3.Qavrayışın mənalığı. Qavrayış prosesində insanın keçmiş təcrübəsinin iştirak etməsi onun qavrayışını mənalı edir. Yəni insanlar cisim və hadisəni qavramağa cəhd etdikdə onu keçmiş həyatı müddətində əldə etdiyi təcrübəyə, biliyə görə başa düşməyə, mahiyyətini anlamağa çalışırlar. Deməli, qavrayış prosesində insanın keçmiş təcrübəsi iştirak edir və bunun sayəsində biz cismi tanıyırıq. Bu halda cisim in indiki surəti keçmişdə alınmış surəti ilə üst-üstə düşür, nəticədə adam həmin cismi tanıyır. Qavrayışın mənalığına cisimlər arasındakı əlaqə, qarşılıqlı təsir və nəhayət qavrayış zamanı müvafiq izahatın olub-olmaması təsir edə bilər.