Diaqram 7-8 Azərbaycan üçün əmək qabiliyyətli yaĢda olan əhali ilə bağlı proqnoz (min)
Qeyd: BMT-nin əhali artımı proqnozunun orta ssenarisinə uyğun olaraq.
Mənbə: BMT.
7.17
Hazırkı hesablamalar hər il təqribən 120000-130000 nəfər orta, texniki-peşə, orta ixtisas və ali təhsilə malik şəxslərin əmək bazarına daxil olduğunu göstərir. Bunların da
təqribən 20%-i ali, 12%-i orta ixtisas, 10%-i texniki-peĢə, 50%-dən çox hissəsi orta və 5%-ə
yaxın hissəsi əsas təhsil səviyyəsinə malikdirlər (Nəzərov və Dayıyev 2008). Əmək bazarını tərk
edən Ģəxslərin təhlili isə hər il müvafiq rəqəmin təxminən 25000-30000 nəfər olduğunu göstərir.
Əmək bazarına ilk dəfə daxil olan Ģəxslər az iĢ yerləri yaradan lakin, yüksək məhsuldarlı və
yuxarı əmək haqqına malik neft sektorunda iĢ tapmaqda çətinlik çəkirlər və bu səbəbdən də, ya
iĢsiz qalır ya da aĢağı məhsuldarlıq səviyyəsinə malik qeyri-neft sektorunda çalıĢmalı olurlar. Bu
baxımdan da, əhalinin yaĢ strukturunu nəzərə alaraq iĢçi qüvvəsi təklifində gözlənilən artımın
qarĢılanması məqsədilə Azərbaycan iqtisadiyyatı əsas diqqəti yeni iĢ yerlərinin yaradılması və
rəqabət qabiliyyətinin artırılması məsələlərinə yönəltməklə daha böyük artım tempi ilə və
diversifikasiyalı Ģəkildə inkiĢaf etməlidir.