Ambisiyalı (səhiyyə) islahatı planı 2007-08-ci ildə başlanmışdır. 2008-ci ilin yanvarında
Azərbaycan Prezidenti Səhiyyə maliyyələĢməsinin islahatı üzrə Ölkə Proqramını imzalamıĢdır.
Bu çərçivə ardınca qəbul edilmiĢ digər sənədlərlə birgə bir sıra mühüm addımlara yol açmıĢdır, o
cümlədən: (a) Ġcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (ĠTSDA) yaradılması; (b) dövlətin
təminat verdiyi əsas müavinət paketi (ƏMP) konsepsiyasının yaradılması; (c) vəsaitlərin
ayrılması və xidmət göstərənin haqqının ödənilməsinin yeni mexanizmi, ĠTSDA bunun
çərçivəsində xidmət göstərənlərlə müqavilələr imzalayacaq və istifadə olunan güc əsasında
maliyyələĢməni dayandıracaq; (d) dövlət müəssisələrində rəsmi ödəniĢlərin (az olmasına
baxmayaraq) ləğvi (dərmanların əksəriyyətinin pasiyentlərin Ģəxsi xərcləri ilə ödənilməsinin
saxlanması ilə).