6. SƏHĠYYƏ VƏ YOXSULLUĞUN ƏLAQƏSĠ Bu fəsildə Azərbaycanın səhiyyə sektoru ilə bağlı yoxsulluq və bərabərsizlik məsələlərinə baxılır. Səhiyyə Azərbaycanda yoxsulların həyatında ən mühüm narahatlıq doğuran sahədir və dövlət investisiyalarının ən yüksək prioritetlərindən biridir. Əsas nəticələr varlı və yoxsullar arasında sağlamlıq vəziyyəti və səhiyyə xidmətlərindən istifadə baxımından nəzərəçarpacaq bərabərsizliyin olduğunu və yüksək nağd ödənişlərdən maliyyə müdafiəsinin olmadığını əks etdirir. Yoxsulluğa düçar olma və faciəvi səhiyyə ödənişləri dünyada ən yüksək olanlar sırasındadır. Bu nəticələr vacib siyasi çərçivənin olmasını təklif edir. Digər məsələlər arasında əsas müavinətlər paketinin hazırlanması, səhiyyə müəssisələrinə investisiyalar və dövlət səhiyyə xərclərinin ünvanlanması səviyyəsinin müəyyən edilməsi çətinlikləri də müzakirə edilir.