Azərbaycanda psixoloji FİKİRLƏR


MÖVZU 7. İDRAK PROSESLƏRİ VƏ ONLARIN TƏNZİMİ



Yüklə 125,95 Kb.
səhifə22/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   18   19   20   21   22   23   24   25   ...   80
psixologiya

MÖVZU 7. İDRAK PROSESLƏRİ VƏ ONLARIN TƏNZİMİ

Plan

1.Qavrayışın ümumi səciyyəsi

2.Qavrayışın fizioloji əsasları

3.Qavrayışın tamlığı və sabitliyi

4.Qavrayışın mənalığı və semiciliyi

5.Uşaqlarda qavrayışın inkişafı

6.Qavrayışın pozuntuları

Qavrayış-hiss üzvlərinə bilavasitə təsir edən cisim və hadisələrin bütün əlamət və xassələrinin bütövlükdə inkikasıdır. Qavrayış daha mürəkkəb idrak prosesidir. Onun tərkibinə duyğularla yanaşı insanın keçmiş təcrübəsi də daxildir. Qavrayış və duyğu üçün ümumi cəhət odur ki, cisim və hadisə bilavasitə hiss hiss üzvlərinə təsir edir. Qavrayışın duyğudan fərqi ondadır ki, duyğuda bir analizator, qvrayışda isə ən azı iki analizator.

Müasir dövrdə qavrayış prosesi ilə bağlı iki bir-birinə zidd nəzəriyyə mövcuddurOnlardan biri geştalt (surətlər/) nəzəriyyəsidir. Bu nəzəriyyənin tərəfdarları hesab edirdilər ki, insan və heyvanların sinir sistemi xarici təsirləri ayrı-ayrılıqda deyil, kompleks şəkilıdə qavrayırlar. Məsələn, əşyanın forması, rəngi və hərəkəti ayrı-ayrılıqda deyil, bütöv bir tam kimi qavranılır. Bu nəzəriyyənin əksinə olaraq bihevioristlər sübut edirdilər ki, yalnız sadə sensor (hissi) funksiya mövcuddur və təhlil qabiliyyəti ancaq baş beyinə xasdır. Müasir psixologiya elmi bu iki bir-birinə zidd nəzəriyyəni birləşdirməyə çalışır. Hesab edilir ki, başlanğıcda qavrayış kifayət qədər kompleks xarakter daşıyır, amma surətlərin tamlığı baş beyin qalığının təhliledici fəaliyyətinin məhsuludur.



Qavrayış da duyğular kimi reflektor prosesidir. Qavrayışın fizioloji əsasını şərti refleks təşkil edir. Pavlov qeyd edirdi ki, qavrayışın əsasında şərti reflekslər dayanır. Qavrayış prosesində saysız-hesabsız şərti reflekslər iştirak edir. Lakin qavrayışın öz həddi vardır. Qavrayışın səmərəli olması üçün onun xüsusiyyətlərini bilmək lazımdır. Qavrayışın bir sıra xüsusiyyətləri vardır.


Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin