamın 

törəməsidir[58]. 

Dünyanın  sonunun,  yəni  qiyamət  gününün  də  doqquz  sayı  ilə  bağlılığı 

haqqında  xəbərlər  vardır.  Deyilənə  görə,  qiyamət  günü  göy  guruldayıb  şimşək 

çaxacaq.  Qar,  yağış  yağacaq.  Sellər-sular  daşıb  qanlı  axacaq.  Dağlar-qayalar  parça-

parça olub ətrafa səpələnəcək. Təlatümə gəlmiş dənizlərin dibindən doqquz qara daş 

üzə çıxacaq. Bu doqquz qara daş parçalanacaq. İçlərindən doqquz dəmir donlu, dəmir 

atlı  bahadır  çıxacaq.  Doqquz  dəniz  atının  qabaq  ayaqlarında  doqquz  qılınc,  dal 

ayaqlarında  doqquz  nal  parlayacaq.  Doqquz  dəmir  donlu  bahadır  mindikləri  doqquz 

dəmir  atları  çapdıqca  qarşıya  çıxan  ağacları,  canlıları  doqquz  qılınc  doğrayacaq, 

doqquz nal tapdayıb məhv edəcək[59]. 

Çingiz  xanın  "Böyük  ağ  bayrağı"  doqquz  qotazlı  imiş.  İri  ağ  qotaz  ortada, 

qalan səkkiz qotaz onun çevrəsində yerləşdirilibmiş[60]. Çingiz xan inandığı əyanları 

vəzifəyə təyin edərkən də onlara doqquz günaha batmamaq andı içirərmiş. Əks halda, 

həmin kimsələr amansız cəzaya düçar edilərmiş. Çingiz xanın təyin etdiyi cərimələrin 

qədəri  də  doqquz  sayına  əsaslanıbmış.  Qəbahətin  dərəcəsinə  görə  bu  cərimənin 

miqdarı  doqquz  doqquz,  beş  doqquz,  üç  doqquz,  bir  doqquz  imiş[61].  Monqol-Çin 

hökmdarlarının  bir-birinə  göndərdikləri  hədiyyələr  də  "doqquz  ağ"  adlanırmış. 

"Doqquz ağ" hədiyyə bir ağ dəvədən, səkkiz ağ atdan ibarət olurmuş[62]. 

"Kitabi-Dədə  Qorqud"da  başqa  saylarla  tutuşdurmada  doqquz  sayının  fəallığı 

üstündür.  Bu  da  Oğuz  tayfalarının  təşkilat  sistemi  ilə  bağlı  məsələdir.  Nədir  bu 

məsələ?  "Oğuz  dastanının  Uyğur  versiyasında  bildirilir  ki,  günlərin  bir  günü  Oğuz 

xanın Tanrıya müraciəti zamanı göydən - Günəşdən işıqlı, Aydan parlaq bir şüa düşür. 

Oğuz xan görür ki, bu şüanın ortasında bir qız oturub. Oğuz xan gözəllikdə bərabərsiz 

olan bu qızla evlənir. Onların üç oğlu olur: Gün xan, Ay xan, Ulduz xan. Aradan bir 

müddət keçir. Yenə günlərin birində Oğuz xan ovda olarkən gölün ortasında ucalmış 

ağacın oyuğunda gözləri səmadan da mavi, saçları dalğa, dişləri inci tək olan bir qız 

görür.  O  bu  qızla  da  evlənir.  Oğuzun  bu  qadından  da  üç  oğlu  doğulur.  Onlara  Göy 

xan, Dağ xan, Dəniz xan adları qoyulur. 

Səmavi qadın və ondan doğulanlar daha sayğılı, nüfuzlu sayıldıqlarından Oğuz 

xan  onları  sağ  tərəfində,  o  birini  isə  sol  tərəfində  oturdarmış.  Beləliklə,  bu  oturma 

qaydası,  yəni  Oğuz  xan  özü,  iki  xanımı,  altı  oğlu  (1+2+6=9)  Oğuz  təşkilat 

quruluşunun başlanğıcı olur. 




373 

 

Oğuz  xanın  səmavi  qadınından  olmuş  oğlanlarından  artan  nəsil  "Kitabi-Dədə 



Qorqud"da  Bozoklar,  ağac  oyuğunda  görüb  evləndiyi  qadından  olan  oğlanlarından 

çoxalanlar Ucoklar adlanırlar. Odur ki, Oğuzun doqquz say quruluşlu təşkilat sistemi 

"Kitabi-Dədə  Qorqud"dakı  ənənələrdə  də  qorunmuşdur.  Burada  da  Bozoklar 

tirəsindən  olanlar  üstün  sayılırlar.  Onlar  "...yalnız  orduda  deyil,  eləcə  də  hökmdar 

hüzurundakı rəsmi toplanışlarda, yuq adlanan ümumi matəm ayinlərində də məclisin 

sağ tərəfində, özlərinə məxsus yerdə oturarmışlar". 

Bir  sıra  xalqlarda  on  sayı  ortaya  çıxana  qədər  doqquz  sayı,  ümumiyyətlə,  say 

sisteminin sonuncusu sayılmışdır. 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin