Eşitməduyğusu-səslərin inikasından ibarətdir. Eşitmə duyğusu dəyişən hava dalğalarının eşitmə analizatoruna təsiri nəticəsində əmələ gəlir.İnsan qulağı saniyədə 20 dən 20 000-ə qədər hersə bərabər olan səsləri eşidə bilir. Hers səsi əmələ gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir.
İybilmə duyğusu- çox müxtəlif iylərin inikasından ibarətdir. İybilmə duyğusunun reseptoru burun boşluğunun yuxarı hissəsində yerləşir. Cisimlərin havada uca bilən mikroskopik hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və reseptorlara təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ gəlir.
Bütün duyğuların ümumi cəhətləri:Keyfiyyətcəhəti.Bu, bir duyğunu başqa duyğulardan fərqləndirən cəhət olub duyğuya xas olan modallıq xüsusiyyətidir.
Duyğuların davamlılığı onun zaman xarakteristikasından ibarətdir. Bu da hiss üzvlərinin funksional vəziyyətindən, qıcıqlandırıcının gücü və təsir müddətindən asılıdır.
Duyğu həssaslığı analizatorun duyma qabiliyyətidir. Mütəxəssislər həssaslığın iki növünü qeyd ediblər: mütləq və fərqləndirmə həssaslığı. Mütləqvəfərqləndirməhəssaslığı duyğunun mütləq və fərqləndirmə həddləriilə ölçülur.
Duyğulara aid qanunauyğunluqlardan adaptasiya,sensibilizasiya, sinesteziya,ardıcılsurətlər da mövcudur. Duyğununintensivliyi təsir edən başqa qıcıqlandırıcının qüvvəsi və reseptorun funksional vəziyyəti ilə müəyyən edilir.Duyğuların intensivliyi təkcə qıcıqlandırıcının qüvvəsindən və adaptasiya səviyyəsindən asılı deyil, eyni zamanda həmin vaxta başqa qıcıqlandırıcıların hiss üzvlərinə olan təsirlərindən də asılıdır. Başqa hiss üzvlərinin qıcıqlanması nəticəsində digər analizatorun həssaslığının dəyişməsinə duyğuların qarşılıqlı təsiri deyilir.
Analizatorlarınqarşılıqlıtəsirivəmübahisələr nəticəsində həssaslığın artmasına sensibilizasiya deyilir.