Duyğu haqqında anlayış



Yüklə 80,01 Kb.
səhifə1/14
tarix29.01.2023
ölçüsü80,01 Kb.
#81570
  1   2   3   4   5   6   7   8   9   ...   14
psix


*1. Duyğu haqqında anlayışı. 2. Duyğuların təsnifatı. 3. Duyğuların ümumi qanunauyğunluqları. 4. Duyğuların qarşılıqlı təsiri sensibilizasiya.
Duyğular obyektiv reallığın hissi inikası olub, hal - hazırda hiss üzvlərimizə təsir edən cisim hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində inikasından ibarət olan sadə psixi prosesə deyilir. Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinirlər vasitəsi ilə beynə nəql olunur və nəticədə biz cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu və s. keyfiyyətini hiss edirik.
Analizatorlar duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz adlanır. Hər bir analizator üç hissədən ibarət olur: 1) periferik şöbə. Bu hissə reseptor adlanır. Reseptorun funksiyası xarici qıcığı qəbul etmək, xarici energiyanı sinir prosesinə çevirməkdən ibarətdir; 2) ötürücü sinir lifləri. Bunlara mərkəzəqaçan və mərkəzdənqaçan sinirlər daxildir: 3) analizatorun beyin qabığı şöbəsi. Bunu analizatorun mərkəzi şöbəsi, nüvəsi də adlandırırlar. Duyğunun əmələ gəlməsi üçün analizatorun bütün hissələrinin tamlığı, birlikdə fəaliyyət göstərməsi zəruridir. Analizatorlar fəal bir orqandır.
Müasir psixologiyada duyğuların təsnifatını müxtəlif prinsiplər əsasında aparırlar. Bunlardan biri duyğuları reseptorların yerləşməsinə görə təsnif etməkdən ibarətdir. Müasir psixoloji ədəbiyyatda reseptorları üç qrupda birləşdirirlər: ekstreoseptorlar, intreoseptorlar, proprioseptorlar.
Ekstreoseptorlar bədənin xarici səthində yerləşir.Ekstreoseptorların yaratdığı duyğular da ekstreoseptiv yaxud xarici duyğular adlanır. Bunlara görmə, eşitmə, iybilmə, dadbilmə dəri duyğuları daxildir.
İkinci qrup reseptorlar intreoseptorlar daxili üzvlərin səthində selikli qişasında yerləşir. İntreoseptorların yaratdığı duyğular intreoseptiv və ya daxili duyğular adlanır. Üzvü duyğular bu reseptorlarla bağlı olan duyğulardır.Üzvü duyğulara aclıq, susuzluq, toxluq, ürək bulanması haqqında, bədənin sağlamlıq və xəstə vəziyyətdə daxili üzvlərində baş verən ağrılar haqqında xəbər verir. Üzvü duyğulara cinsi duyğuları da daxil edir.
Nəhayət üçüncü qrup reseptorlar - proprioseptorlar əzələlərdə, oynaqlarda, onları birləşdirən vətərlərdə yerləşir. Bu reseptorlarla bağlı olan duyğular proprioseptiv duyğular adlanır. Hərəkət duyğusu və müvazinət duyğuları bu bölgəyə daxildir.

Yüklə 80,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin