Duyğu haqqında anlayış



Yüklə 80,01 Kb.
səhifə2/14
tarix29.01.2023
ölçüsü80,01 Kb.
#81570
1   2   3   4   5   6   7   8   9   ...   14
psix

Əzələ-hərəkət duyğuları. Bədənin ətraf üzvlərinin vəziyyətini, hərəkətini, bu hərəkətin istiqamət və surətini, bu zaman əzələlərin gərilmə dərəcəsini əks etdirən duyğulara deyilir.
Müvazinət duyğuları-başın və bədənin fəzadakı vəziyyətinin inikasından ibarət olub, bədənin hərəkətinin istiqamətini, kordinasiyasını saxlamağa xidmət edir.
Eksteroseptiv duyğular iki cür olur:

  1. kontakt duyğular. Dad və dəri duyğusu kontakt duyğulardır.

Dadbilmə duyğusu-Müxtəlif maddələrin suda, yaxud tüpürcəkdə həll olunması nəticəsində onların ağız boşluğunda dad reseptorlarına təsiri zamanı əmələ gəlir. Ağız boşluğunda dörd növ dad duyğusu yerləşir: şirinlik, acılıq, duzluluq, turşluluq duyğuları.Adamın dilinin ucu şirinə, ətrafı turşuya, kökü acıya daha həssasdır.
Dəri duyğusu- üç yerə ayrılır: toxunma, temperatur, ağrı duyğuları. Hər birinin özünə məxsus reseptorları vardır.Toxunma (lamisə) duyğusu vasitəsilə biz predmetlərin dərinliyini, bərkliyini, yumşaqlığını, yaxud səthinin hamar olmasını və sair kimi xüsusiyyətlərini əks etdiririk. Korlar hərfləri toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar.Temperatur duyğusu istilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi mövcuddur.İstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə malik olan cisim dəriyə toxunduqda əmələ gəlir.Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim bilavasitə dəriyə təsir etdikdə yaranır.Ağrı duyğularında biz küt və bərk ağrıları, sanki kəsən, doğrayan, deşən ağrıları, davamlı və ani ağrıları duyuruq.

  1. distant duyğular. Bunlara görmə, eşitmə və iybilmə duyğularını aid etmək olar. Bu duyğuların əmələ gəlməsi üçün qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi kifayətdir.Görmə duyğusu-rənglərin və işığın inikasından ibarətdir. Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Burada iki cür hüceyrələr: çöpcüklər və kolbacıqlar mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar rəngləri duyma orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda isə yarasa korluğu baş verir.Biz iki cür rəngi duyuruq: xromatik və axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün rənglərini əhatə edir. Xromatik rəngləri görmə duyğusu 380 milli mikrodan 780 milli mikrona qədər uzunluqda olan elektromaqnit dalğalarının gözə təsiri zamanı əmələ gəlir. Ən qısa elektromaqnit dalğasında bənövşəyi, ən uzun elektromaqnit dalğasında isə qırmızı rəngi duyuruq.


Yüklə 80,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin