Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix16.12.2023
ölçüsü0,54 Mb.
#181307
1   ...   9   10   11   12   13   14   15   16   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi (1)

Əmək müqaviləsi 
Əmək müqaviləsi nədir? Siz bunun əhəmiyyətini necə başa düşürsünüz? 
Azərbaycan Respublikasında əmək azaddır. Hər bir vətəndaş əməyə olan qabiliyyətini 
həyata keçirərkən fəaliyyət növünü və peşəsini seçməkdə azaddır.
Məcburi əməyin ləğv olunması əsas nailiyyətdir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 
35-ci maddəsində təsbit olunub. 
Əmək müqaviləsi -̶ işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas 
şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Burda verilən anlayışdan 
göründüyü kimi, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanır və onlar arasında mövcud olacaq 
əmək münasibətlərinin əsas səriştələrini, hər iki tərəfin əsas hüquq və vəzifələrini özündə əks etdirir. 
Əmək müqaviləsi bütün İşyerlərində tətbiq olunmalıdır. Əmək münasibətləri olan yerdə əmək 
müqaviləsinin bağlanması zəruridir. 
Respublikamızda vətəndaşlar əmək hüquqlarını aşağıdakı formalarda həyata keçirə bilərlər. 
1.
Əmək müqaviləsi bağlamaqla; 
2.
Seçkili vəzifələrə seçilməklə; 
3.
Gənc mütəxəssisləri müvafiq təhsil müəssisələrini bitirdikdən sonra təyinat üzrə işə göndərməklə;
4.
Şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə. 
Əmək müqaviləsini digər müqavilələrdən fərqləndirən aşağıdakı xüsusiyyətlərini göstərmək olar: 
1.
Əmək müqaviləsi müəyyən növ işin (müəyyən ixtisas, peşə və vəzifə çərçivəsində) işçinin özü 
tərəfindən şəxsən yerinə yetirilməsini nəzərdə tutur; 
2.
İşçinin müəssisədə, idarədə, təşkilatda müəyyən olunmuş daxili nizam-intizam qaydalarına tabe 
olmasını müəyyən edir
3.
İşəgötürən işçinin işini təşkil etməli, təhlükəsizlik və gigiyenik normalara cavab verən normal İşşəraiti 
yaratmalıdır. 
Sadalanan əlamətlərin məcmusu bizə hər bir konkret halda əmək müqaviləsini əsasən daha çox oxşar 
olan mülki hüquqi müqavilələrdən fərqləndirməyi imkan verir.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin