43
Müəssisə və vəzifə haqqında məlumat toplayın;
Müsahibədə bildiriləcək əsas mövzuların təyin edin;
Müsahibədə veriləbiləcək sualları hazırlayın;
Müsahibə olacaq yeri dəqiqləşdirin;
Müsahibəyə geyiləcək geyimi əvvəlcədən hazırlayın;
Müsahibəyə aparılacaq əşyaları əvvəlcədən hazırlayın;
Müsahibə zamanı lazım ola biləcək sənədlər aşağıda göstərilmişdir:
İş elanı və müraciət məktubu
Müsahibəyə yazı ilə çağırılmısınızsa, təşkilatın yazısı
Müəssisə ilə əlaqədar topladığınız yazı, məqalə, buklet və s. məlumatlar
CV nümunəniz və 3x4 fotoşəkil
Referansların siyahısı
Öncəki İşyerindən təqdim etmənizdə heçbir məhdudiyyət qoyulmayan İşörnəkləriniz
Müsahibə öncəsi hazırladığınız plan, müsahibədə qeyd edəcəyiniz əsas mövzular
Qeyd dəftəri və qələm.
Müsahibəyə vaxtı-vaxtında gedin, müsahibiniz gecikirsə digər şəxslərlə çox ünsiyyətdə olmayın.
Katibənin adını öyrənin və adı ilə müraciət edin. Gözləmə müddətini ətrafınızı, müəssisəni kəşf etməyə
çalışaraq keçirin.
Müsahibədə soruşulacaq hər sualın müəyyən bir məqsədi vardır. Əgər hansı sualların hansı
məqsədlə
verildiyini bilsəniz, onlara bənzəyən suallara da hazırlıqlı olacaqsınız. Müsahibədə ən çox verilən
suallara nümunələr aşağıda göstərilmişdir:
A.
Ümumi suallar - əsasən müsahibənin əvvəlində bu tip suallar verilir. Burada məqsəd namizədə
hərhansı bir məhdudiyyət qoymadan məlumat almaqdır. Bu tip sualların
müsbət cəhəti əgər
əvvəlcədən hazırlıqlıysanız danışmaq istədiyiniz mövzuları ifadə etmə imkanı verməsidir. Mənfi
cəhəti isə danışmağı sevirsinizsə özünüz üçün yeni suallara zəmin hazırlamanızdır. Ümumi suallara
misal olaraq:
1.
Özünüz haqqında məlumat verin.
2.
Sizi nə üçün işə götürməliyik? Digər namizədlərdən əsas fərqiniz nədir?
3.
Sonuncu işinizdən ayrılma səbəbiniz nədir?
4.
Müəssisəmizə hansı faydaları verəcəksiniz? Və s.
B.
Şəxsi məlumatlarla bağlı suallar – bu sualların cavabı CV-də olduğu üçün təcrübəli mütəxəssislər bu
sualları təkrar verməyəcəklər. Lakin CV-də yer almayan və müəssisə üçün vacib suallar varsa, o
zaman bəzi şəxsi məlumatları öyrənmək istəyəklər. Məsələn: Sağlamlığınızla bağlı hərhansı
probleminiz varmı? Siqaretdən istifadə edirsinizmi? Sürücülük vəsiqəniz varmı? Və s.
C.
Təhsillə bağlı suallar – bu sualda məqsəd keçmişdə aldığnız təhsil, tədris və gələcəkdəki təhsil
planlarınız haqqında məlumat toplamaqdır. Bir digər məqsəd isə təhsil və İşhəyatı arasındakı
əlaqəni necə dəyərləndiryinizi öyərnməkdir. Əsasən yeni məzun olan namizədlərdən soruşurlar.
Misal üçün:
1.
Məzun olduğunuz ixtisası niyə seçmisiniz?
2.
Ən yaxşı oxuduğunuz dərslər hansılar olub?
3.
Hansı tədris kurslarında iştirak etmisiniz?
D.
Peşə təcrübəsi/bilik ilə bağlı suallar – bu suallarda əsas məqsəd öncədən işlədyiniz İşilə müraciət
etdiyiniz İşarasında uyğunluğu aydınlaşdırmaqdır. Misal olaraq:
4.
Bundan əvvəlki işinizlə hazırki İşarasında hansı uyğunluqlar olduğunu düşünürsünüz?
5.
Sizin fikrinizcə bu vəzifənin əsas məsuliyyətləri hansılardır?
6.
Bundan öncəki işinizdə hansı yenilikləri etmisiniz?
E.
Şəxsi keyfiyyətlərlə bağlı suallar – ediləcək İşilə xarakter arasında oxşarlıq olduğu üçün bu tip suallar
şəxsi keyfiyyətlərin İşüçün nə dərəcədə uyğun olmasını aydınlaşdırmaq məqsədi güdür. Bu
44
məqsdələ tərtib olunmuş bir sıra psixoloji testlər mövcuddur. Lakin bu üsuldan ölkəmizdə elə də
çox istifadə edilmir. Əgər müsahibiniz sualları sizə dolayı
yolla verirsə,deməli hansısa şəxsi
keyfiyyətinizi araşdırmağa çalışır. Bu tip suallara misal olaraq:
7.
Rəhbərinizdən layiq olmadığınız halda tənqid alsanız nə edərsiniz?
8.
Boş vaxtlarınızda nə edirsiniz?
9.
Sizi tərənnüm edən 5 xüsusiyyət söyləyin.
10.
Sizi ən çox nə motivasiya edir/edər?
11.
Bundan öncəki işdə qarşılaşdığınız ən böyük problem nə idi?
3.3.2. Tələbələr üçün fəaliyyətlər
Öyrəndiyiniz yeni terminləri qeyd edin;
CV yazılmasında ən əsas şərtləri qeyd edin. Daha sonra qruplardan müəyyən bir vəzifəyə
müraciət üçün yazacaqları CV örnəyi istəyin. Təqdimat zamanı hansı məlumatları nə üçün
yazdıqlarını
müzakirə edin;
İş görüşməsi ilə bağlı rollu oyun təşkil edin. Müsahibədə veriləcək sualların tələbələr
tərəfindən təyin olunmasını istəyin;
Valideyinlərdən və ya digər qohumlardan İştapma prosesi haqqında məlumatlar toplayın.
“Bir işin tarixçəsi” mövzusunda esse yazın;
Gələcəkdə işləmək istədiyiniz müəssisələrin adını qeyd edin. Həmin müəssisəyə işə qəbul
üçün keçəcəyiniz yolları açıqlamaları ilə birgə qeyd edin.
3.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: