Təlim fəaliyyətində uşaqlar ictimai təcrübəni məqsədəuyğun surətdə mənimsəyirlər. Bilik, bacarıq və vərdişlərə yiyələndikcə, uşaqların həyatında yoldaşın rolu artır. İctimai-şəxsi ünsiyyət onun həyatının mühüm sahəsinə çevrilir. Fəaliyyətin vəzifələri tədricən dəyişir, o, gələcəyə yönəlməyə başlayır və peşə-təlim xarakteri kəsb edir. Təlim fəaliyyəti-məktəblilərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəldilmiş fəaliyyət növlərindən biri, aparıcı fəaliyyətləridir.Yaşlı adamlarda təlim özüntəhsil xarakteri daşıya bilər. Təlim insanın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə məktəblərdə və tələbələrdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu prosesdə onlarda psixi inkişafa, şəxsiyyətin formalaşmasına da əsaslı təsir göstərir. Buna görə də təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o, fərdin psixi inkişafı kimi vasitəsi kimi xidməti həyata keçirir.
İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Mək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Buna görə də əməyi müəyyən ictimai-faydalı, maddi və ya ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər. əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət etmir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır. ,
Şəxsiyyət formalaşdıqca fəaliyyətin xarakter köklü surətdə dəyişir. Yəni şəxsiyyətin tələbatları əsasında fəaliyyətin motivləri formalaşır. “motiv-məqsəd” vektoru əmələ gəlir və o fəaliyyətin əsas struktur vahidinə çevrilir. Fəaliyyət prosesi bütünlükdə şəxsi məna kəsb edir. Bunda asılı olaraq fəaliyyətin tərkibinə daxil olan büütün idrak proseslərinin də xarakteri dəyişir. Onlar şəxsiyyətin xüsusiyyətləri ilə şərtlənməyə başlayırlar. Beləliklə də fəaliyyət prosesində şəxsiyyətin tələbat-motivasiya, emosiya və idrak sahələri bir-birinə nüfuz edir, onlar tədricən qarşılıqlı əlaqədə inkişaf etməyə başlayır.
Dostları ilə paylaş: |