Azərbaycanda psixoloji FİKİRLƏR



Yüklə 125,95 Kb.
səhifə12/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   8   9   10   11   12   13   14   15   ...   80
psixologiya

Stress (ingiliscə stress-təzyiq, gərginlik deməkdir)-insanın gözlənilməz gərgin şəraitlə rastlaşarkən keçirdiyi emosional halətdir. Yəni qəflətən təhlükəli vəziyyətdə və ya mürəkkəb şəraitdə təcili surətdə müstəqil qərar qəbul etmək, hərəkət etmək lazım olarkən insanda özünü büruzə verən halətdir. Müasir dövrdə, elmi-texniki tərəqqi şəraitində insanlarda belə emosional halətlər tez-tez müşahidə olunur.

Stress vəziyyətində adamlar çox vaxt ətraf cisimləri belə düzgün qavramırlar, hafizələri dolaşır, diqqətlərini başqa obyektə keçirə bilmirlər, gözlənilməz qıcıqlayıcıları qeyri-adekvat reaksiyalar verirlər. Bəzən tam çaşır, məqsədyömlü hərəkət edə bilmirlər. Bəzən isə, əksinə, stress vəziyyəti elə bil onların qüvvə və enüerjisini artırır, ,fikri aydınlaşır, çətin məsələni tez və asanlıqla həll edir.

Stress termini 1936-cı ildə məşhur Kanada fizioloqu Q.Selye təklif etmişdir. O, əvvəlcə fizioloji termin kimi işlənilmiş, sonra isə insanın davranışını psixoloji səviyyədə təsvir etmək üçün tətbiq olunmağa balanılmışdır. Hal-hazırda fiziologi stresslə (ürək-damar, tənəffüs sistemlərində dəyişikliklər baş verir, başqa veketativ göstəricilər, qanda biokimyəvi dəyişikliklər və s. özünü göstərir) yanaşı psixoloji stress də ayırd edilir.

Psixoloji stress isə emosional və informasiya stresslərinə bölünür. İnformasiya yükü həddən ziyada çox olduqca insan tapşırığın öhdəsindən gələ bilmir, istənilən vaxt yüksək məsuliyyət tələb edən lazımi qərara gələ bilmir. Onda informasiya stressi əmələ gəlir. Emosional stress isə təhlükəli, qorxulu, yaxud dərin inciklik şəraitində təzahür edir. Bu halda psixi proseslərin, emosional halətin cərəyanında, fəaliyyətin motivasiya sahəsində dəyişiklik baş verir. Nəticədə insan hərəkətində, nitqində pozğunluq özünü büruzə verə bilir.

Frustrasiya (latınca-aldanma, nahaq gözləmə, əhval pozğunluğu)-insanın öz məqsədinə çatmasına maneçilik real və ya xəyali manelərə rastlaşdığı zaman düşdüyü psixi vəziyyətdir. Bu emosional halətin mahiyyətini başa düşmək üçün, hər şeydən əvvəl, maneınin xaarakterinə, onun insan üçün şəxsi mənasına diqqət yetirmək lazımdır. Bəzən isə insan elə maneələrlə rastlaşır ki, bunlar onun arzu və istəklərini ürəyində qoyur, yaranan davamlı mənfi emosional halət onun şüur və fəaliyyətini pozur. Frustrasiya yalnız o zaman meydana çıxır ki, insanın narazılıq və ya təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün olur. Fustrasiya daha çox şəxsiyyətin mənfi sosial qiymətləndirilməsi, onun üçün müqəddəs sayılan hisss və duyğularına həqarətlə yanaşılması və s. kimi hallarda özünü itirmək, qəzəb, küskünlük və s. şəkildə təzahür edir. Frustrasiya halətində insanda dərin psixi sarsıntılar baş verir. Frustrasiya haləti bəzən insanın xarakterinə təsir edir, onda bir sıra dəyişiliklər törədir: onun davranış və rəftarında özünə inamsızlıq, şablon davranış tərzinə meyletmə və s. nəzərə çarpır. Bir sıra nevrozların baş verməsi də frustrasiya haləti ilə izah edilə bilər. Bunun qarşısını almaq üçün psixi gərginliyə dözüm tərbiyə edilməlidir.


Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin