Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix16.12.2023
ölçüsü0,54 Mb.
#181307
1   ...   27   28   29   30   31   32   33   34   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi (1)

 

CV nədir? 
CV latın dilində Curriculum Vitae (çərçivə, çevrə) sözünün qısaldılmİşformasıdır. Şəxsə mənsub 
olan müəyyən dəyərlərin bir yerə toplandığı və sərgiləndiyi “reklam”dır. CV sizi işəgötürənə tanıdan 
birinci vasitədir. Müsahibə əsnasında özünüzü tanıtmaq üçün imkan tapacaqsınız, lakin müsahibəyə 
dəvət olunmağınız üçün CV çox böyük rola sahibdir. Bu səbəbdən xüsusiyyətlərini və bacarıqlarınızı 
CV-də çox təsirli şəkildə izah etməlisiniz.
Ən təsirli CV işəgötürənin hansı məlumatları görmək istədiyini bilib, mövcud bacarıqlarınızdan 
işəgötürənin dəyər verəcəklərini yazmaqdır. Bu baxımdan işəgötürəni heç maraqlandırmayan 
məlumatlarla dolu üç səhifəlik CV yazmaqdansa, ən əsas və təməl məlumatları yazdığınız bir səhifəlik 
CV daha dəyərlidir. 
Təsirli CV müraciət etdiyiniz vəzifə haqqında işəgötürəni inandırmaqdır. Bunun üçün bu vəzifə üçün 
nə dərəcədə uyğun olduğunuzu dəyərləndirməyiniz vacibdir. Mövcud bacarıq və qabiliyyətlərinizin 
işəgötürənin müəssisəsinə xeyir gətirəcəyinə əmin olmalısınız və qarşıdakı tərəfi buna inandırmalısınız. 
Ideal olan, hər CV üçün müraciət etdiyiniz firmanın/müəssisənin mədəsniyyətini, İştəlimatını, və 
İşkeyfiyyətini əvvəlcədən araşdırmağınız və hərbirinə özəl şəkildə CV hazırlamanızdır. Əgər CV 
“copy+paste” hissi oyadırsa artıq təsirini itirəcək. 
CV-nin növləri: 

CV-nizi zamana uyğun sırayla yazılması sizin üçün müsbət cəhəti işəgötürənin sizin keçmişdən-
bugünə inkişafınıza şahid olmasıdır. 

Cədvəl şəkildə yığılmış CV – burada sizə məlumat, bacarıq və fəaliyyətlər qruplara ayrılaraq cədvəl 
şəkildə yığılır. 
Kariyera hədəfinin CV-də göstərilməsi əslində həssas mövzudur. Yararı da, zərəri də. Əgər kariyera 
hədəfiniz elanda göstərilən vəzifəyə uyğundursa CV-də göstərməkdə fayda var. Kariyera hədəfiniz 
elandakı mövqeyə uyğun gəlmirsə bu sizin üçün mənfi sayılacaq.
Əlaqə vasitələrinin qeyd edilməsi- CV-də vacib mövqeyə sahibdir. Ev adresi, telefon nömrəsi, email 
adresi kimi əlaqə məlumatların düzgün qeyd edilməsi işəgötürənin sizinlə əlaqəsində önəmli vasitədir. 
Əlaqə məlumatları əsasən səhifənin üst orta hissəsində yazılır. Sol istiqamətdə yazsanız, sənədlər 
içində oxunanda gözdən qaça bilər.
Komputer bacarıqlarının qeyd edilməsi- Əvvəllər CV yazarkən Microsoft Office Bacarıqları cümləsini 
yazmaq kifayət edirdisə, hal –hazırda malik olduğunuz və bacardığınız kompyuter bacarıqlarını ətraflı 
yazmanız tələb olunur. Əgər hərhansı kurs vasitəsilə bu bilgilərə nasil olmusunusa bunu CV-də qeyd 
etməniz sizin məlumatları dəstəkləyər. 
Təhsil haqqında məlumat- əgər İştəcrübəniz yoxdursa CV-ni təhsil məlumatlarınızdan təşkil 
etməniz məsləhətdir. Aşağıdakı məlumatları qeyd etməkdə fayda var: 

Məzun olduğunuz il (giriş-çıxİştarixləri ilə birgə) 

Müəssisənin adı 

Oxuduğunuz ixtisasın adı 

Bildiyiniz dillər haqqında məlumat- bildiyiniz əlavə dili bildiyiniz səviyyəsini yazmaq (yaxşı, advance 
və s) 
CV-nizi göndərəcəyiniz müəssisəyə CV-lə birgə ön məktub (cover letter) yazılması lazımdır. Bunun 
əsas faydası göndərdiyiniz CV-ə maraq oyatmaq və müsahibəyə çağrılmanıza təkan verməsidir. Ön 
məktubun xitab bölməsində mümkünsə CV göndərdiniz müəssisənin səlahiyyətli şəxsinin adını 


42 
yazmanızda fayda var. Ön məktubda əsasən: hansı işə müraciət etdiyiniz və nə üçün o işlə 
maraqlandığınız,sektor və firma haqqında məlumatınızı, işə uyğun keyfiyyətlərinizin ən əsas olanlarını 
və işə olan istəyinizi qeyd edə bilərsiniz. Tarix,ad və imza hissələri vacibdir.Qısa, açıq və anlaşılır 
olmalıdır.
Əgər müraciət etdiyiniz müəssisənin öz CV blankı varsa, o zaman orada göstərilən suallara əskiksiz 
cavab yazmalısınız. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin