1.6 Hesabatın ikinci məqsədi təhsil sisteminə, əmək bazarı təsisatlarına və səhiyyə xidmətlərinə çıxıĢ imkanı və onların keyfiyyəti baxımından mövcud olan əsas problemlərin təhlil edilməsi vasitəsilə Azərbaycan hökumətinə yardımın göstərilməsidir. 2006-2015-ci illər
üzrə yoxsulluğun azaldılması və davamlı inkiĢaf üzrə Azərbaycan Respublikasının dövlət
proqramının dörd prioritet istiqamətlərindən biri ―digər tədbirlərlə yanaşı yüksək keyfiyyətli səhiyyə xidmətləri ilə əhatə dairəsinin genişləndirilməsi, eləcə də, müasir təhsil sistemi və dünya səviyyəsində rəqabət qabiliyyətinə malik elm sahəsinin inkişaf etdirilməsi vasitəsilə sosial xidmətlərin keyfiyyətinin və onlara çıxış imkanının yaxşılaşdırılması‖ komponentidir. Hal-hazırda, Azərbaycan insan
kapitalının inkiĢaf əmsalı baxımından müqayisə göstəricilərindən geri qalır ki, bu da uzunmüddətli
inkiĢaf, yoxsulluğun azaldılması və rəqabət qabiliyyətinin təmin edilməsi baxımından müəyyən
çətinliklər yarada bilər. Azərbaycan iĢçi qüvvəsinin biliklərinin keyfiyyətinin və uyğunluğunun
artırılması, ali təhsildə qeydiyyat göstəricisinin yüksəldilməsi, habelə, təhsil və səhiyyə xidmətlərinə
çıxıĢ imkanı baxımından bərabərsizliklərin aradan qaldırılması istiqamətində ciddi problemlərlə
üzləĢir. Azərbaycan hökuməti 2006-2015-ci illər üzrə YADĠDP-də əks olunduğu kimi hazırkı neft və
qaz bumunun yaratdığı fürsətdən istifadə edərək insan kapitalının inkiĢaf etdirilməsi zərurətini aydın
Ģəkildə dərk edir.
1.7 Hesabatın üçüncü məqsədi hazırda davam edən qlobal iqtisadi böhranının yoxsulluğa