Müqayisə – şeyləri, hadisələri, onların xüsusiyyətlərini qarşılaşdıraraq onların fərqini və oxşarlığını açır, müəyyən edir.
Mücərrədləşmə – cisim və hadisələrdə mövcud olan hər hansı bir tərəfin, əlamətin, xassənin fikrən nəzərdən keçirilməsindən ibarət olan təfəkkür prosesidir.
Ümumiləşdirmə fikri proseslərin daha mürəkkəb əməliyyatlarındandır.Ümumiləşmə hərəkət planında doğulur, fərd eyni ümumiləşdirmə hərəkəti ilə bir neçə müxtəlif oyadıcılara cavab verir, onları müxtəlif situasiyalarda ümumilik xüsusiyyətləri əsasında yaradır.
Konkretləşdirmə – ümumiləşməyə əks istiqamətli hərəkətdir. Konkretləşdirmə anlayışların müəyyənləşməsində tək-tək şeylərin və hadisələrin müəyyən sinfə aidliyini göstərir.
Təfəkkürün növləri idraki əhəmiyyətinə görə biri- digərindən fərqlənir. Formasına görə: Əyani əməli,əyani-obrazlı
Xarakterinə görə:Nəzəri,Praktik
Genişlənməsinə görə:Diskursiv,intuitiv
Yeniliyinə görə: Reproduktiv,produktiv
Təfəkkürün üç forması vardır: məfhumlar,hökmlər,əqlinəticə. Məfhum (anlayış) – cisim və hadisələrin mühüm, əsasəlamətlərə görə əks etdirilməsindən ibarət təfəkkür formasıdır.Məfhumlar xüsusi, ümumi, konkret və mücərrəd ola bilir.
Hökmlər - Fikirləşmək hər şeydən əvvəl hökm verməkdir. Hər hansı fikri proses hökmlərdə ifadə olunur.Hökmlər ümumi, xüsusi və fərdi də ola bilirlər. Əqlinəticə - Əqli nəticə bir və ya bir neçə hökmə əsasən yeni hökmünçıxarılmasındanibarəttəfəkkürformasıdır. Əqlin əticənin üç əsas növü qeyd olunur: induktiv, deduktiv əqlinəticə və analogiya(təşbeh).
İnduktiv əqlinəticə xüsusi hallardan, misallardan (hökmlərdən) ümumi nəticə çıxarmaqdan ibarətdir.Deduktiv əqlinəticə isə ümumi hallardan, misallardan (hökmlərdən) xüsusi nəticə çıxarmaqdan ibarətdir.Analogiyaya gəldikdə bu zaman ayrı-ayrı hallardan bənzətmə üzrə nəticə çıxarılır.
Adamların hamısında təfəkkür eyni şəkildə inkişaf etmir. Təfəkkürün prosesləri, formaları və növləri ayrı-ayrı adamlarda müxtəlif nisbətdə təzahür edir. Buraya ağlındərinliyi,çevikliyi,müstəqilliyi,tənqidiliyivə s.