22. Hesabatda vurğulanır ki, hökumətin beynəlxalq tələblərə cavab verən ünvanlı sosial yardım sistemi yaratmaq səyləri uğurlu olmuşdur. 2001-2008-ci illərdə əhalinin yoxsulluq
səviyyəsinin yüksək olduğu Ģəraitdə qərar qəbul edənlər öz sosial sektor siyasətlərində, daha doğrusu
, sosial müdafiə və sosial sığortaya diqqət yetirmiĢlər. Bu siyasətlər dövlət teransferlərinin yoxsullara
və həssas qruplara yönləndirilməsi sahəsində effektiv olmuĢdur. Bununla belə, hökumət daha da irəli
gedərək, səhiyyə və təhsil sahəsində sosial sektor siyasətlərinə daha artıq diqqət yetirmək fikrində ola
bilər, belə ki, o, insan kapitalını inkiĢaf etdirməklə böhrandan sonrakı dövrdə məhsuldarlığı artırmağa
səy göstərir.