1.Qavrayışın tamlığı. Bu halda qavrayış sadəcə olaraq duyğuların mexaniki məcmusu kimi çıxış etmir, predmeti bütövlükdə, tam halda əks etdirir. Buna səbəb cismin bütün xassələrinin bir kompleks qıcıq kimi, eyni zamanda bir və ya bir neçə analizatora təsir göstərməlidir. Məsələn, məxmər parçaya baxdıqda ancaq qara olduğunu deyil, həm də yumşaq olduğunu qavrayırıq. Halbuki gözlə yumşaqlığı duymaq olmaz, yaxud, stolun üstündəki kitabı qavrayarkən, yalnız onun rəngini deyil, həm də həcmini, ölçüsünü, formasını əks etdirir. Qavrayışın tamlığı obyektiv gerçəklikdə olan cisimlərin özlərinin tamlığı xüsusiyyətilə təyin edilir. Odur ki, hətta qavrama şəraiti dəyişilsə də qavrayış surəti üzünün tamlığını itirmir.