Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə103/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   99   100   101   102   103   104   105   106   ...   139
On iki sayı. Əski türk təqviminə və elmin sübut etdiyinə görə, Günəşin zahiri 

yerdəyişməsi hər on iki ildən bir eyni nöqtəyə düşür. Odur ki, bu on iki ilin  hər ilini 

tanımaq  üçün  on  iki  heyvan  adına  müraciət  etmək  münasib  sayılıb.  Bir  mif 

nümunəsində bildirilir ki, insanlar illəri müəyyənləşdirməkdə, bir-birindən ayırmaqda 

çətinlik çəkirmişlər. Deyilənə görə, bir Novruz bayramında bilicilər toplaşaraq qərara 

gəliblər  ki,  gəzintiyə  çıxsınlar  və  qarşılaşdıqları  canlıların  adlarını  illərə  versinlər. 

Onlar üzən, gəzən, sürünən on iki canlıya - siçan, öküz, pələng, dovşan, balıq, əjdaha, 

ilan, at, qoyun, toyuq, it, donuza rast gəlirlər. Bunların adlarını illərə verirlər. 

Beləliklə, bu on iki canlının adının illərdə yaşaması elə on iki sayının da geniş 

dairədə yayılmasına səbəb olmuşdur. Bundan savayı, on iki sayının simvolik səciyyəli 

olmasında bürclər adlanan on iki tale ulduzunun rolu da olubdur. Bu on iki bürc ulduz 

üç və dörd saylarını özündə ehtiva edir. Belə ki, Qoç (əski adları: Quzu, Həməl), Buğa 

(əski  adları:  Ud,  Sur),  Əkizlər  (əski  adları:  Ərəntir//Ərəntiz,  Cövza),  Xərçəng  (əski 

adları: Quçuq, Sərətan), Şir  (əski adları:  Aslan, Əsəd), Qız (əski adları: Buğdabaşı  - 

Başaq,  Sünbül),  Tərəzi  (əski  adları:  Ülgü,  Mizan),  Əqrəb  (əski  ad:  Çayan),  Yay  - 

Qövs-Kaman  (əski  adları:  Göy,  Qövs),  Oğlaq  (əski  adı:  Cədid),  Dolça  (əski  adları: 




374 

 

Köpək, Delv), Balıq (əski adı: Hut) adları daşıyan bu bürclərdən üçü yaz, üçü yay, üçü 



payız,  üçü  qış  ulduzu  adlanır.  Məsələnin  doğrudan  da  belə  olmasını  on  birinci 

yüzilliyin  möhtəşəm  türk  abidəsində  -  Yusif  Balasaquninin  "Kutadku  biliq" 

("Xoşbəxtlik bəxş edən elm") əsərində də görürük. Burada ilin fəsilləri (4), hər fəslin 

ayları (3) və on iki bürcün bu fəsillərə, aylara aidliyi belə verilib: 

Quzu - yaz ulduzu, sonra Ud gəlir, 

 Ərəntir Quçuqla bir-birini itələyərək gəlirlər. 

 Bax, Aslanın qonşusu Buğdabaşıdır,  

Sonra Ülgü, Çayan və yoldaşı Yay gəlir. 

 Ondan sonra Oğlaq, Köpək və Balıq gəlir. 

Onlar doğanda göy üzü aydınlaşır. 

Üçü yaz ulduzudur, üçü yay ulduzu, 

Üçü payız ulduzu, üçü qış ulduzudur. 

Bunlardan üçü od, üçü su, üçü yel, 

Üçü torpaqdır, bunlardan dünya yaranıb[63]. 

Həm də burada bütün  varlığın mövcudluğuna şərt sayılan dörd nəsnə  - od, su, 

yel, torpaq da bilavasitə həmin on iki bürclə əlaqədə verilibdir. 

On iki sayı bir vaxtlar, ümumiyyətlə, sonuncu say olmaqla çoxluq bildirmiş və 

xoşbəxtlik simvolu hesab edilmişdir. 

On iki sayının bəzi  islami məkanlarda  məşhurlaşmasına on iki imam  həqiqəti 

də az təsir göstərməyib. Hələ onu demirik ki, bu on iki imamın şərəfinə Şah İsmayıl 

Xətayi  döyüşçüləri  öz  papaqlarına  qırmızı  rəngli  on  iki  zolaq  tikərmişlər  və  bu 

səbəbdən də "Qızılbaşlar" adlanırmışlar. 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin