2.24 Bu bölmənin məqsədi qlobal maliyyə böhranının yoxsulluğa müxtəlif təsirlərinin müəyyən edilməsindən ibarətdir. Yoxsulluq üzrə mümkün göstəricilər ağıdakı fərziyyələrə
əsaslanır: (a) tikinti sektorunda real artım 2009 və 2010-cu illərdə 5% azalacaq, kənd təsərrüfatı
və xidmət sektorları isə eyni dövr ərzində 5% artacaqdır; və (b) 2009-2011-ci illər ərzində
köçürmələr 25% aĢağı düĢəcəkdir. PovStat alətindən istifadə etməklə, artım və məĢğulluğun
sektoral xüsusiyyətlərini nəzərə almaqla yoxsulluq indekslərinin alternativ artım ssenariləri ilə
simulyasiyası yaradılmıĢdır (baxın: HaĢiyə 2.1). 2008-ci il YSQS-nin ev təsərrüfatları üzrə
məlumatları, 2009-2011-ci illər üzrə sektoral ÜDM və məĢğulluğun artım proqnozları maliyyə
böhranının Azərbaycanda yoxsulluğa mənfi təsirinin simulyasiyasının qurulması üçün istifadə
olunmuĢdur. Simulyasiya misalının əsas nəticələri Diaqram 2-10-da əks etdirilmiĢdir (2008-ci ilin
qiymətləri ilə Dünya Bankının ayda adambaĢına 49.3 AZN-ə bərabər olan aĢağı yoxsulluq
həddinə əsaslanmaqla).