Diaqram 2-1 2000-ci illərdə Azərbaycanda yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aĢağı düĢmüĢdür
Mənbə: EBM 2001 və YSQS 2008.
2.6 Şəhər ərazilərində yoxsulluq səviyyəsinin azalması kənd əraziləri ilə müqayisədə daha sürətli olmuşdur. Dünya Bankının nisbətən aĢağı yoxsulluq həddini nəzərə alsaq, Ģəhər
ərazilərində yoxsulluq səviyyəsi 2001-ci ildəki 55.7% səviyyəsindən 2008-ci ildə 14.8%-ə qədər
azalmıĢdır; kənd ərazilərində yoxsulluq səviyyəsi isə müvafiq illər üzrə 43.5%-dən 17.0%-ə
enmiĢdir (Diaqram 2-1). 2001-ci ildə daha az yoxsulluq səviyyəsinə malik kənd ərazilərində artıq
nisbətən yüksək yoxsulluq səviyyəsi qeydə alınmıĢdır. Yuxarıda göstərildiyi kimi, 2001-2008-ci
illər arasında ev təsərrüfatlarının real orta istehlak səviyyəsi Ģəhər ərazilərində 130%-dən çox
artdığı halda, kənd ərazilərində bu göstərici 87% təĢkil etmiĢdir.