Şəxsiyyətlərarasımünasibətlərinnövləri. Sosial psixologiyada şəxsiyyətlərarası münasibətlərin müxtəlif növlərini qeyd edirlər: rəsmi, qeyrirəsmi, şəxsi,işgüzarvəs. Rəsmimünasibətlər rəsmi sənədlərə, normalara uyğun həyata keçirilən şəxsiyyətlərarası münasibətdir. Bu cür münasibətlər rəhbərlə tabe olanlar arasında baş verir. Bu cür qarşılıqlı münasibətlər əvvəlcədən qrupun statusunda öz əksini tapır. Burada qarşılıqlı münasibətin gedişi rəsmi şəkildə həyata keçirilir. Nə rəhbər, nə də tabe olan adam qarşılıqlı münasibətin tələblərindən kənara çıxmır. Hər kəs öz səlahiyyəti çərçivəsində hərəkət edir.
Qeyri-rəsmimünasibətlər isə insanların bir-birinə olan şəxsi münasibətlərinə əsaslanır. Ona görə də bu cür münasibətlər subyektiv xarakter daşımaqla insanların bir- birlərinə olan simpatiyası, antipatiyasında və s. ifadə olunur. Ona görə də çox zaman bu cür qarşılıqlı münasibətləri şəxsi münasibətlər adlandırırlar. Bu cür qarşılıqlı münasibətlər «sim- patiya» zəminində əmələ gəlir və qarşılıqlı şəkildə inkişaf edir.
Şəxsi qarşılıqlı münasibətlərin sosial psixologiyada aşağıdakı tiplərini fərqləndirirlər: tanışlıq, yoldaşlıq, dostluq, ər-arvad. Mü- təxəssislərin fikrincə şəxsi qarşılıqlı münasibətlərin kökü insanların hisslər aləmi ilə baglıdır və emosional amillər zəminində formalaşır.
Ən geniş şəxsi qarşılıqlı münasibət forması tanışlıqdır. Bu cür qarşılıqlı münasibət özünün üç əsas səciyyəsi ilə fərqlənir: «üzdən tanıyırsan»; «salamlaşırsan»; «salamlaşır və ümumi mövzularda söhbət edirsən». Bu cür tanışlıq zamanı şəxsiyyətlərarası hisslər əsaslı rol oynamır.
Yoldaşlıqqarşılıqlı münasibətləri işgüzar təmasa əsaslanır. Bu zaman birgə fəaliyyətin məqsədi, vasitə və nəticələri əlaqələrin saxlanması, vəzifə bölgüsü ilə müəyyənləşir.
Dostluq qarşılıqlı münasibətlərinə gəldikdə insanlar arasındakı bu cür münasibət qarşılıqlı bağlılığa, mənəviyaxınlığa, maraqların eyniliyinə və s. əsaslanır.
Şəxsiyyətlərarası münasibətlərin növlərindən birinin də işgüzarmünasibətolduğunu qeyd etdik. Bu cür qarşılıqlı münasibətlər işgüzar əlaqələrin həyata keçirilməsi prosesində baş verir və insanların birgə fəaliyyətinin səmərəliliyinə öz təsirini göstərir.
Sosial psixoloqlar qrupların inkişaf səviyyəsindən asılı olaraq dörd növünü: diffuz, assosiasiya, korporasiya, kollektiv qruplar