Duyğu haqqında anlayış



Yüklə 80,01 Kb.
səhifə8/14
tarix29.01.2023
ölçüsü80,01 Kb.
#81570
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
psix

Diqqətin davamlılığı onun eyni bir obyekt üzərində uzun müddət saxlanılmasında ifadə olunur. Tədqiqatlar göstərir ki, insan diqqətini yönəltdiyi obyektdə yeni tərəflər, yeni əlaqələri aşkar etməyi bacarırsa onun diqqəti davamlı olur.
Diqqətin paylanması eyni zamanda 2 və ya daha çox fəaliyyət növünü həyata keçirmək qabiliyyəti ilə müəyyən olunur.
Diqqətin mərkəzləşməsi zamanı şüurumiz yalnız bir obyekt və ya fəaliyyətə yönəlir.
Diqqətin keçirilməsi şüurlu surətdə diqqəti bir obyektdən digər obyektə, bir fəaliyyət növundən digərinə keçirməkdə təzahür edir.
Diqqətin qeyd olunan xassələri ilə yanaşı bir sıra pozulma hallarına da rast gəlmək mümkündür. Bunlara diqqətin tərəddüdünü, yayınmasını, dalğınlığı aid etmək olar.
Diqqətin tərəddüdümüəyyən fəaliyyət zamanı diqqətmizin gah bu, gah da başqa obyektə yönəlməsi, az və çox müddət onun üzərində mərkəzləşməsidir.Diqqətin tərəddüdü N.N.Lanqe tərəfindən öyrənilmişdir.
Diqqətin yayınmasına gəldikdə bu, hər hansı bir fəaliyyət zamanı diqqətin qeyri-ixtiyari olaraq əsas işlə əlaqəsi olmayan kənar cisim və ya hadisəyə yönəlməsindən ibarətdir.
Diqqətin yayınması hallarından birini də dalğınlıq təşkil edir. Dalğınlıq insanın öz diqqətini mərkəzləşdirə bilməməsində ifadə olunur.
Psixoloji ədəbiyyatda diqqətin 3 növünü qeyd edirlər: qeyri-ixtiyari, ixtiyari və ixtiyaridən sonrakı diqqət. Qeyri-ixtiyari diqqət diqqətin daha sadə növüdür, o heç bir iradi cəhdlə, məqsədlə bağlı olmayan diqqətdir.Qarşıya məqsəd qoymadan psixi fəaliyyətimizin müəyyən obyekt üzərinə yönəlməsi qeyri-ixtyari diqqət üçün xarakterik haldır.
Qeyri-ixtiyari diqqətdən fərqli olaraq ixtiyari diqqət insanın şüurlu məqsədi ilə bağlıdır. Onu bəzən iradi, aktiv diqqət də adlandırırlar.
Diqqətin digər növü isə N.F.Dobrinin tərəfindən ixtiyaridən sonrakı diqqət adlandırılmışdır. Diqqətin bu növü ixtiyari diqqət kimi əvvəlcə məqsədyönlü xarakter daşıyır və iradi cəhd tələb edir.
***1. Təfəkkür prosesləri ya fikri əməliyyatlar. 2.Təfəkkürün əsas növləri. 3.Təfəkkürün formaları. 4. Təfəkkürün fərdi xüsusiyyətləri. 5. Təfəkkür haqqında anlayış . Real aləmin dərk edilməsi duyğu və qavrayışla başlasa da, onlarla bitmir və idrak prosesləri təfəkkür prosesi ilə davam edir. Təfəkkür – insanın psixi, idraki fəaliyyətinin ən yüksək pilləsi olub, təfəkkür cisim hadisələr arasındakı qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesi adlanır.
Fikri proseslər problem situasiyanın mövcudluğundan asılı olaraq başlayır və hansısa problemin həllinə istiqamətlənən subyektin təsəvvürlərində qeyri-adekvat, təsadüfi və qeyri-əsas əlamətlərlə verilib.Belə əməliyyatlara təhlil, tərkib, müqayisə, mücərrədləşdirmə, ümumiləşdirmə, konkretləşdirməni aid edilir.
Təhlil – əşyanın, hadisənin fikrən hissələrə, anlara, tərəflərə bölünməsidir.Təhlil problemi hissələrə bölür, tərkib yeni əsasda onu həll etmək üçün birləşdirir. Təhlil və tərkib bir-biri ilə sıx əlaqədardır. Təhlil vasitəsi ilə ayrılmış əlamətlər tərkibin köməyi ilə fikirdə bütövləşir.

Yüklə 80,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin