Azərbaycan



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə97/252
tarix25.12.2016
ölçüsü3,44 Mb.
#3305
1   ...   93   94   95   96   97   98   99   100   ...   252
A.
 
GiriĢ 
 
4.1
 
Ötən  bir  neçə  il  ərzində  Azərbaycanda  kifayət  qədər  böyük  iqtisadi  artım  müĢahidə 
edilmiĢ  və  əhalinin  müxtəlif  qrupları  üzrə  bölgünün  nəticələri  əhəmiyyətli  olmuĢdur.  Lakin, 
müvafiq  məlumatın  olmadığına  görə  gəlirlərin  bölüĢdürülməsi  böyük  mənada  qeyri-müəyyən 
olaraq qalır. Ölkədə yoxsulluğun təhlili üçün yeganə məlumat mənbəyi olan AEBM Cini əmsalı 
ilə  ölçülən  bərabərsizlik  sahəsində  aĢağı  göstəricilər  müəyyən  etmiĢdir.  Məsələn,  məlumatların 
mövcid olduğu son bir neçə il üzrə (2002, 2003, 2004 və 2005) istehlak xərclərinin Cini əmsalı 
16-18  faiz  civarında  olmuĢdur.  Bu  bütün  ölkələrdə  müĢahidə  edilən  ən  aĢağı  göstəricilərdən 
biridir.  Bir  sıra  amilləri  nəzərə  alaraq  Azərbaycanın  ən  bərabər  ölkə  olması  ehtimalı  isə  azdır 
(Ersado  2007).    Azərbaycan  keçmiĢ  kommunist  ölkəsidir  və  böyük  neft  ixracatçısıdır.  Hər  iki 
amil  bərabərsizlik  anlayıĢı  ilə  geniĢ  Ģəkildə  əlaqəlidir.  KeçmiĢ  kommunist  ölkələri  xüsusilə, 
keçmiĢ  Sovet  Ġttifaqı  respublikaları  demək  olar  ki,  iqtisadiyyatın  bütün  sahələrində  köklü 
dəyiĢikliklər  ilə  üzləĢmiĢ  və  bərabərsizlik  səviyyəsi  kifayət  qədər  artmıĢdır.
11
  Bir  tərəfdən 
iqtisadiyyatın liberallaĢdırılması və özəlləĢdirilməsi, eləcə də, daha yüksək ödəniĢli iĢçi qüvəsinin 
meydana  çıxması,  digər  tərəfdən  isə  iĢsizlərin  mövcud  olması  bir  qayda  olaraq  bərabərsizliyin 
artması  ilə  müĢahidə  edilir  (bax:  Milanoviç  və  Ersada  2008).  Eyni  zamanda,  neft  hasil  edən 
ölkələrdə bərabərsizlik səviyyəsi adətən yüksək olur.
 12
 
 
4.2
 
Bu  bölmənin  məqsədi  Azərbaycanda  bərabərsizliyin  səviyyəsini  və  meyllərini  təhlil 
etməkdən ibarətdir. Əvvəllər də qeyd edildiyi kimi indiyə qədər mövcud olan empirik məlumatlar 
səbəb  amillərini  və  ya  Azərbaycanda  bərabərsizliyin  səviyyəsini  müəyyən  etməmiĢdir. 
Bərabərsizlik  üzrə  müfəssəl  təhlillərin  aparılması  üçün  dəqiq  məlumat  bazası  və  bərabərsizliyin 
müəyyən  edilməsi  tələb  olunur.  2008-ci  ilin  yanvar-aprel  aylarında  həyata  keçirilən 
Azərbaycanda  YaĢayıĢ  Səviyyəsinin  Qiymətləndirilməsi  Sorğusunun  nəticələrinə  Azərbaycanda 
mövcud olan bərabərsizlik səviyyəsini qiymətləndirməyə imkan  verən dəyərli məlumatlar təmin 
edir.     
 
                                                 
11
  Bu  ədəbiyyat  böyük  həcmlidir.  Biz,  yalnız  Milanoviçin  (1998,  1999),  Mitra  və  Yemtsovun  (2006), 
ĠvaĢçenkonun (2002), Giammatteonun (2006), Sukiassyanın (2007) və Dünya Bankının Avropa və Mərkəzi 
Asiyada  yoxsulluq  və  bərabərsizlik  üzrə  iki  geniĢ  hesabatının  (Dünya  Bankı  2000  və  2005)  adlarını 
çəkmiĢik .  
12
  Məsələn,  2000-ci  ildə  Anqolada  Cini  əmsalı  40,  Qabonda  41,  Nigeriyada  49,  və  Venesuelada  48 
(göstəricilər Dünyada Gəlir Bölgüsü məlumat bazasına əsaslanır).  


61 
 

Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin